Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qışın azarından daha təhlükəli...

Qışın azarından daha təhlükəli...

17.06.2022 [10:27]

Yay xəstəlikləri

Mədə-bağırsaq infeksiyaları, dəri xəstəlikləri...

Yeganə BAYRAMOVA

Yay aylarının xarakterik xüsusiyyətlərindən biri olan əyləncə, istirahət ilə yanaşı bəzi mövsümi xəstəliklərin üzə çıxmasıdır. Məlumdur ki, isti havalarda bəzi infeksion və dəri xəstəlikləri ilə bağlı müraciətlər çoxalır. Çox güman ki, mədə-bağırsaq infeksiyalarının artmasına səbəb qidaların istehsalçıdan istehlakçıya çatdırılması və saxlanılması zamanı yol verilən yanlışlıqlardır. Belə ki, mikroblarla çirklənmiş qidaların ağız yolu ilə daha çox qəbul edilməsi, kondisionerdən mütəmadi istifadə, müxtəlif bölgələrə edilən səyahətlər, pikniklər bəzi yoluxucu xəstəliklərin aktivləşməsi ilə müşahidə olunur.

Xəstəliklərdən necə qorunmaq olar?

Yay günlərində bədən tərbiyəsi və idman çox xeyirlidir. Açıq havada idman orqanizmi oksigenlə zənginləşdirir və mübadilə proseslərini fəallaşdırır. İdmanla mütəmadi məşğul olanlar, hətta sağlamlığı möhkəm olmayan adamlar belə, bürkülü günlərdə özlərini adi günlərlə müqayisədə daha yaxşı hiss edirlər. Yayda xəmir təamları, yağlı və hisə verilmiş ətdən uzaq durmaq, meyvə-tərəvəz və ağartı ilə qidalanmağa üstünlük vermək lazımdır. Duz və istiotun qədərini bilməkdə, mümkün qədər adi su içməkdə fayda var.

İsti havada müxtəlif xəstəliklərin yaranma risklərini azaltmaq üçün bürkülü saatlarda qəhvə və enerjili içkilərə çox aludə olmamaq lazımdr. Yay günlərində ürək əzələləri onsuz da gərgin çalışdığından qan təzyiqini artırmağın mənası yoxdur. Yayda qazlı sular, meyvə şirələri, tünd olmayan və ya ot çayları içmək məsləhətdir. Ərzaq məhsullarına da ciddi diqqət yetirilməlidir, çünki yüksək temperaturlar meyvə-tərəvəzin saxlanma müddətini dəfələrlə azaldır.

Təmiz yuyulmayan meyvə-tərəvəzlər

Allerqoloq-həkim Şahvələd Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, yay aylarında böyüklərdə və uşaqlarda qida zəhərlənmələri də təhlükəli formada olur və buna qida toksiki infeksiyaları deyirlər: “Ölkəmizdə kifayət qədər dönərxanalar var, müxtəlif yerlərdə “fastfood”lar satılır. Uşaqlar adətən bu qidalara meyilli olduqları üçün onlar mədə-bağırsaq pozuntuları və müxtəlif infeksiyalarla qarşılaşırlar. Təəssüf ki, bu durum bəzi hallarda ciddi zəhərlənmələrə səbəb olur. Nəzərə alsaq ki, yay fəslidir, ilan sancmalarına, çimərliklərdə günvurmalara, allergik xəstəliklərə, fotodermatoz kimi müxtəlif dəri xəstəliklərinə çox rast gəlinir, isti yay günlərində, həmçinin ürək-damar və təzyiq problemi olan xəstələr üçün də problemlər meydana çıxır. Mədə-bağırsaq infeksiyalarına, zəhərlənmələrə rast gəlməmək üçün meyvə-tərəvəzlərin də təmiz yuyulması əsas şərtlərdən biridir. Təəssüf ki, bir çox halda təmiz yuyulmamış meyvə-tərəvəzlərdən konservlər hazırlayırlar. Nəticədə birdən çox şəxsin zəhərlənməsi baş verir. Ona görə də xüsusilə yay aylarında sanitar-gigiyenik qaydalara əməl etmək vacib şərtdir. Çünki təmizlik qaydalarına əməl olunsa, nə mədə-bağırsaq infeksiyaları, nə də zəhərlənmə halları baş verər”.

