Bizim öz fikirlərimiz, gündəliyimiz var
10.01.2025 [17:08]
Etibar Hacıyev,
YAP Ağstafa rayon təşkilatının sədri
Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi çağırışlar bu gün ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Dövlətimizin başçısı Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən öncə diqqəti dünyanı Bakıya toplayan COP29 iqlim konfransına, həmçinin ölkəmizin D-8 təşkilatına üzv qəbul edilməsinə yönəltdi. Bildirdi ki, yekun nəticə COP29-un uğur hekayəsi olduğunu sübut etdi. Çünki əvvəlki COP-lardan fərqli olaraq hazırlıq üçün 2 il deyil, cəmi 11 ay vaxtımız var idi. Stadion və onun ətrafında nəhəng qurğular inşa etməli idik. Bu, 200 min kvadratmetrə yaxın qapalı məkan idi. Tədbirin təşkilatçılığı hər kəsdə məmnunluq doğurdu.
Daha bir gözləmədiyimiz problem COP29-u siyasi motivlər səbəbindən boykot etmək cəhdləri idi. Bu, olduqca gözlənilməz idi. Bu tədbirə ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin Azərbaycan bunun da öhdəsindən gələ bildi. Boykot uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. “Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu” söyləyən dövlət başçısı İlham Əliyev vurğuladı ki, səksən dövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi.
Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı. Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolunu göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçildi. Namizədliyimizi ilk gündən dəstəkləyən Türkiyə oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə cənab İlham Əliyev təqribən 7-8 il bundan əvvəl Türkiyədə keçirilmiş D-8 Zirvə görüşündə də qonaq qismində iştirak etmişdi. Artıq o vaxtdan bəri Azərbaycanın üzvlüyü ilə bağlı məsələ gündəliyə salınmışdı. Amma təbii ki, bütün üzv ölkələr arasında konsensus olmalıydı və nəhayət, bu konsensus əldə edildi. Azərbaycan üzv ölkələrlə daha sıx təmasda olacaq. Hansı ki bu günə qədər də bütün üzv ölkələrlə çox fəal münasibətlərimiz var. Azərbaycan bu qərarı yenə də uğurlarımızın qəbul olunması hesab edir və birinci addımdır. Əsas məsələ D-8-in gələcək fəaliyyəti ilə bağlı olacaq. Dövlət başçısı İlham Əliyev onu da qeyd etdi ki, əlbəttə, bizim öz fikirlərimiz, gündəliyimiz var. Biz üzv ölkələrlə daim təmasda olaraq öz təkliflərimizi verəcəyik. D-8-in təşkilat olaraq daha böyük nüfuza malik olması məsələsi tam realdır: “Hesab edirəm ki, bir halda, artıq genişlənməyə start verildi, bu, Azərbaycanla məhdudlaşmayacaq və ola bilsin ki, digər ölkələr dəvət ediləcək. Əlbəttə ki, bu məsələlərə konsensus əsasında baxılacaq”.
Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olub. İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin açıqlamalarına diqqət yetirsək görərik ki, bütün dövrlərdə bu təşkilat müsəlman ölkələrini birləşdirir, Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Azərbaycanın İslam həmrəyliyi ilə bağlı addımları, İslam dininə olan hörmət, dinlərarası münasibətlər, müsəlman ölkələrinin xətti ilə bir çox tədbirlərin, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi yüksək qiymətləndirilir. Azərbaycan bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də daim müsəlman ölkələrinin maraqlarını müdafiə edir. Bütün müsəlman ölkələrinin maraqlarını Azərbaycan öz maraqları kimi qəbul edir. Təşkilata üzvlükdə ölkəmizin iqtisadi potensialı, siyasi çəkisi, hərbi gücü, İslam həmrəyliyi ilə bağlı siyasətimiz nəzərə alınıb. Eyni zamanda, bu təşkilat öz coğrafiyasını da genişləndirir. Artıq D-8 həm Qafqaz, həm də Xəzər regionuna genişlənib. Coğrafiyamız nə qədər geniş olsa, imkanlarımız da o qədər geniş olacaq.