Müstəqillik Günü münasibətilə YAP Ağcabədi rayon təşkilatında tədbir keçirilmişdir
27.05.2025 [17:40]
May ayının 27-də YAP Ağcabədi rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, rayon ictimaiyyətinin nümayəndələri, ƏPT sədrləri və partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə müstəqil və müasir Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər.
YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov tədbiri açmış, Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.
Ulu Öndər Heydər Əliyevin və xalqımıza Qələbə sevinci yaşadan, dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov bildirdi ki, 1918-ci il mayın 28-i Azərbaycan tarixinə müstəqillik, milli qürur və şərəf günü kimi yazıldı. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi oldu. Cümhuriyyət qurucularımız "İstiqlal Bəyannaməsi"ni elan edərək xalqımızın müstəqillik əzmini, azadlıq ruhunu, inkişaf səviyyəsinə görə irəli getmiş dövlətlərlə bir yerdə addımlamağa layiq olduğunu bütün dünyaya göstərdilər.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev tədbir iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik etdikdən sonra qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin qarşıya qoyduğu, amma reallaşdıra bilmədiyi bütün planlar Ulu Öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə reallaşdırıldı. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş bugünkü müstəqil Azərbaycanı görmək arzusunda olan, amma bu günü görə bilməyən Ulu Öndər Heydər Əliyevin, eyni zamanda cümhuriyyət liderlərinin ruhları şaddır.
Tədbirdə 85 saylı Füzuli-Ağcabədi DSK-nın sədri İbrahim Həsənov, H.Əliyev Mərkəzinin direktor əvəzi Ruhin Hüseynov, Camal İbrahimov adına 8 nömrəli tam orta məktəbin müəllimi, Şəhid bacısı Nüşabə İbrahimova, Şəhid Həsən Süleymanovun həyat yoldaşı Qumru Süleymanova, Ağcabədi şəhər 8 nömrəli tam orta məktəbin müəllimi Namiq Əhmədov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin, bu günümüzün və gələcəyimizin əbədi bir dəyəri olduğunu ifadə etdilər.
Tədbirdə Müstəqillik Günü münasibətilə bir qrup YAP fəalı və yubiley yaşları tamam olan partiya veteranlarına Fəxri Fərman və hədiyyələr təqdim edildi.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatının keçirdiyi bədii qiraət müsabiqəsində 1-ci yer tutmuş, Hindarx qəsəbə 2 saylı məktəbin şagirdi Gülay Abbasova və həmin məktəbin şagirdi Ülvü Abbasov şeir söylədilər.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə yekun vurulub.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.
Xəbər lenti
Hamısına baxElm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05

