SİQNAL - yol mədəniyyəti ilə bağlı ciddi problem
08.10.2022 [12:15]
Vəziyyət xaotikdir...
MÜŞFİQƏ
Ölkəmizdə, xüsusən də paytaxt Bakıda yol hərəkəti mədəniyyəti ilə bağlı ən ciddi problemlərdən biri avtomobillərin səs siqnalları ilə bağlıdır. Çox vaxt şəhərin mərkəzi küçələrində artıq ənənə halını almış tıxac səbəbindən sürücülərin müxtəlif səsli siqnallardan istifadə etməsinin də şahidi oluruq. Paytaxt sakinləri səhər saatlarından axşama kimi siqnalın səsindən haqlı olaraq şikayət edirlər. Yüksək səsli siqnallardan yalnız təcili yardım, yanğınsöndürən və polis maşınlarında istifadə olunmalı halda, şəxsi nəqliyyat vasitələrinin bu cür səslərdən istifadə etməsi qanunidirmi?
Qanunvericiliyə görə, əhalinin sıx məskunlaşdığı ərazilərdə sürücülərin çoxsəsli siqnallardan istifadə etməyi qadağandır. Bunun üçün Bakı şəhərinin bir çox ərazilərində “siqnal vermək qadağandır” yol nişanı qoyulub. Əhalinin dincliyini nümayişkaranə şəkildə pozan xüsusi (ço?avazlı) səs və ya sayrışan işıq siqnallarından istifadə edilməsinə görə inzibati cəzalar tətbiq olunur. “Yol hərəkəti haqqında” Qanunda göstərilir ki, səs siqnalı yalnız yaşayış məntəqəsindən kənarda ötmə əməliyyatı aparmaq niyyəti ilə qarşıda hərəkət edən sürücünü xəbərdar etmək məqsədi ilə və yol nəqliyyat hadisəsinin qarşısını almaq niyyətilə istifadə edilə bilər. Yalnız birsəsli siqnaldan istifadə olunmalıdır ki, onun da səs tonu 85 desibeldən yüksək olmamalıdır. Əks təqdirdə, bu hal inzibati xəta tərkibi yaradır və sürücülər İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən 30 manat cərimə olunur. Qeyd edək ki, ötən ilin ilk üç ayında 200-dən artıq sürücü siqnaldan düzgün istifadə etmədiyinə görə cərimələnib.
Bundan başqa, ölkənin və Bakının müxtəlif yerlərində sürücülərin istifadə etdikləri çoxsəsli siqnalları müsadirə olunur və sürücü 1000 manatadək cərimə edilir. Müsadirə olunan avadanlığın nə az, nə çox 5000 manatadək qiyməti var. Təəssüf ki, cərimələr sürücüləri həmin siqnalların istifadəsindən uzaqlaşdırmır. Bəzən 1 ay sonra yenə həmin hal təkrarlanır.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı sözügedən problemlə bağlı “Yeni Azərbaycan” qəzetinə bildirib ki, qanunvericiliyimizə əsasən səs siqnallarından harda gəldi istifadə etmək nəzərdə tutulmur: “Səs siqnallarından istisna hallarda istifadə etməyə icazə var. Məsələn, yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün. Ola bilsin ki, sürücü diqqətsizdir, başqa yerə baxır amma avtomobili sizə yaxınlaşır deyə, qəza törədə bilər. Bu zaman sürücünü xəbərdar etmək üçün siqnal vermək olar. Yaşayış məntəqələrindən kənarda isə ötmə əməliyyatı apararkən həm səs, həm də işıq siqnalları istifadə edilə bilər. Bakıda səs siqnalları ilə bağlı vəziyyət xaotikdir. Bəzən işıqforda qırmızıda dayanarkən özünü ağıllı hesab edən şəxslər səs siqnalını istifadə edirlər. Düşünmürlər ki, bu davranış cəmiyyətdə böyük narahatlığa səbəb olur.
Qanunla səs siqnalından yersiz istifadə etməyin cəriməsi 30 manatdır. Ancaq bu cəriməni sürücülərə tətbiq etməyin çətin olduğunu düşünürəm. İnanmıram ki, yol polisi əməkdaşları hansısa sürücüyə səs siqnalından düzgün istifadə etmədiyi üçün cərimə yazsın. Çünki bunu müəyyən etmək də çətindir. Məsələn, 30 maşın dayanıb və sürücülərdən biri səs siqnalından istifadə edir. Polisin həmin sürücünü müəyyənləşdirməsi çətindir. İnsanların daxili mədəniyyəti və məsuliyyəti olmalıdır. Sanki sürücülərimizdə siqnala qarşı xüsusi sevgi var. Əcaib səs olan, hansısa filmlərdən fraqmentləri əks etdirən siqnalları avtomobillərinə quraşdırmaq üçün çoxlu pul xərcləyirlər. Ancaq avtomobil üçün vacib olan digər elementlərə fikir vermirlər”.
Sayrışan işıqlar həm də faciə gətirir
Son zamanlar avtomobil yollarında qarşımıza tez-tez sayrışan işıqlardan istifadə edən avtomobillər də çıxır. Xatırladaq ki, sayrışan işıqlardan yalnız operativlik tələb olunan sahə üzrə hərəkətdə olan nəqliyyat vasitələri istifadə edə bilər. Bu qaydanı da pozanlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılırlar.
Məlumat üçün bildirək ki, sayrışan işıq akkumulyatordan qidalanır. Əgər sayrışan işıqlarda gərginlik azalsa və ya çoxalsa, avtomobil qəflətən alışa bilər. Ötən il ərzində Bakı şəhərində sayrışan işıq səbəbi ilə 8 avtomobil yanıb.
Cərimə də işə yaramırsa...
Ekspertlər deyir ki, cərimə sistemi belə sürücüləri yolundan döndərə bilmirsə, çarə onları öyrətməyə və maarifləndirməyə qalır. Sükan arxasında oturan sürücü avtomobillə davranış qaydalarını avtotəlim, yaxud sürücülük kurslarında öyrənir və bu bölmə üzrə testlərdən keçir. Bu qaydaların tətbiq edilməsinə gəlincə isə nədənsə əməl etmir. Psixoloqlar bu problemi sürücünün psixoloji durumu ilə əlaqələndirməyə çalışırlar. Amma siqnaldan yersiz istifadənin digər problemlə bağlı olduğunu da diqqətdən kənarda saxlamaq olmaz. Yazının əvvəlində siqnal səslərindən əsasən tıxaclarda daha çox istifadə edildiyini qeyd etmişdik. Deməli, problemin kökündə də məhz üzücü tıxacların olması dayanır. Paytaxtın tıxac problemi ilə bağlı məsələ ötən həftə Nazirlər Kabinetinin iclasında müzakirə edilmiş, çözülməsi üçün müvafiq addımlar atılacağı ilə bağlı məlumat verilmişdi.
Dünya yersiz siqnal səsləri ilə necə mübarizə aparır?
Hindistanın Mumbay şəhərində sürücülərin lazımsız yerə siqnal verməsinin qarşısını almaq üçün işıqforlara səsölçən qurğular quraşdırılıb. Yeni sistemdə siqnal səsləri 85 desibeldən çox olduqda işıqforlar sıfırlanır. “Nə qədər çox siqnal versən, bir o qədər də gözləyəcəksən” şüarı ilə yeni sistem ölkədə təqdim edilib.
ABŞ-ın Arkanzas ştatında isə axşam saat 9-dan sonra siqnal vermək qadağandır. Bununla da ətrafda yaşayan sakinlərin dincliyini qoruyurlar.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

