Qədim Şuşa məhəllələri
27.04.2022 [10:48]
İ.Rəsul
Şuşada axşamlar yanar ulduzlar,
Onlardan gözəldir gəlinlər qızlar,
Küçədə dayanıb, yarını gözlər ...
Xan əminin şirin avazında bu qədim mahnını dinlədikcə gözümün önündə 30 il öncəki qaynar Şuşa həyatı canlanır - qonaqları, musiqili, ədəbi məclisləri və bir də özünəməxsus xarakteri ilə seçilən yerli şuşalılar. O Şuşa ki, hər məhəlləsinin öz koloriti, öz gözəlliyi vardı. Özü balaca olsa da, Şuşanın düz 19 məhəlləsi var idi. Şuşa qalasının aşağı məhəllələri mövqeyinə, iqliminə görə, yuxarı məhəllələrindən fərqlənirdi. Burada düzənlik ərazilər, məhəllə meydanları, məscidlər daha geniş olmaları ilə və memarlıq üslubu ilə başqalarından fərqlənirdi. Qalanın aşağı ərazisində isə, su quyuları, çarhovuzlar, çeşmələr, kəhrizlər çoxluq təşkil edirdi. Küçələrin və məhəllə meydanlarının genişliyi, yaşayış binalarının, xana və xanın övladlarına, tacirlərə, din xadimlərinə məxsus olan binalar məhəllənin əzəmətini daha da artırırdı. Yuxarı məhəllələrdə əsasən ziyalılar və sənətkarlar yaşayardılar.
Bu gün Şuşa məhəllələrindən söz açmaq istəyirik.
Şuşa şəhərinin ilk məhəllələrindən biri Təbrizli məhəlləsiydi. Bu məhəllə sakinləri hələ Pənahəli xan öz xanlığını elan eləməzdən əvvəl ona dəstək üçün Təbrizdən Bayat qalasına, oradan Şahbulağa, oradan isə Şuşa şəhərinə gəlmişdilər.
Culfalar XVIII əsrdə salınmış aşağı məhəllələrdən biriydi. Bəzi mənbələrdə bu məhəllənin adı Cuhudlar kimi qeyd olunub. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq var idi.
Çöl Qala məhəlləsi şəhərin XVIII əsrdə salınmış aşağı məhəllələrindən biriydi. Məhəllə Qala divarlarına ən yaxın olduğundan belə adlandırılmışdı. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq var idi. Xurşidbanu Natəvanın sarayı, Əsəd bəy Cavanşirin saray kompleksi, Xan Şuşinskinin evi, Üzeyir Hacıbəyovun atasının mülkü bu məhəllədə yerləşirdi.
Çuxur məhəllə də XVIII əsrdə salınmış aşağı məhəllələrdən idi. Şəhərin ən aşağı hissəsində yerləşdiyinə görə, belə adlandırılmışdı. Digər məhəllələr kimi bu məhəllənin də öz məscidi, hamamı, kiçik meydanı və bulağı vardı. Hacı Quluların mülkü, Bülbülün ev-muzeyi bu məhəllədə yerləşirdi.
Dəmirçilər məhəlləsi isə Şuşanın yuxarı məhəllələrindən sayılırdı. Məhəllə öz adını orada yaşayan eyniadlı türk tayfasının adından götürmüşdü. Bəzən isə məhəllənin dəmirçiliklə məşğul olan sənətkarların burada yaşadığına görə belə adlandırıldığı deyilir.
Dörd çinar məhəlləsinin harada yerləşməsi mübahisəlidir. XVIII əsrdə salınmış aşağı məhəllələrdən hesab olunan bu məhəllə tarixə qovuşduğundan onun dəqiq yeri bilinmir. Deyilənə görə Dörd çinar məhəlləsi kiçik olduğuna görə zamanla Təzə məhəlləyə birləşmişdi.
