/ / Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə hərbi qulluqçularımız üçün dəstək aksiyası davam etdirilir
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə hərbi qulluqçularımız üçün dəstək aksiyası davam etdirilir
30.12.2020 [09:24]
İşğaldan azad olunan ərazilərimizdə Vətənin keşiyini çəkən hərbi qulluqçularımıza dəstək aksiyası davam edir.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən reallaşan aksiyanın növbəti ünvanı Xocavənd rayonunun Hadrut qəsəbəsi olub.
Dekabrın 29-da səhər Hadruta doğru yola düşdük. Yolboyu şanlı Azərbaycan Ordusunun yağı düşməndən geri aldığı torpaqlarımızı gördükcə bir daha qürur duyduq. Ətrafa səpələnmiş erməni hərbi texnikaları düşmənin necə ağır məğlubiyyətə uğradığını əks etdirirdi. 1992-ci ilin oktyabrında işğal olunan bu ərazilər qəhrəman Azərbaycan əsgərinin şücaəti nəticəsində 28 ildən sonra öz sahiblərinə qayıtdı.
Hadruta çatırıq. Bizi əsgərlərimiz qarşılayır. “Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri gətirdikləri bağlamaları hərbi qulluqçularımıza paylayır və onların istəklərini qeydə alırlar.
Həmsöhbəti olduğumuz qəhrəmanlarımızdan onların keçdiyi şərəfli döyüş yolları barədə məlumat aldıq. Bir daha şahid olduq ki, Azərbaycan əsgəri şanlı tarix yazaraq işğaldan azad etdiyi Vətən torpaqlarında xidmətini qələbə əhval-ruhiyyəsi ilə yerinə yetirir.
Hadrutun azad olunmasında iştirak edən və 3 fərqli medalla təltif edilən kiçik çavuş Mehdizadə Vətənin keşiyində ayıq-sayıq dayandıqlarını bildirib: “Düşməni Hadrutdan qovub çıxardıq. Bu torpaqlara ilk ayaq basan Azərbaycan hərbçilərindən biri də mənəm. Bu Qələbə müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu, xalq-ordu birliyi nəticəsində bizlərə qismət oldu. Həsrətində olduğumuz bu torpaqlarda xidmət etmək bizim üçün qürur və şərəfdir”.
Uzun illərdir torpaqlarımızın işğaldan azad edilməsi arzusu ilə yaşayanlardan biri də Vətən müharibəsinin iştirakçısı olan mayor Mustafayevdir. “Azərbaycanın şanlı Ordusu düşmənə elə bir zərbə endirdi ki, onlar bu məğlubiyyətin təsirindən çətin çıxsınlar. Döyüşlər zamanı hərbçilərimizin ruh yüksəkliyi necə idisə, bu gün də o ruh yüksəkliyi ilə Vətənin keşiyində dayanmışıq. Bütün hərbçilərin əhval-ruhiyyəsi, mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir, təminatımız da öz qaydasındadır. Həm dövlət, həm də xalqımız tərəfindən daim mənəvi və maddi qayğını hiss edirik”, - deyə o vurğulayıb.
Baş leytenant Abbasov qalib ordunun qalib zabiti olmaqdan şərəf duyduğunu söyləyib. O deyib ki, Azərbaycan Ordusu nəinki Ermənistana, bütün dünyaya necə güclü olduğunu göstərdi: “Düşmənin başını elə əzdik ki, bu müharibə hələ uzun illər yaddan çıxarmayacaq. Ali Baş Komandanımızın rəhbərliyi ilə xalqımızın tarixinə Şanlı Qələbə yazdıq. Şəhidlərimizin ruhları indi rahatdır, onların qisası alındı, torpaqlarımız azad olundu”.
Baş əsgər Quliyev də qalib ordu sıralarında olduğu üçün özünü xoşbəxt sanır. Vaxtilə bu yerlərin şəkillərinə həsrətlə baxdığını, indi isə həmin torpaqlarda fəxrlə xidmət etdiyini söyləyir.
Tibb xidməti rəisi, baş leytenant Qiyaslı əsgərlərimizin əhval-ruhiyyəsinin yüksək səviyyədə olduğunu bildirərək, döyüşlərin ilk günlərindən arxa cəbhənin dəstəyini hiss etdiklərini və bunun onlara əlavə güc verdiyini vurğulayıb.
Beləliklə, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən reallaşan aksiya Hadrutda da təşkil olundu.
Bir daha şahid olduq ki, Azərbaycan əsgəri qəhrəmanlıq və şücaət göstərərək işğaldan azad etdiyi Vətən torpaqlarında xidmətini qələbə əhval-ruhiyyəsi ilə aparır. İşğaldan azad olunan ərazilərdə yerləşən qoşunlarımızın təminatı isə yüksək səviyyədədir.
Xəbər lenti
Hamısına baxMüsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04

