Budapeştdə Türk Dünyasına çağırış
27.05.2025 [17:29]
Azərbaycan Сənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Zəfərlə başa çatdırdığı II Qarabağ savaşının mühüm nəticəsi olaraq Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək. Həmçinin onu da deməliyik ki, Türk Dövlətləri Təşkilatı təkcə siyasi-mədəni deyil, həm də yaxın gələcəkdə türk dövlətlərinin hərbi ittifaqının qurulmasının da əsasını qoyub. Bu reallıqlar eynilə ölkəmizin və regionun qarşısında yeni inkişaf perspektivləri açdığı kimi, Türk dünyasının da birliyinin möhkəmlənməsinə, gücünün artmasına böyük töhfələr verəcək.
Bu baxımdan Prezident İlham Əliyevin cari ilin 21 may tarixində Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı böyük əhəmiyyət kəsb edən önəmli hadisədir.
Zirvə görüşündə çıxış edən dövlətimizin başçısı Türk dünyasının birliyinin və həmrəyliyinin vacibliyini vurğuladı. O, Azərbaycanın Türk Dövlətləri Təşkilatının fəal üzvü kimi regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli rol oynadığını bildirdi. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının üzv ölkələri arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının və enerji sahəsində birgə layihələrin həyata keçirilməsinin vacibliyini xüsusi olaraq qeyd etdi.
Dövlət başçısı Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri barədə də ətraflı məlumat verdi. O, Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulayaraq bu layihənin Türk dünyasının birləşdirilməsində mühüm rol oynayacağını bildirdi. Prezident, həmçinin Azərbaycanın bölgədə sülhün və sabitliyin təmin edilməsi üçün atdığı addımlar barədə də iştirakçıları məlumatlandırdı.
Çıxışında Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının beynəlxalq aləmdə nüfuzunun artdığını və təşkilatın region ölkələri üçün mühüm platforma olduğunu bildirdi. O, Türk dövlətləri arasında ortaq mədəniyyətin, dilin və tarixi irsin qorunub saxlanılmasının əhəmiyyətini vurğulayaraq, gələcək əməkdaşlıq istiqamətlərini də müzakirə etdi.
Zirvə görüşü çərçivəsində Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyət planları, o cümlədən iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya sahəsindəki layihələr və mədəni mübadilə məsələləri geniş müzakirə olundu. Prezident İlham Əliyevin bu görüşdəki çıxışı Türk dünyasının birliyi və əməkdaşlığı üçün mühüm yol xəritəsi kimi qiymətləndirilir.
Prezident İlham Əliyev Macarıstanın TDT ilə əlaqələrini yüksək qiymətləndirərək, bu ölkənin Türk dünyasına olan dəstəyini xüsusi qeyd edib. Macarıstanın təşkilatın müşahidəçi üzvü kimi fəal rol oynamasının Türk dövlətləri arasında əlaqələri genişləndirdiyini deyib.
Azərbaycan Prezidenti görüşün yüksək səviyyədə təşkilinə görə Macarıstanın baş naziri Viktor Orban və macar xalqına təşəkkürünü ifadə edib. O, Macarıstanın Avropada Türk dünyasının səsi olduğunu vurğulayıb və iki ölkə arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Beləliklə, Budapeşt görüşündə Prezident Əliyevin söylədikləri Türk Dövlətləri Təşkilatının qarşıdakı fəaliyyət planları üçün yol xəritəsi olmaqla yanaşı, Türk dünyasının həmrəyliyini və birliyini daha da gücləndirəcəkdir.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00

