Nərimanov rayonunda reallaşdırılan bərk məişət tullantıları ilə bağlı layihə uğurla davam edir
13.03.2020 [08:55]
Artıq 8 aydan çoxdur ki, paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən müddətdə ərzində görülən işlərin yüksək səviyyədə aparılması nəticəsində irəliləyişlər əldə olunub. Nərimanov rayonunda bu istiqamətdə xeyli iş görülüb, müsbət irəliləyişlər əldə olunub, tələbata uyğun miqdarda konteyner meydançası yaradılıb, yeni, müasir konteynerlər yerləşdirilib, sakinlər arasında lazımi maarifləndirici işlər aparılıb.
Nərimanov rayonundakı işlərin müvəffəqiyyəti layihənin artıq digər rayonlarda tətbiq edilməsinə şərait yaradıb. Layihənin növbəti mərhələsinə keçidlə bağlı “Mott MacDonald” şirkətinin rəhbərliyinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahatlar konsepsiyasının rəhbərlərindən biri Devid Dray paytaxtımıza gəlib.
Bakı Şəhər İcra Hakimiyyətində Devid Dray ilə keçirilən görüşdə layihənin birinci mərhələsinin yekunları, bu il üçün görüləcək işlər, növbəti 2 il və sonrakı illər üçün nəzərdə tutulan konsepsiya və digər suallar müzakirə olunub.
Görüşdən sonra Devid Dray Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Monitorinq Mərkəzində mətbuat nümayəndələri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.
Devid Dray bildirib ki, layihənin Bakı şəhərində sıfır mərhələsindən başlamasına baxmayaraq, əldə olunan ilkin nəticələrini uğurlu saymaq olar. Bakı son illərdə xeyli inkişaf edib, əhalisinin sayı artıb. Böyük əraziyə malik olmasına baxmayaraq, şəhər çox təmizdir. Əsas məsələ bu təmizliyi qoruyub inkişaf etdirməkdir.
Qonaq müqayisə üçün qeyd edib ki, Birləşmiş Krallığın paytaxtı London şəhərində 20 ildən çox müddətdə icra edilən layihədə təkrar emal üçün çeşidlənən tullantıların həcmi 40 faiz olub. Bakının Nərimanov rayonunda isə 8 ay ərzində bu istiqamətdə görülən işlər nəticəsində bu rəqəm 26-35 faiz olub, son vaxtlarda 40 faizə çatıb. Kağız və karton tullantıları 25 faiz olub ki, bu da çox yaxşı nailiyyət sayılmalıdır. Əgər layihənin icrasının ilk vaxtlarında gündəlik 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 22-24 tona çatıb.
Bu ilin aprelindən mərhələli qaydada daha 3 rayonun - Nizami, Nəsimi və Yasamal rayonlarının, sonrakı illərdə isə digər rayonların bu layihəyə cəlb olunması nəzərdə tutulur.
Eyni zamanda, bir sıra çatışmazlıqlar da mövcuddur. Bu, bəzi sakinlərin laqeydliyi, tullantıları hara gəldi atması ilə bağlıdır ki, onları da geniş maarifləndirmə və izahetmə işləri ilə aradan qaldırmaq olar. Həmçinin çeşidlənmiş tullantıların oğurlanaraq müxtəlif qəbul məntəqələrinə təhvil verilməsi halları da qeydə alınıb və bu məsələlər hüquq-mühafizə orqanlarının nəzərinə çatdırılıb.
Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimov bildirib ki, layihənin həyata keçirilməsi istiqamətində burada bir sıra işlər görülüb. Həmçinin ətraf mühitin çirklənmədən qorunması üçün çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla reallaşdırılması və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədilə Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına Bakı Şəhər Kommunal Təsərrüfatı Xidmətləri üçün müasir tələblərə tam cavab verən 32 ədəd kommunal təyinatlı yeni avtonəqliyyat vasitəsi və digər mexanizmlər alınıb, onlardan fəal istifadə edilir.
Bildirilib ki, nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi Bakını aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdıracaq, ətraf mühitə böyük müsbət təsir göstərərək, həm də paytaxtımız üçün iqtisadi faydalar verəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57

