Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gənclər arasında onlayn seminar təşkil olunub

Gənclər arasında onlayn seminar təşkil olunub

06.10.2020 [11:37]

Məlum olduğu kimi, Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi 17 dekabr 2001-ci ildə təsis olunub. Təsis olunduğu dövrdən də gənclərin formalaşmasında, bədii təxəyyülünün inkişafında, sosial problemlərinin həllində yaxından iştirak etmək üçün bir çox layihələr həyata keçirib.

Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi  Azərbaycan Respublikası Gənclər Fondunun  maliyyə yardımı ilə  “Bilik gücümüzdür” layihəsi çərçivəsində ikinci tədbirini 6 oktyabr 2020-ci ildə saat 14.00-da təşkil edib.

Xatırladaq ki, layihənin məqsədi gənclər arasında zorakılığa qarşı mübarizə istiqamətində məlumatlandırıcı və maarifləndirici onlayn seminarlar keçirmək və bu sahəyə ictimayyətin diqqətini cəlb etməkdir. Tədbirlər 10 gün keçiriləcək, hər bir tədbirdə isə 15 nəfər gənc iştirak edəcək. Seminarların əsas məqsədlərindən biri pandemiya zamanı qapalı vəziyyətdə olan gənclərimizdə özünəinamı artırmaq, onların diqqətini təhsilə yönəltmək, həmyaşıdları ilə münasibət qurmaqda çətinlik çəkməməsini təmin etməkdir.

Paylaş:
Baxılıb: 484 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31