Ağciyərlərdə göbələk: Qorxunc əlamətlər...

Həkim-infeksionist Vüsalə Yaşar qeyd edib ki, insanlar yay aylarında kondisionerdən “Legionellez” adlanan və ağciyərlərin iltihabına səbəb olan xəstəliyə yoluxa bilərlər: “Xəstəliyin törədicisi “Legionella pneumophilla” adlanan  mikrobdur. Əlamətləri isə burun axması, qızdırma, tərləmə, üşütmə və öskürəkdir. Bu mikroba yoluxmamaq üçün kondisioner işləyən otağın havasını tez-tez dəyişdirmək məsləhət görülür. Əks təqdirdə otaqda bakteriyalar və tozlar toplanır ki, nəticədə nəfəs çatışmazlığı, astma, allergik qrip və s. xəstəliklər törəyir”.

İnfeksionist kondisionerlərin havadakı ionları öldürdüyünü vurğulayıb: “Otaqdakı yüngül elektro-mənfi oksigen ionları kondisioner işlədiyi vaxt ölür. Kondisioner işlədikcə, ondan yavaş-yavaş otağa freon tipdə qaz buraxılır. Bu isə qapalı yerdə insana təsir edir. Buna görə də, kondisioner havasında uzun müddət qalmaq olmaz. Normal iş şəraitində kondisionerin temperaturu 20-22 dərəcə olmalıdır. Yenə də bu cihazdan bütün gün istifadə etmək məsləhət görülmür. Gecə yatanda isə ümumiyyətlə, kondisioner söndürülməlidir. Kondisionerin hava vuran yeri insanın üstünə yönəlməməlidir. Həmin hissəni tavana tərəf yönəltmək lazımdır”.

Həkimin sözlərinə görə, “Kondisioner xəstəliyi” adlandırılan “legionelloz” xəstəliyi yay aylarında insanaların əsas probleminə çevrilir: “Bu xəstəlik kondisionerlərin təmizlənməməsi nəticəsində yaranır. Təmizlənməmiş kondisionerlərdəki toz qatı havaya yayılandan sonra onu udan insanın ağciyərlərində göbələk yaranır. Bu isə yüksək hərarət, halsızlıq, əzələ ağrıları, daha sonrakı müddətdə öskürək, bəlğəm, dərin nəfəsalma istəyi kimi əlamətlər yaradır. Xəstəliyin qripə bənzər cəhətləri olsa da, insandan insana keçmir”.

Uşaqlarda yay infeksiyaları

Pediatr Günay Rəsulovanın sözlərinə görə, yay aylarında uşaqlar arasında mədə-bağırsaq xəstəliklərindən əlavə dəri xəstəlikləri də geniş yayılır: “Məlumdur ki, artıq çimərlik mövsümü də başlayıb, ona görə də valideynlər getdikləri çimərliyin təmizlik dərəcəsinə fikir verməlidirlər. Məsələn, övladlarını adi çimərliklərə deyil, ekspertizadan keçmiş yerlərə aparmaqları məsləhət görülür. 1 yaşa qədər uşaqları ayaqdan yuxarı suya salmasınlar. 1 yaşdan yuxarı uşaqları suya salarkən isə diqqətli olsunlar ki, suyu udmasın. Uşaqlar başa düşdükləri yaşda isə onlara suyu udmamaqla bağlı ciddi tapşırıqlar verilməlidir. Əgər uşağı dənizə aparırlarsa, ona üzməyi öyrətmək lazımdır. Üzməyi bacaran uşaqlar dəniz suyunu daha az udurlar. Bacarmadıqları halda daha çox dəniz suyu udurlar ki, bu da ziyanlıdır. Dənizdə çimmək saatlarına diqqət edilməlidir. Düz düşən günəş şüalarının intensiv saatlarında uşağın başında mütləq papaq olmalıdır, çünki günvurma ola bilər. Gözə qoruyucu eynəklər taxılmalıdır. Çirkli su, dəniz suyu, hovuzlarda çimərkən xlorlu su qulağa gedərsə, bu da bir sıra xarici və daxili qulaq iltihablarına gətirib çıxara bilər”.

