Pandemiya ilə mübarizədə milli həmrəylik həlledici faktordur
25.06.2020 [09:40]
Ekspertlər qeyd edirlər ki, hər zaman yüksək həmrəylik nümayiş etdirən Azərbaycan xalqı “gözəgörünməz düşmən”ə qarşı mübarizədə də vahid mövqedən çıxış etməlidir
Məlum olduğu kimi, Azərbaycan xalqı əlamətdar günlərdə, milli bayramlar və taleyüklü anlarda hər zaman milli həmrəylik nümayiş etdirməyi, ümumi maraqlar naminə sinxron hərəkət etməyi bacarıb. İndiki pandemiya şəraitində də milli həmrəylik strateji zərurət kimi çıxış edir və “gözəgörünməz düşmən”lə mübarizədə həlledici faktorlardandır. Ona görə Azərbaycan cəmiyyəti bu təhlükəyə qarşı mübarizədə də səfərbər olunaraq milli həmrəylik nümayiş etdirməlidir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavanşir Paşazadə qeyd edib ki, ölkəmizdə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün məhdudiyyətlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədinə xidmət edir. Bütün bunlar Azərbaycan dövlətinin öz vətəndaşına qayğısının daha bir bariz nümunəsidir.
O bildirib ki, COVID-19 pandemiyası şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir. Ona görə də qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməsi zəruridir.
Millət vəkili söyləyib ki, ümummilli məsələlərdə, bayramlarda və digər əlamətdar günlərdə xalq olaraq həmrəylik göstərdiyimiz kimi, bu məsələdə də həmrəy olmalıyıq: “Burada vacib məqamlardan biri də ictimai dəstək məsələsidir. Məlumdur ki, dövlətimiz infeksiyanın yayılmasının qarşısını almaq üçün maksimum səmərəli addımlar atır. Bu istiqamətdə qəbul olunmuş qərarlara, müəyyən edilmiş qaydalara tam əməl olunmalıdır. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Ona görə də prosesə ictimai nəzarət və ictimai dəstək vacib şərtlərdən biridir. Bu məsələdə hər kəs həmrəy olmalıdır”.
Milli Məclisin deputatı İlham Məmmədov isə bildirib ki, son günlər dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatlarında əksini tapan məlumatlar dünya üzrə yoluxma sayının artan templə davam etdiyini göstərir. Bu səbəbdən ayrı-ayrı ölkələrdə xüsusi tədbirlər həyata keçirilir, hətta yeni məhdudiyyətlər, qadağalar tətbiq olunur.
Onun sözlərinə görə, ölkəmizdə koronavirus infeksiyasının qeydə alındığı ilk vaxtdan dövlət tərəfindən həyata keçirilən tədbirlər, tətbiq olunan qadağalar öz müsbət nəticəsini vermişdi. Lakin infeksiyaının geniş yayılmasına qarşı tətbiq olunan karantin rejiminin yumşaldılması ilə paralel şəkildə COVİD-19-a yoluxanların sayında artma müşahidə edildi.
İ.Məmmədov da deyib ki, xalqımız bütün milli bayramlarda, eləcə də ümummilli məsələlərdə daim həmrəylik nümayiş etdirib: “Hesab edirəm ki, pandemiyaya qarşı mübarizədə də bu cür həmrəylik göstərilməlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz birlikdə güclüyük. Biz xalq olaraq azərbaycançılıq ideologiyasının ətrafında birləşmişik. Fikrimcə, pandemiyaya qarşı mübarizə də bu birliyi zəruri edir. Bilirsiniz ki, son vaxtlar virusa yoluxanların sayının artması narahatlıq doğurur. Ona görə də vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi vacib amillərdən biridir. Məsafənin saxlanması, tibbi maskadan istifadə, gigiyenik qaydalara əməl olunması kimi qaydalar önəmlidir. Bu gün hər bir vətəndaşımız öz şəxsi məsuliyyətini hiss etməli, sosial izolyasiya tədbirlərinə və Operativ Qərargahın digər tələb və tövsiyələrinə riayət etməlidir. Çünki tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə, bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur. Bir sözlə, vətəndaşlar daha məsuliyyətli olmalı, nizam-intizama riayət etməlidirlər. Çünki hər kəs bilməlidir ki, onun pandemiya dövründə qaydalara əməl etməsi özü ilə yanaşı, cəmiyyəti də xilas edə bilər, atılan yanlış bir addım isə həm özünü və ətrafını, həm də bütövlükdə cəmiyyəti xəstəliyə düçar etmiş olar”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59

