Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18.01.2020 [11:04]
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi və kollektiv üzvləri, millət vəkilləri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev açıb. Bildirilib ki, Azərbaycan xalqının böyük qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən artıq 30 il ötür. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri tərəfindən Azərbaycanda dinc əhaliyə qarşı törədilmiş qətliam nəticəsində 147 nəfər şəhid olmuş, 700-dən artıq insan yaralanmış və xəsarət almışdır.
O dövrdə 20 Yanvar hadisələri, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər barədə dünya ictimaiyyətinə düzgün məlumatın verilməsi xüsusi əhəmiyyətli bir məsələ idi. Qara Yanvar hadisələrindən sonra məhz Ümummilli Lider Heydər Əliyevin cəsarətli addımları sayəsində, Sovet İttifaqı rəhbərlərinin hadisənin əsl mahiyyətinin dünya birliyindən gizlədilməsi cəhdlərinin qarşısı alındı. Qanlı faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyev böyük fədakarlıq nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat vermiş, dinc insanlara qarşı təcavüzə kəskin etirazını bildirmiş, qətliamın təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmişdir. Sonrakı illərdə də Ümummilli Lider Heydər Əliyevin birbaşa təşəbbüsü və iştirakı ilə bu qanlı hadisəyə düzgün hüquqi-siyasi qiymət verilmiş, insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi dünya ictimaiyyəti tərəfindən qəbul edilmişdir.
1993-cü ildə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən etibarən bu günədək hər il Qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsi ölkəmizdə çox yüksək səviyyədə yad edilir. Hər il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə xüsusi tədbirlər planı həyata keçirilir. Bu qanlı, eyni zamanda, qəhrəmanlıq rəmzi olan tarixdən 30 il keçsə də 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi istər respublikamızda, istərsə də xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən hər il hörmət və ehtiramla anılır.
Ulu Öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə etdi. 20 Yanvar şəhidlərinin ailələrinin və həmin hadisə zamanı sağlamlığını itirən əlillərin sosial müdafiəsi hər zaman dövlət başçısının diqqətindədir, həyata keçirilən dövlət siyasətinin önəmli bir hissəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin həlli aidiyyəti dövlət qurumları qarşısında mühüm vəzifələrdən biri kimi qoyulub. Ölkəmizdə bu istiqamətdə böyük layihələr həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.
Daha sonra Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı və Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış ediblər.
Bir daha qeyd olunub ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz müstəqilliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Həmin gecə sovet qoşunları tərəfindən Bakıda törədilmiş bu qanlı cinayət, mülki vətəndaşların kütləvi qırğını Dağlıq Qarabağ ətrafında baş verən hadisələrə etiraz edərək küçə və meydanlara axışan Azərbaycan xalqının azadlıq uğrunda mübarizədə sarsılmaz iradəsinin rəmzinə çevrilmişdir.
20 Yanvar tariximizə hüzn, lakin, eyni zamanda, bir şərəf günü kimi yazıldı. Zaman keçir və gənc nəsil nümayəndələri bu hadisələr barədə faktlarla tanış olduqca Azərbaycanın müstəqillik tarixi, şərəfli keçmişi ilə qürurlanır, insanlığa düşmən əməlləri ilə yadda qalmış böyük bir imperiyanın güclü ordusuna qarşı çıxmış qəhrəmanları ehtiram və böyük hörmətlə yad edir.
Bütün təzyiqlərə və faciələrə baxmayaraq, heç bir qüvvə xalqımızın azadlıq arzularını, dövlətçilik ənənələrini məhv edə bilmədi. Azərbaycan müstəqilliyini bərqərar etdikdən sonra sürətlə inkişaf etdi və regionun qabaqcıl ölkələrindən birinə çevrildi. Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizəli yola birincilər sırasında çıxanlar, həyatlarını qurban vermiş - şəhid olmuş soydaşlarımız idi. Biz onların fədakarlığı və qəhrəmanlığı qarşısında baş əyirik və Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!
Tədbirin sonunda 20 Yanvar hadisələrinin 30 illiyinə həsr olunan sənədli film nümayiş olunub.
Zahid İLHAMOĞLU
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

