/ / YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov partiyanın Ağdaş rayon təşkilatının fəalları ilə görüşüb
YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov partiyanın Ağdaş rayon təşkilatının fəalları ilə görüşüb
13.07.2013 [13:57]
Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov partiyanın Ağdaş rayon təşkilatının fəalları ilə görüşüb. SİA-nın müxbirinin verdiyi məlumata görə, görüşdə millət vəkili Şəmsəddin Hacıyev və Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov da iştirak edib. Əvvəlcə YAP-ın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb. YAP Ağdaş rayon təşkilatının binasında keçirilən görüşdə çıxış edən partiyanın Sədr müavini Əli Əhmədov YAP-ın namizədi Prezident İlham Əliyevin 10 il müddətində respublikamızın iqtisadi, siyasi, mədəni, sosial, elm, təhsil, səhiyyə, mədəniyyət sahəsində gördüyü işləri, əldə olunmuş nailiyyətləri diqqətə çatdırıb. Azərbaycanın daxili siyasətindəki uğurlarla yanaşı, beynəlxalq aləmdə, dünya birliyində mövqeyinin möhkəmlənməsini, söz sahibi olmasını xüsusi vurğulayan Əli Əhmədov həmçinin iri enerji layihələrinin gerçəkləşməsindən də bəhs edib. Bildirib ki, uğurlu siyasətin nəticəsidir ki, bu gün xalqımızın maddi rifah halını, güzaranını 15 il bundan öncə ilə müqayisə etdikdə böyük fərq yaranır. Odur ki, xalqımızın mütləq əksəriyyəti bu gün Ulu öndər Heydər Əliyev siyasi kursunun cənab İlham Əliyev tərəfindən davam etdirilməsini tələb edir. Əminik ki, ağdaşlı vətəndaşlarımız da bu inkişafın davam olunmasını istəməklə, İlham Əliyevin növbəti 5 ildə ölkəmizin Prezidenti olmasında israrlıdırlar. Azərbaycan hakimiyyətinin siyasətinin qayəsi insanların rahat yaşaması, güzəranın yüksəlməsidir.
İcra katibi çıxışında bildirib ki, hər bir sıravi YAP üzvü seçkilərdə aktiv olmalı, seçki günü məntəqələrə gəlib İlham Əliyevə səs verməlidirlər. “Amma bununla vəzifələrinin bitmiş hesab edildiyini düşünməməlidirlər. Hər bir YAP üzvü cənab İlham Əliyevin 10 illik fəaliyyətini olduğu kimi təbliğ etməlidir”, - deyən Ə.Əhmədov sonda partiya üzvlərinə tapşırıqlarını verib.
Millət vəkili Şəmsəddin Hacıyev görüşdə çıxış edərək İlham Əliyevin prezident kimi 10 illik fəaliyyəti barədə danışıb.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov çıxış edərək rayonda görülən abadlıq, quruculuq işləri, həmçinin, seçkilərə hazırlıqla bağlı məlumat verib.
Rayon sakinləri adından Lütvi Paşayev, qadınlar adından Hənifə Yusubova, gənclər adından Anar Şahmuradov çıxış edərək Ağdaş sakinlərinin 16 oktyabr tarixdə keçiriləcək prezident seçkisində cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00

