Azərbaycan-Gürcüstan münasibətləri hər iki xalqın milli maraqlarını şərtləndirir
21.04.2025 [17:55]
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da ölkəmizə rəsmi səfəri zamanı cənab Prezident İlham Əliyevlə görüşü və mətubata verilən bəyanat çox mühüm mesajları əhatə edir. Hər iki lider iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və regional sabitlik mövzularında birgə mövqe nümayiş etdirərək, tarixi dostluğun və ortaq dəyərlərin əhəmiyyətini xüsusi vurğuladılar. Onların çıxışlarında Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin sadəcə keçmişə bağlı deyil, eyni zamanda, müasir çağırışlarla üzləşmək üçün güclü bir əsas təşkil etdiyinə dair aydın mesaj var. Ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri getdikcə daha da güclənir. Sözsüz ki, ənənəvi görüşlər ölkələri və xalqları daha da yaxınlaşdırır. Bu bir reallıqdır ki, Azərbaycan və gürcü xalqı arasında olan yüksək münasibətlər Cənubi Qafqazın ümumi inkişaf tendensiyasında mühüm rol oynayır. Xalqlar arasında əsrlər boyu mövcud olan mehriban qonşuluq, dostluq hər iki ölkənin əlaqələrinə mühüm təsir göstərir.
Azərbaycan və gürcü xalqları arasındakı dost və qardaşlıq əlaqələrinin çox qədim tarixi kökləri vardır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulub. İki dövlət arasında bir çox sahələr üzrə əməkdaçlıq günü-gündən artmaqdadır.
İki ölkə arasında sıx münasibətlər strateji tərəfdaşlıq mərhələsinə yüksəlib. Bu, Azərbaycan və Gürcüstanın indiyədək birgə fəaliyyət göstərdikləri meqalayihələrin reallaşmasında özünü aydın göstərir. Həmin təşəbbüslərin gerçəkləşməsi regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Başqa sözlə, Cənub Qaz Dəhlizi və TAP layihələrinin həyata keçirilməsi ilə Gürcüstan və Avropanın enerji təhlükəsizliyində yeni mərhələnin əsası qoyulmaqla bərabər, tərəflər arasında əməkdaşlıq münasibətinin möhkəmlənməsinə əsaslı təsir göstərir. İki qonşu ölkə istər beynəlxalq təşkilatlarda, istərsə də regional təşkilatlarda daima bir-birilərini dəstəkləyirlər. Azərbaycan-Gürcüstan münasibətləri demək olar ki, həyatın bütün sahələrini əhatə edir. İki ölkə arasında dostluq və qardaşlığa əsaslanan münasibətlər daim strateji əhəmiyyət daşıyır və bu münasibətləri hər iki xalqın milli maraqları şərtləndirir.
Cənab Prezidentin çıxışında vurğuladığı kimi, Azərbaycan ilə Gürcüstan arasında münasibətlər dərin tarixi köklərə söykənir və bu gün dövlətlərimiz arasında bütün sahələri əhatə edən sıx və qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Əsrlər boyu sülh və mehribanlıq şəraitində yaşamış xalqlarımız bu münasibətləri dövlətlərarası səviyyəyə daşımağı bacarıblar. Siyasi dialoqun fəallığı, yüksək səviyyəli təmasların müntəzəmliyi və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək ölkələrimizin bir-birinə olan bağlılığını daha da möhkəmləndirir.
Bütün bu qeyd edilən məsələləri nəzərə alaraq düşünmək olar ki, Azərbaycan və Gürcüstan arasında mövcud siyasi, iqtisadi əlaqələr gələcəkdə daha da güclənəcək, qarşılıqlı etimad və strateji maraqlar əsasında yeni zirvələrə çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11

