Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bazarın şahı istehlakçıdır

Bazarın şahı istehlakçıdır

16.07.2022 [10:06]

Vaxtı keçmiş məhsullar piştaxtadan yığışdırılmırsa...

Bəzən marketlərdə, mağazalarda üzərində yararlılıq müddəti olmayan, üzərindəki etiketi dəyişdirilən, yararlılıq müddəti bitən məhsulların satıldığını eşidirik. Əfsuslar olsun ki, eyni vəziyyət ilə biz də qarşılaşdıq. Belə ki, piştaxtada 22 iyun 2020-ci il tarixində istehsal olunmuş və istifadə müddəti 22 iyun 2022-ci il tarixində bitən məhsulun şahidi olduq. Satıcıya iradımızdan sonra vaxtı keçmiş məhsul dərhal piştaxtadan yığışdırıldı. Səlahiyyətli şəxs yaranmış vəziyyətdən təəssüf hissi keçirdiklərini və məhsulun nəzərdən yayındığını bildirdi. Bu zaman belə bir sual yaranır - həmin məhsulun son istifadə tarixinə baxmadığımız təqdirdə nə baş verəcəkdi? Yarana biləcək zəhərlənmə halının cavabını kim verəcəkdi? Toksikoloqların fikrincə, zəhərlənmələrin sayı durmadan artır. Ümumilikdə, hər il Toksikoloji Mərkəzə 1500-ə qədər xəstə qəbul olunur, 2000 nəfərə isə ambulator şəkildə məsləhət görülür.

Dünya nə deyir?

Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, yararlılıq müddətinin bitməsinə az qalmış və görünüşü pozulan, ancaq keyfiyyətini itirməyən məhsulların satılması belə qadağandır. Onlara dərhal müdaxilə edilir. Çünki bilirlər ki, əldə olunan gəlir, itirə biləcəkləri məbləğ yanında toya getməlidir. Öz hüququnu bilən istehlakçı dərhal həmin mağazanı məhkəməyə verəcək və haqqını məhkəmədə axtaracaq.

Məsələn, Almaniyada qanunvericiliyə görə, şirkət vaxtı keçmiş məhsul satarsa, 20 min avro cərimə edilir. Bununla yanaşı, qanunu pozan istehsalçılar satış hüququndan məhrum edilirlər.

Öz növbəsində, Avropa İttifaqı ölkələrində məhsulun keyfiyyəti ilə bağlı şübhə yarandığı təqdirdə, istehsalçı, daşıyıcı, eləcə də distribyütor şirkətləri cavabdehlik daşıyır və yüksək məbləğdə cərimə edilirlər.

Ötən illərdə Amerikanın Amazon şirkətinin istifadə müddəti bitmiş məhsu?lar satması barədə xəbər gündəmi ələ almışdı. CNBC tərəfindən dərc edilən hesabata görə, Amazona məxsus “Whole Foods” firmasında satıcılar istifadə müddəti çoxdan bitmiş qida məhsullarını müştərilərə göndərirlər. Sözügedən firmanın istifadəçilərinin 40 faizi bu vəziyyətdən şikayət edib.

CNBC-yə danışan Amazon rəsmisinin sözlərinə görə, bu problemlərin həlli üçün insan və süni intellekt birgə fəaliyyət göstərəcək. Analoji vəziyyət yarandığı təqdirdə, satış baş tutmayacaq. Göründüyü kimi, ölkənin nüfuzlu şirkəti məsələyə adekvat və elmi yanaşaraq problemi kökündən həll etdi. Nəticədə, şikayətlərin sayı durmadan azaldı.

Əgər şirkət tələbatı ödəməsə və yaxud gözləntiləri doğrultmasa, məhkəməyə verilə bilər. Belə ki, Amerikada arıqlama çayı satan markaların birini istehlakçı məhkəməyə vermişdi. Buna səbəb kimi məhsulun gözləntilərini doğrultmadığını və çəki atmaqda kömək etmədiyini göstərmişdi. Nəticədə, külli miqdarda təzminat almışdı. Eləcə də məşhur uşaq bezi markası vəd etdiyi kimi 24 saat quru saxlamadığı üçün məhkəmədə uduzmuşdu. İstehlakçının hesabına böyük məbləğdə pul köçürməli olmuşdu.

Ölkəmizdə vəziyyət necədir?

İstifadə müddəti bitən məhsulları satanları hansı cəza gözləyir? Artıq bu məsələnin ciddi problem kimi meydanda olması onu göstərir ki, bu sahəyə ciddi nəzarət lazımdır. Ərzaq məhsullarının istifadə tarixinə alıcılarla yanaşı, satıcılar özləri də diqqət yetirməlidirlər. Çünki qanunvericiliyə görə, onlar satdıqları məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyırlar.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycan Respublikasının qanunvericiliyində yararlılıq vaxtı keçmiş ərzaq məhsullarının satılması qadağandır. Belə məhsulları satan şəxslər aşkarlanan zaman onları 1500 manat cərimə gözləyir: “Mağazalar şəbəkəsi yararlılıq müddəti bitmiş məhsulları geri qaytarmalıdır. Nazirlər Kabineti bununla bağlı müəyyən qaydalar tətbiq etməlidir. Çünki bazarın şahı istehlakçıdır. Eləcə də yararlılıq müddəti keçməmiş, etiketi cırılmış və ya nisbətən əzilmiş məhsullar daha ucuz qiymətə satılmalıdır. Nəticədə, qidaların tullantıya çevrilməsinin qarşısını da almaq mümkün olacaq”.

Qeyd edək ki, istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat verə bilərsiniz.

MİKAYIL

Paylaş:
Baxılıb: 129 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31