“Zəfərdən zirvələrə” mövzusunda gənclərlə görüş keçirildi
06.05.2025 [17:41]
Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Zəfərdən zirvələrə” mövzusunda gənclərlə görüş keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına təkcə siyasi müstəqillik deyil, həm də milli dövlətçilik ideologiyası, sosial-iqtisadi inkişaf modeli, hüquqi və dünyəvi dövlət quruculuğu ənənələri bəxş etmişdir. Onun müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan XX əsrin sonunda müstəqilliyini bərpa etdikdən sonra varlığı real təhlükə altında olan bir dövlətdən regionun lider dövlətinə çevrilmişdir. Əldə olunmuş sabitlik, davamlı iqtisadi artım və beynəlxalq nüfuzun yüksəlişi məhz ümummilli liderin təməlini qoyduğu dövlət idarəçiliyi fəlsəfəsinin təzahürüdür.
YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva vurğulayıb ki, ulu öndərin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, eləcə də müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda gənc nəslin yetişdirilməsindən ibarət olub. Ümimmilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün onun layiqli siyasi varisi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vətən Müharibəsi qəhrəmanı Zaur Hüseynov qeyd edib ki, Azərbaycan xalqı bu gün də Ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətini qoruyur və bu ideyaların Prezident İlham Əliyev tərəfindən yeni şəraitdə həyata keçirilməsini böyük ruh yüksəkliyi ilə dəstəkləyir. Müasir dövrün çağırışlarına cavab verən, milli maraqlara əsaslanan və xalqın rifahına xidmət edən bu kursun nəticəsində Azərbaycan 2020-ci ildə tarixinin ən şanlı səhifəsini – Vətən müharibəsində əldə olunan Zəfəri yazdı. Məhz bu uzaqgörən liderlik irsi, illərlə təməli qoyulan güclü dövlət idarəçiliyi, milli ruh, xalq-iqtidar birliyi və möhkəm ordu quruculuğu nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. 2023-cü ildə Xankəndi də daxil olmaqla ölkənin tam suverenliyinin bərpası ulu öndərin ideyalarının praktik nəticəsidir.
Tədbir gənclərin sualları ətrafında fikir mübadiləsi şəraitində davam edib.
Xəbər lenti
Hamısına baxDünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51

