Siyasi iradənin və strateji baxışın bariz nümunəsi
07.07.2025 [22:48]
Azərbaycan daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etdi. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Xankəndi şəhərində təşkil olundu. Vaxtilə terror və separatizm yuvası olan Xankəndi indi Azərbaycanın ən təhlükəsiz şəhərlərindən biri kimi dövlət və hökumət başçılarını qəbul etdi. Bu, Azərbaycanın üçüncü dəfədir ki, ECO Zirvə toplantısına ev sahibliyi etməsidir.
Görüşünün ölkəmizdə yüksək səviyyədə təşkili, qəbul edilən mühüm qərarlar və səsləndirilən bəyanatlar Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycan 1992-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür. Xatırladaq ki, Azərbaycan artıq iki dəfə ECO-nun Zirvə görüşlərinə ev sahibliyi edib. 2006-cı ilin mayında və 2012-ci ilin oktyabrında Bakıda keçirilmiş IX və XII Zirvə görüşləri də uğurla reallaşıb. Bu illər ərzində Bakı təşkilat daxilində özünün fəallığı və mühüm töhfələri ilə seçilib. Üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və digər sahələrdə çoxistiqamətli əməkdaşlıq platformaları yaradılıb. Mövcud əməkdaşlıq təşəbbüsləri tək iqtisadi və humanitar yox, həm də təhlükəsizlik, sülh və sabitliyin təminində də önəmli rol oynayır. Bu baxımdan Zirvə görüşünün Xankəndidə təşkili həm də Azərbaycanın dünyaya ünvanladığı mesaj kimi dəyərləndirilə bilər
Tədbirdə Prezident İlham Əliyev çıxış edərək Zirvə görüşünün məhz Xankəndidə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Dövlət başçısı Ermənistanın 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan torpaqlarında həyata keçirdiyi vəhşiliklərdən bəhs edərək, etnik təmizləmənin nəticələrini iştirakçı dövlətlərin diqqətinə çatdırdı. Azərbaycanın 20 faizə yaxın ərazisinin işğal altında saxlanılması, bir milyondan çox soydaşımızın öz dədə-baba yurdlarından didərgin salınması beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır. Azərbaycan dövləti bu işğalla heç vaxt barışmadı və nəticə etibarilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu məğlub edərək ərazi bütövlüyünü təmin etdi. Prezidentin qeyd etdiyi kimi, bu qələbə təkcə hərbi deyil, həm də siyasi, mənəvi və hüquqi qələbədir.
Zirvə görüşündə Prezident İlham Əliyev Ermənistanın törətdiyi mədəni soyqırım faktlarını da xüsusi qeyd etdi. İşğal dövründə 67 məsciddən 65-nin dağıdılması, digərlərinin isə təhqiredici formada istifadəsi, qəbiristanlıqların və tarixi abidələrin məhv edilməsi Azərbaycanın milli və dini kimliyinə qarşı aparılmış sistemli vandalizmi ortaya qoyur. Dövlət tərəfindən yaradılmış komissiyanın hesablamalarına görə, Ermənistanın Azərbaycana vurduğu maddi ziyan təxminən 150 milyard ABŞ dolları təşkil edir. Bu günə qədər 400-dən çox vətəndaş mina partlamaları nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır. Bu faktlar beynəlxalq ictimaiyyət üçün Ermənistanın hərbi-siyasi məsuliyyətini sübut edən mühüm dəlillərdir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan bu gün işğaldan azad olunmuş ərazilərində möhtəşəm bərpa və yenidənqurma işləri həyata keçirir.
Prezident İlham Əliyev “Böyük Qayıdış” proqramının uğurla icra olunduğunu və artıq 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıtdığını bildirdi. Hal-hazırda 50 mindən çox insan Qarabağ və Şərqi Zəngəzurda yaşayır, işləyir və təhsil alır. Bu göstəricilər təkcə Azərbaycanın iqtisadi potensialını deyil, həm də milli iradənin gücünü əks etdirir.
Xankəndi şəhərində keçirilən Zirvə görüşü üzv ölkələrin beynəlxalq əməkdaşlığının yeni bir mərhələsinə təkan verdi. Prezident İlham Əliyev çıxışında ECO-nun üzv ölkələri ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğuladı. Xüsusilə 2023-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı ECO məkanında bir ilk kimi tarixə düşdü. 197 ölkənin iştirak etdiyi bu qlobal tədbirdə inkişaf etməkdə olan dövlətlərə maliyyə yardımının əhəmiyyətli dərəcədə artırılması, İtki və Zərər Fondunun yaradılması və karbon bazarlarının tənzimlənməsi sahəsində əldə edilən razılaşmalar Azərbaycanın qlobal iqlim diplomatiyasındakı uğurlarını təsdiq etdi. Bununla yanaşı, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci ildə ilk dəfə ECO Həftəsi keçirilmişdir. Bu çərçivədə Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil olunmuşdur. Forumlarda iştirak edən nümayəndələrin Xankəndidə Zirvə görüşü zamanı təqdim etdiyi məruzələr işğaldan azad olunmuş bölgələrdə həyata keçirilən genişmiqyaslı inkişaf tədbirlərini əyani şəkildə ortaya qoyur. Azərbaycanın təşəbbüsü ilə yaradılan və yaxın gələcəkdə fəaliyyətə başlayacaq ECO Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzi də regional əməkdaşlığın dərinləşdirilməsində mühüm rol oynayacaq. Eyni zamanda 2026-cı ildə Şuşa şəhərinin “ECO-nun Turizm Paytaxtı” elan edilməsi Azərbaycanın turizm potensialının da beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Xankəndi şəhərində keçirilən ECO Zirvə görüşü Azərbaycanın artan nüfuzunu və regional liderliyini bir daha ortaya qoydu. Prezident İlham Əliyevin çıxışı isə həm siyasi iradənin, həm də strateji baxışın bariz nümunəsi kimi yadda qaldı. Bu Zirvə görüşü ümumilikdə regionun gələcəyi baxımından mühüm dönüş nöqtəsi oldu.
Gündüz Bayramov,
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26