Pediatr bildirib ki, diqqətli olunmadığı təqdirdə uşaqlarda qulaq, sidik yolu, mədə-bağırsaq infeksiyaları, göz, göbələk, parazitar xəstəlikləri, sinusitlər, dəri yanıqları və s. baş qaldıra bilər: “Qulaq infeksiyaları zamanı qulaqda qaşınma, ağrı, pis qoxulu ifrazat, qızdırma kimi şikayətlər olur. Bunlar varsa, mütləq həkimə müraciət edilməlidir. Sidik yolu infeksiyaları isə xüsusilə də qız uşaqlarında yaş çimərlik geyimlərində qalmaq və ya su kənarında yerə oturaraq uzun müddət oyun oynamaq nəticəsində mikrobların asanlıqla sidik yollarına qalx­ması zamanı yaranır. Əlamətləri ağrılı və tez-tez sidiyə getmə, qarında ağrı, ürəkbulanma, qusma, iştahsızlıq, halsızlıq, qızdırmadır.

Göbələk infeksiyaları isə dəri və dırnaqlarda olur və yoluxucudur. Qaşınma, qızarıqlıq bəzən ağ qabıqlı ola bilir. Sinusit və burun tıxanıqlığı həm hava damcı infeksiyasi kimi, həm də hovuzlarda istifadə edilən xlorla bağlı allergik uşaqlarda görülür”.

Azar təmizlikdən bezardır

Yaz-yay aylarında dəri zöhrəvi xəstəliklərinə daha çox təsadüf olunduğunu deyən dermotoloq Vüqar  İbadov bildirib ki, xəstəliyə isti aylarda yaxalanan insanlar bəzən ondan qış aylarında da yaxa qurtara bilmir: “Yay fəsli dəniz mövsümü olduğundan gün şüaları altında çox qalmaq da dəridə müxtəlif sağalmaz xəstəliklər yaradır. Birbaşa gün şüaları altında çox qalmaq dəri xərçənginə səbəb olur. “Viçiliqa adlı dəri xəstəliyi olanlar da günəş şüalarından qorunmalıdırlar. Çünki bu xəstəliyə görə dəridə melamin çatışmazlığı olur. Belə insanlar günəş şüaları altında çox qalanda dərinin quruması baş verir. Bu isə sonradan ağır fəsadlar yaradır. Yay aylarında tərləmələr çox olduğundan bir sıra dəri xəstəlikləri baş qaldırır. Bu kimi xəstəliklərə yoluxmamağın yolu bütün gigiyenik qaydalara əməl olunmasıdır. Belə ki, vaxtaşırı əllər, ayaqlar yuyulmalıdır. Bəzən xəstələr hətta müalicə aldığı vaxtda belə təmizlik qaydalarına əməl etmirlər. Necə deyərlər, azar təmizlikdən bezardır. Həmçinin bu kimi xəstəliklərin meydana gəlməsi qida rejimi ilə də bağlıdır. Belə ki, hər bir insan bütün qida məhsullarından lazımi qaydada istifadə etməlidir. Xəstəliyə yaxalanmamaq üçün qidalanmaya və təmizliyə mütləq riayət olunmalıdır. Əgər belə olarsa, o zaman yaranan hər bir xəstəliyin müalicəsi də yüksək effekt verər.

Mövsümü xəstəliklərin daha təhlükəli olduğunu deyən dermotoloqun sözlərinə görə, bəzən onlara tutulan hər bir şəxs müalicə prosesində uzun müddət çətinlik çəkir: “Yayda qarpız, yemiş, tərəvəzlər çox istifadə olunduğundan daha çox dəri üzərində allergiyalar yaranır. Bu da nəinki dəriyə, eyni zamanda, daxili orqanizmə də mənfi təsirini göstərir. Orqanizm xəstəliyə müqavimət göstərə bilmədikdə nəticə pis də ola bilir”.

Dermotoloq onu da bildirdi ki, isti günlərdə bütün gigiyenik qaydalara riayət etmək, çox gün şüası qəbul etməmək və düzgün qidalanmaqla xəstəliklərdən qorunmaq olar.  

Odur ki, çalışın, yayda xəstələnməyin...

Paylaş:
Baxılıb: 142 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Avropa imtina edir

02 İyul 12:09

Xarici siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31