/ / Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Fərmanın icrası üzrə tədbirlər davam etdirilir
Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Fərmanın icrası üzrə tədbirlər davam etdirilir
24.01.2020 [10:00]
Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafı baxımından mühüm “yol xəritəsi”dir və onun icrası üzrə ardıcıl tədbirlər görülür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən dövrdə Fərmanın icrası çərçivəsində yeni ixtisaslaşmış məhkəmələrin təşkili, cəza siyasətinin humanistləşdirilməsi, mülki prosessual qanunvericiliyin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə qərarlarının icrası və məhkəmə ekspertizası fəaliyyətinin yaxşılaşdırılması, habelə onların alternativ mexanizmlərinin, o cümlədən özəl icra və ekspertiza qurumlarının yaradılması və digər məsələlərlə bağlı 40-dək normativ aktın layihələri hazırlanıb. Artıq dövlət başçısının qanunvericilik təşəbbüsü ilə bir sıra yeni qanunlar qəbul olunub.
Həmçinin hakimlərin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirilib, məhkəmə fəaliyyətinin təminatı yaxşılaşdırılıb. Hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilələrin qarşısının alınması və sair üzrə mühüm işlər görülüb. O cümlədən məhkəmələrdə nizam-intizamın gücləndirilməsi ilə bağlı yoxlamalar və monitorinqlər intensivləşdirilib, bu məqsədlə Məhkəmə-Hüquq Şurasında “qaynar xətt” və monitorinq sektorlar yaradılıb. Ötən müddətdə 50-yə yaxın məhkəmədə monitorinqlər aparılıb, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, digər tədbirlər görülüb.
Dövlət başçısının Fərmanı ilə artırılmış 200 hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə namizədlərin davamlı və daha çevik seçimi aparılır. Artıq imtahanlarda uğur qazanmış 200-ə yaxın hüquqşünas müsabiqənin növbəti mərhələlərində iştirak edir.
Bundan əlavə, iqtisadiyyatın inkişafında vacib rol oynayan sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə yeni regional kommersiya, habelə inzibati məhkəmələr yaradılıb. Onların işinin təşkili üzrə əməli tədbirlər görülüb, o cümlədən ərazi yurisdiksiyası, hakim və aparat işçilərinin ştat sayı müəyyənləşdirilib, infrastruktur məsələləri həll olunub, zəruri avadanlıqla təmin edilib.
Cari ilin əvvəlindən fəaliyyətə başlayan həmin məhkəmələrə dövlət başçısının 2019-cu il 30 dekabr tarixli sərəncamları ilə yüksək nəzəri və praktiki hazırlığa malik, təcrübəli hakimlər təyin olunublar.
Yeni yaradılmış məhkəmələrin hakimləri ilə görüşən Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi sisteminin formalaşdırılmasına, insanların hüquqlarının məhkəmə müdafiəsinin etibarlı təmin olunmasına, müraciət imkanları artırılmaqla əlçatanlığın asanlaşdırılmasına xidmət etdiyini bildirib. Məhkəmə sisteminin səmərəliliyinin, vətəndaşların ədalət mühakiməsinə inamının və etimadının artırılmasının hakimlərin fəaliyyətindən bilavasitə asılı olduğunu vurğulayaraq, dövlət başçısının bütün məhkəmə sədrlərinə və hakimlərə ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı verdiyi tövsiyələri diqqətə çatdırıb.
Həmçinin məhkəmə qərarlarının ədalətliliyinin təmin edilməsinin, qanunun tələblərinə ciddi riayət olunmasının, insanlara qayğılı münasibət və layiqli xidmət göstərilməsinin, vətəndaş məmnunluğunun yüksəldilməsinin hakimlərin ən ümdə vəzifəsi olduğu, kobud rəftar, süründürməçilik, sui-istifadə hallarının, qeyri-prosessual münasibətlərin yolverilməzliyi vurğulanıb, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının qətiyyətlə alınması üzrə görülən tədbirlər qeyd olunub.
Bununla bağlı hər bir qanun pozuntusuna ciddi reaksiya verilməsinin, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin, təşəbbüskarlığın və prinsipiallığın artırılmasının vacibliyi bildirilib.
Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul şəxslərinin iştirak etdiyi görüşdə yeni təyinat almış hakimlərin qayğıları, işin təşkili vəziyyəti ilə maraqlanılıb, ortaya çıxan problemlərin operativ həllinə, qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb. Həmçinin yeni yaradılmış məhkəmələrdə əmək və icra intizamına nəzarətin gücləndirilməsi, məhkəmələrdə mütəmadi yoxlamaların və monitorinqlərin aparılması, vətəndaşların yerlərdə qəbullarının keçirilməsi ilə bağlı və digər konkret tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

