Vətən müharibəsində qazanılan möhtəşəm qələbə
15.10.2025 [22:47]
Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda 2020-ci il Vətən müharibəsində qazanılan möhtəşəm qələbə ölkəmizin yeni inkişaf mərhələsinin əsasını qoydu. Bu zəfər nəticəsində işğaldan azad olunan ərazilərimizdə, o cümlədən Füzuli rayonunda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilməyə başlandı. Lakin bu prosesin qarşısında duran ən ciddi problemlərdən biri düşmən tərəfindən həmin ərazilərdə, xüsusilə Füzuli rayonunda həyata keçirilmiş genişmiqyaslı minalama siyasətidir. Faktlar göstərir ki, Füzuli rayonu azad edilmiş ərazilər arasında mina ilə ən çox çirkləndirilmiş bölgədir.İşğal dövründə Ermənistan Füzuli ərazisində yalnız hərbi bölgələri deyil, yaşayış məntəqələrini, qəbiristanlıqları, məktəbləri, kənd yollarını, əkin sahələrini, su mənbələrini belə minalamışdır. Bu isə təkcə müharibə dövründə deyil, ondan sonrakı bərpa və dinc həyatın bərpası mərhələsində də insanların həyatına, iqtisadi fəaliyyətə, geri dönüş prosesinə təhlükə yaratmaqdadır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) hesabatlarına əsasən, Füzuli rayonu ərazisində aşkar edilən mina və partlamamış hərbi sursatların sayı digər rayonlarla müqayisədə daha çoxdur. Bu faktlar onu göstərir ki, Ermənistan tərəfindən burada məqsədli şəkildə genişmiqyaslı mina terroru həyata keçirilmişdir.Füzulidə mina problemi təkcə təhlükəsizlik məsələsi deyil, həm də humanitar, sosial və iqtisadi problemdir. Torpaq bərpa olunmadan, mina təhlükəsi aradan qaldırılmadan, əhalinin geri dönüşü və normal həyatın qurulması mümkünsüzdür. Çox təəssüf ki, mina partlayışları nəticəsində müharibədən sonra da bir çox hərbi qulluqçular və mülki şəxslər həyatını itirmiş və ya ağır yaralanmışdır. Bu isə işğalın qoyub getdiyi faciəvi irsin davam etdiyini göstərir.
Bu sahədə görülən işlərin başında isə Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və nəzarəti dayanır. Dövlət başçısı azad edilmiş ərazilərdə yenidənqurma işlərinin bütün istiqamətlərində olduğu kimi, mina təmizləmə sahəsində də ciddi siyasi iradə və təşkilati mexanizm formalaşdırmışdır. Prezident İlham Əliyevin tapşırığı ilə müasir texnika və texnologiyalarla təchiz olunmuş ANAMA agentliyi bu ərazilərdə sistemli şəkildə fəaliyyət göstərir. Eyni zamanda, dövlət səviyyəsində beynəlxalq təşkilatlarla və tərəfdaş ölkələrlə mina təmizləmə sahəsində əməkdaşlıqlar genişləndirilib. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında mina təhlükəsini beynəlxalq tribunalarda gündəmə gətirmiş, Ermənistanın bu sahədəki hərbi cinayətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.
Bununla yanaşı, dövlət başçısı şəxsən azad olunmuş ərazilərə, o cümlədən Füzuli rayonuna dəfələrlə səfər etmiş, bu səfərlər zamanı mina təhlükəsinə baxmayaraq regionda aparılan işlərə rəhbərlik etmişdir. Füzuli şəhərində təməli qoyulan ilk infrastruktur layihələri – hava limanı, yollar, elektrik xətləri və digər obyektlər Cənab Prezidentin bilavasitə iştirakı və təşəbbüsü ilə həyata keçirilmişdir. Bu faktlar bir daha göstərir ki, mina problemi nə qədər böyük olsa da, Azərbaycan dövləti və onun Lideri bu problemi mərhələli və ardıcıl şəkildə həll etməyə qərarlıdır.
17 oktyabr – Füzuli şəhəri günü qeyd edilərkən, bu torpağın qəhrəmanlıq salnaməsi ilə yanaşı, üzləşdiyi mina terroru da unudulmamalıdır. Bu gün Füzuli dirçəlir, yenidən doğulur, lakin bu yol asan deyil. Hər qarış torpaq həm minalardan təmizlənir, həm də xalqımıza layiq həyatın bərpası üçün hazırlanır. Bu prosesin uğurla irəliləməsi isə Prezident İlham Əliyevin uzaqgörən siyasəti, dövlət qurumlarının fədakar fəaliyyəti və xalqımızın əzmi sayəsində mümkün olur.
Füzuli yalnız işğaldan deyil, minalardan da tam azad olmalıdır – bu, həm şəhidlərimizə borcumuz, həm də gələcək nəsillərə mirasımızdır.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