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın xarici siyasətinin dəyişməz prinsiplərindən də bəhs edib. Heç bir dövlətin daxili işinə müdaxilə etməyən Azərbaycan öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Ölkə Prezidenti bir daha belə bir çağırışı səsləndirdi ki, əgər hər bir ölkə öz daxili işləri ilə məşğul olsa, onda nə müharibə, nə münaqişə, nə qarşıdurma olacaq. Hərə öz sərhədləri çərçivəsində öz işi ilə məşğul olsun və başqa ölkələrin daxili işlərinə qarışmasın. Bəlkə də belə bir dünya fantastik görünür. Çünki tarixən imperialist qüvvələr “böl və hökm sür” prinsipi ilə yanaşmışlar, müstəmləkələri tamamilə idarə edərək onların bütün sərvətlərini oğurlayıb özləri üçün dövlətlər qurmuşlar. Amma buna son qoyulmalıdır və müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır və yeni dünya nizamında bu məsələ də nəzərə alınacaq. Ölkələrin suverenliyi toxunulmaz olmalıdır və qorunmalıdır, heç kim heç kimin işinə qarışmamalıdır. Biz buna nail ola bilmişik. Bizim işimizə heç kim qarışa bilməz: “Cəhdlər olub? Bəli, olub. Olacaq? Yəqin ki, olacaq. Nəticə olub? Yox və olmayacaq. Amma gözümüzün önündə olan bir çox ölkələr xarici müdaxiləyə məruz qalırlar və bu, o ölkələrin mənəvi və genetik kodunu da faktiki olaraq sarsıdır. Zəif ölkələrə yad dəyərlər, mənfi dəyərlər aşılanır. Zəif deyəndə, ölkə zəif ola bilməz. Liderlər əgər zəifdirlərsə, onda ölkə zəif sayılır. Ona görə biz bu işə öz gündəliyimizlə hazırıq, gündəliyimiz də var. Yəni ki, bizim siyasətimiz artıq bunu göstərir və yenə də deyirəm, bu işə bizim töhfəmiz əhəmiyyətli olacaq”.
Xəbər lenti
Hamısına baxSosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54
Dünya
19 Yanvar 10:20
Dünya
19 Yanvar 10:09
Dünya
19 Yanvar 09:41
Sosial
19 Yanvar 09:18
Sosial
19 Yanvar 08:56
Dünya
19 Yanvar 08:22
Dünya
19 Yanvar 08:10
Sosial
19 Yanvar 08:03
Dünya
19 Yanvar 07:45
Elm
18 Yanvar 23:32
Hadisə
18 Yanvar 22:15
Hadisə
18 Yanvar 21:41
Hadisə
18 Yanvar 21:27
Dünya
18 Yanvar 20:18
Dünya
18 Yanvar 19:13
Hadisə
18 Yanvar 18:32
Dünya
18 Yanvar 17:41
Sosial
18 Yanvar 16:10
Dünya
18 Yanvar 15:29
Dünya
18 Yanvar 14:17
Dünya
18 Yanvar 13:40
Gündəm
18 Yanvar 13:28
Dünya
18 Yanvar 12:28
Dünya
18 Yanvar 11:30
Dünya
18 Yanvar 10:19
Dünya
18 Yanvar 09:22
Sosial
18 Yanvar 08:56
Dünya
17 Yanvar 23:15
Hadisə
17 Yanvar 22:37
Dünya
17 Yanvar 21:24
Xəbər lenti
17 Yanvar 20:18
Sosial
17 Yanvar 20:16
İqtisadiyyat
17 Yanvar 20:11
Hadisə
17 Yanvar 19:33
Sosial
17 Yanvar 18:22
Dünya
17 Yanvar 17:30
Hadisə
17 Yanvar 16:51
Xəbər lenti
17 Yanvar 16:19
Dünya
17 Yanvar 15:32
Dünya
17 Yanvar 14:51
Sosial
17 Yanvar 14:20
Dünya
17 Yanvar 13:42
Gündəm
17 Yanvar 13:16
Gündəm
17 Yanvar 12:49
Siyasət
17 Yanvar 12:30
Sosial
17 Yanvar 12:11
Siyasət
17 Yanvar 11:45
İqtisadiyyat
17 Yanvar 11:39
Siyasət
17 Yanvar 11:13
Analitik
17 Yanvar 10:57
Analitik
17 Yanvar 10:35
Analitik
17 Yanvar 10:19
Sosial
17 Yanvar 09:52
Dünya
17 Yanvar 09:15
Ədəbiyyat
17 Yanvar 08:54
Ədəbiyyat
17 Yanvar 08:30
Dünya
17 Yanvar 07:59
Mədəniyyət
17 Yanvar 07:35

