Yaddaşlara əbədi yazılan tarixi hadisə
20.09.2025 [19:13]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan xalqı sentyabr ayının 20- i Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü kimi təntənəli şəkildə qeyd edir.
“Qırx dörd günlük müharibə zamanı çoxlu xarici media nümayəndələrinə müsahibələr verərək, təbii ki, bizim planlarımız haqqında mən danışa bilməzdim. Halbuki suallar demək olar ki, təkrarlanırdı. Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq. Üç il bundan əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər – sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin.” Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 8 noyabr tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxışında qeyd etdiyi bu sözlər dünya miqyasında güclü ölkələr sırasında addımlayan Azərbaycanın uğurlu siyasətinin təsdiqidir.
44 günlük Vətən müharibəsində xalqımızın qəhrəman oğullarının dünya hərb tarixinə düşən şücaəti dillərə dastan oldu. Qüruredici haldır k, Azərbaycanın tarixi zəfərə imza atdığı hər günü, hər anı xalqımız fəxrlə bayram edir. Xalqımızın möhtəşəm Zəfərinin sədası ötən ilin 15 oktyabrında dünyaya düşmən işğalından azad edilən Xankəndidən yayıldı.
Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Azərbaycan xalqının torpağından bir qarış belə düşmənə güzəştə getməyəcəyi mesayını Xankəndi şəhərindən verdi. Tarixi Qələbənin üçüncü ildönümündə ölkə Prezidenimizin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədədə ucaltdığı üçrəngli bayrağımızın Zəfər təntənəsini daha əlamətdar oldu.
Tarixi qələbədən 3 il sonra Zəfər Günü münasibətilə Xankəndi şəhərinin mərkəzində hərbi paradın keçirilməsi xalqımıza qürur dolu bir gün yaşatdı. Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünü xalqımız haqq savaşımızın fədailərini anaraq, suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa edən qəhrəmanların xatirəsinə ehtiram bildirilərək qeyd edildi. Bu tarixdə, düşmən üzərində qazanılmış həmin gün üçrəngli bayrağımız daha qürurla, əzəmətlə dalğalandı. İllərdən bəri gözlədiyimiz, həsrətində olduğumuz tarixi günün sevincini Xankəndidə yaşadıq. Döyüşlərdə böyük qəhrəmanlıq və hünər göstərərək düşməni məhv edən, yağıları torpaqlarımızdan qovan Azərbaycan Ordusunun və başqa güc strukturlarının şəxsi heyəti Xankəndinin baş meydanında Müzəffər Ali Baş Komandan İlham Əliyevin qarşısından təntənəli addımlarla keçdi.
“Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi….
Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Ölkə Prezidentimiz cənab İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq söylədiyi bu fikrlər təsdiq edir ki, Azərbaycanın möhtəşəm qələbəsi tarixdə əbədi olaraq yaşayacaq.
Xalqımız Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gününü təntənəli ilə, toy-bayramla qeyd edir. Yaddaşında əbədi yaşayacaq bu tarixi hadisə, Ulu Öndər Heydər Əliyevin xalqımıza miras qoyduğu müdrik siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin parlaq nümunəsidir.
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
