Media nümayəndələri əlilliyi olan insanlarla əlaqədar materiallara həssaslıqla yanaşmalıdır
12.11.2019 [12:39]
“Təəssüf ki, bəzi kütləvi informasiya vasitələrinin əməkdaşları sağlamlıq imkanları məhdud və əlilliyi olan insanlar barəsində elə yanlış və ehtiyatsız ifadələr işlədir ki, onlara dəstək vermək əvəzinə əksinə, xeyli dərəcədə inciklik və narazılıq yaradırlar. Onlar həmin kateqoriyaya məxsus olanlar barədə bəhs edərkən bir sıra hallarda “qüsurlu”, “şikəst” kimi ifadələr işlədirlər...”.
AZƏRTAC xəbər verir ki, bu fikirlər noyabrın 8-də paytaxtda keçirilən “Medianın əlilliyi olan şəxslərin sosial adaptasiyasında rolu” mövzusunda təlimdə səslənib.
Layihənin rəhbəri Cəsarət Hüseynzadə çıxış edərək bildirib ki, təlim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında “Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyi tərəfindən “Əlilliyin düzgün dərk edilməsi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində təşkil olunub və sağlamlıq imkanları məhdud uşaqlarla kompleks şəkildə maarifləndirmə işi aparmaqla onların sosial inklüziyasına dəstək göstərmək məqsədi daşıyır.
Təlimdə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov daha çox cəmiyyətdə əlilliyin dərki ilə əlaqədar problemin mövcud olduğunu qeyd edərək bildirib ki, əlilliyi olan insanları çox halda normal, yararlı olmayan şəxs kimi təqdim edirlər. Ona görə də media nümayəndələri həmin mövzularda yazarkən daha həssas davranmalı və əlillərin problemlərinə peşəkarlıqla yanaşmalıdırlar.
Müstəqil Həyat Tərzi Əlillərə Dəstək İctimai Birliyinin sədri Aydın Xəlilov diqqətə çatdırıb ki, əsas problemlərdən biri bu sahədə sosial reklamların olmamasıdır. Təəssüflə qeyd etməyə dəyər ki, həmin mövzuda hazırlanan videoçarxlar qənaətbəxş deyil. O, məsələ ilə əlaqədar bir sıra təkliflər də səsləndirib.
Təlim başa çatandan sonra jurnalistlərə sertifikatlar verilib.
Xəbər lenti
Hamısına baxElm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59

