Azərbaycan məktəblisi beynəlxalq olimpiadada informatika fənni üzrə qızıl medal qazanıb
17.01.2020 [09:25]
Abutalıb Namazov: İnformatika fənni üzrə yarışan Rusiya, Belarus, Rumıniya, Serbiya, Bolqarıstan kimi güclü ölkələrə qalib gəlmək çox böyük uğurdur
Xəbər verdiyimiz kimi, Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında ölkəmizi təmsil edən məktəblilər növbəti uğur əldə ediblər.
Məlumat üçün bildirək ki, 20 ölkədən 588 şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar.
Beləliklə, Azərbaycan məktəbliləri bu olimpiadada 1 qızıl, 3 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 8 medal əldə ediblər.
Fizika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Namazov Abutalıb informatika fənni üzrə ölkəmizi təmsil edib.
Qəzetimizə açıqlama verən Abutalıbın sözlərinə görə, o, artıq dördüncü ildir ki, olimpiadaya qatılır: “Ötən il 15-ci Beynəlxalq Jautikov Olimpiadasından informatika fənni üzrə gümüş medal qazanmışdım. Builki hədəfim isə uğurumu ən azından təkrarlayıb gümüş medal qazanmaq idi. Düzü, qızıl medal üçün o qədər də inamım yox idi. Çünki olimpiada düşündüyümdən də çətin keçdi. Qızılın sayı isə az idi. Yarış iki gündən ibarət idi. Hər yarışçıya 3 məsələ verilmişdi. Həlli üçün isə 5 saat ayrılmışdı. Yarışmanın ikinci günü birinci gün ilə müqayisədə daha uğurlu keçdi”.
Müsahibimiz növbəti olimpiadalarda da özünü sınayacağını deyib: “İnformatika fənni üzrə yarışan komandalar sırasında Rusiya, Belarus, Ruminiya, Serbiya, Bolqarıstan kimi güclü ölkələr yer alırdı. Düşünürəm ki, adlarını çəkdiyim ölkələrə qalib gəlmək çox böyük uğurdur. Heç də demək olmaz ki, qızıl alan gümüş alandan daha savadlıdır. Burada bəxt də öz rolunu oynayır. Əsas olan bilik və təcrübədir ki, mənim də təcrübəm çoxdur. Hələ qarşıda iştirak etmək istədiyim bir neçə olimpiada da var. Ümid edirəm ki, digər olimpiadalarda da yaxşı nəticələr əldə edə bilərəm”.
Xatırladaq ki, Azərbaycan məktəbliləri 2006-cı ildən etibarən sözügedən olimpiadada iştirak edirlər və bu günədək 3-ü qızıl, 19-u gümüş, 27-si bürünc olmaqla ümumilikdə 49 medal qazanıblar.
İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35