Dördlər qurdu məhəlləsi - Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biriydi. Şəhərin şərq hissəsində yerləşirdi. Şuşa şəhərinin Ermənistan silahlıları tərəfindən işğalından sonra məhəllənin XVIII əsrə aid memarlıq abidəsi olan 90 faizindən çox tikililəri məhv edilmişdi. Hazırda məhəllə yarım uçmuş vəziyyətdədir.
Hacı Yusifli məhəlləsi də Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən idi. Məhəllə öz adını məşhur divanbəyi Hacı Yusif ağa Hacı Rəhim ağa oğlu Muğanlının adından götürüb. Qasım bəy Zakirin evi, Aşağı Gövhər ağa məscid kompleksi də bu məhəllədə yerləşir.
Hamamqabağı məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir. Əbdül Səməd Bəyə məxsus ilk hamamlardan biri burada yerləşdiyindən, məhəllə belə adlandırılmışdı.
Xoca Mərcanlı məhəlləsi və ya Xoca Mircanlı 19-cu əsrin ortalarında salınmış yuxarı məhəllələrdən biriydi. Şəhərin mərkəzi hissəsində yerləşir.
Köçərli məhəlləsi Saatlı məhəlləsindən sol tərəfdə, dik yamac üzərində yerləşən yuxarı məhəllələrindən biridir.
Şəhərin mərkəzinə doğru uzanan və nisbətən bir qədər enli yolun hər iki tərəfində yaşayış binaları, məscid, bulaq, hamam və daha aşağı hissədə körpü və meydança var idi. Məhəllə körpüsünə “Şahlıq körpüsü” deyilirdi. Firudin bəy Köçərlinin əsli Cavanşir mahalının Köçərli kəndindəndir. Ulu babalarından Məhəmməd bəy Köçərli kəndindən Şuşaya köçmüş, burada yurd-yuva salmış, beləliklə, Şuşada Köçərli məhəlləsi yaranmışdı. Bəhmən mirzə Qovanlı-Qacarın saray kompleksi bu məhəllədə yerləşir.
Qazançalı məhəlləsi Şuşa şəhərinin dağlıq ərazisində, 1805-ci ildən başlayaraq XIX əsr ərzində salınması davam etmiş ən iri məhəllələrindən biriydi.
Qurdlar məhəlləsi qədim aşağı məhəllələrdən sayılırdı. Qarabağın tanınmış soylarından olan Zöhrabbəyovların evi, Qaraböyük xanım sarayı, məşhur ictimai xadim, yazıçı, pedaqoq Əhməd bəy Ağaoğlunun atasının mülkü bu məhəllədə yerləşirdi.
Quyuluq məhəlləsi isə şəhərin aşağı məhəllələrindən biridir. Bu məhəllə su quyuları ilə bol olduğundan belə adlandırılmışdı.
Mamayı məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşirdi. Məhəllə Mamay bəyin adı ilə bağlıdır.
Mərdinli məhəlləsi də mərkəzi küçələrdəndir. Məhəllənin əhalisi Cavanşir-Dizaq mahalı Hacılı camaatından, eləcə də Yağləvənd, Qaraxanbəyli, Zərgər, Dədəli və Merdinli obalarının əhalisindən təşkil olunmuşdu. Mərdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirməsidir.
Saatlı məhəlləsi dik yamac üzərində inşa olunmuşdu. Məhəllənin əsas küçə yolundan sol və sağ istiqamətləri daşla döşənmiş dar yollar burularaq bir-birini tamamlayırdı. Məhəllədə yaşayış binalarının hamısı bir və ikimərtəbəlidir. Məhəllənin əhalisi Saatlı kəndindən, eləcə də Keştazlı obasının əhalisindən təşkil olunmuşdu.
Təzə məhəllə 19-cu əsrdə salınmışdı. Şuşanın yuxarı məhəllələrindən biri idi. Bu məhəllə şəhərin sonuncu məhəlləsi idi.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10

