Dövlət Komitəsinin sədri “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
28.01.2020 [10:26]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK) Mübariz Qurbanlı “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) proqramının iştirakçıları ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, proqram iştirakçılarını salamlayan Mübariz Qurbanlı Prezident İlham Əliyev tərəfindən aparılan gənclər siyasətinin önəminə toxunaraq, ölkəmizdə gənclərin təhsili, işlə təmin olunması, inkişafı, dünyaya inteqrasiya etməsi, eyni zamanda, milli dəyərlərə malik vətəndaş kimi tərbiyə almaları istiqamətində mühüm işlərin görüldüyünü bildirib.
Daha sonra DQİDK sədri Komitənin fəaliyyət istiqamətləri, Azərbaycanda mövcud olan dini durum, dinlərin mahiyyəti və prinsipləri haqqında ətraflı məlumat verib. Bildirib ki, dünyəvi dövlət olan Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir. Ölkəmizdə bütün etnik qrupların, dini konfessiya nümayəndələrinin öz dillərini, dinlərini, mədəniyyət və adət-ənənələrini qoruyub saxlaması, inkişaf etdirməsi üçün hər cür şərait mövcuddur.
Eyni zamanda, iştirakçılara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Mübariz Qurbanlı Azərbaycan həqiqətlərinin təbliğində gənclərin üzərinə böyük məsuliyyətin, vəzifənin düşdüyünü vurğulayıb və hər bir gəncin beynəlxalq miqyasda, xüsusilə sosial şəbəkələrin imkanlarından istifadə etməklə bu prosesdə fəal iştirakının vacibliyini diqqətə çatdırıb.
Gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayan DQİDK sədri sonda onları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, Gənc Liderlərin İnkişafı Konsepsiyası proqramı Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35

