Azərbaycan – ABŞ əlaqələri yüksələn xətlə inkişaf edir!
12.02.2026 [16:17]
Bu gün yeni mərhələyə daxil olan Azərbaycan-ABŞ münasibətlərinin fonunda ölkəmizin ədalətli mövqeyinə dəstəyi aydın şəkildə görürük. Dövlət başçısı İlham Əliyevin bu ilin əvvəlində yerli televiziya kanallarına ənənəvi müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan-Amerika münasibətlərinin kontekstində də 2025-ci il tarixi uğurlu il sayıla bilər. Çünki sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə Amerikadakı anti-Azərbaycan qüvvələrin, erməni lobbisinin fəaliyyəti nəticəsində lazımi səviyyədə münasibətlər qura bilməmişdi. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Müəyyən mərhələlərdə münasibətlər müsbət istiqamətdə inkişaf edirdi. Ancaq mövcud məhdudiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinin davam etməsi Amerikadakı söz sahiblərinə imkan vermirdi ki, Azərbaycanla genişmiqyaslı münasibətlər qurulsun. Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya Prezident başda olmaq şərti ilə çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir. Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də, bizim üçün də önəmlidir.
Dövlət başçısı İlham Əliyevin ötən ilin avqust ayında ABŞ-a işgüzar səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı. Həmin səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar. Cənab İlham Əliyev həmin mərasimdə bir daha bildirdi ki, 33 il davam edən sanksiyaların sonu Prezident Trampın sayəsində mümkün oldu. Dövlətimizin başçısı onu da qeyd etdi ki, Prezident Donald Tramp ilk prezidentlik dövründə gördüyü işlərə görə Azərbaycan xalqının və beynəlxalq ictimaiyyətin rəğbətinə layiqdir. Son bir neçə ay ərzində Asiya, Afrika və nəhayət Cənubi Qafqaza sülh gətirdi.
ABŞ Prezidentinin cənab İlham Əliyevə “Siz böyük lidersiniz” müraciəti, həmçinin Ağ Evin rəmzi açarını dövlətimizin başçısına təqdim edərək “Mən bunu nadir hallarda təqdim edirəm” söyləməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, Prezidentimizə böyük etimadın fonunda ABŞ-ın ölkəmizlə əməkdaşlığa nə qədər böyük önəm verdiyini nümayiş etdirdi. Bugünkü reallıqlarımız Azərbaycan-ABŞ münasibətlərinin inkişafı ilə bağlı söylənilən əminliyin artıq gerçəkləşməkdə olduğunu təsdiqləyir.
Dövlət başçısı İlham Əliyev bu ilin yanvarında Davos Dünya İqtisadi Forumunun 56-cı iclası çərçivəsində də Prezident Donald Trampla görüşdü. Həmin görüş bir daha iki ölkənin, o cümlədən iki liderin münasibətlərinin təqdimatı oldu. Azərbaycanın ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasına təsisçi kimi qoşulması ölkəmizin beynəlxalq miqyasda sülh, dialoq və qarşılıqlı anlaşma dəyərlərinə sadiqliyinin, eyni zamanda, yüksələn xətlə inkişaf etməkdə olan Azərbaycan-ABŞ münasibətlərinin təqdimatı oldu. Sülh Şurasının təsisçilərindən biri kimi Azərbaycan beynəlxalq platformalarda fəal iştirak etməklə sülh gündəliyinin formalaşmasına və qlobal etimadın güclənməsinə xidmət edir.
Göründüyü kimi, yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-ABŞ əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı üçün böyük potensial mövcuddur. Donald Trampın Prezident seçilməsindən ötən dövrdə iki ölkənin münasibətlərində diqqət çəkən inkişaf gələcək barədə aydın təsəvvür yaradır. Dayanıqlı inkişafda, yeni əməkdaşlıq formatlarının yaradılmasında əsas amil sülhün, təhlükəsizliyin təmin edilməsidir ki, ABŞ Prezidenti Donald Trampın tarixi sülh razılaşmasının əldə edilməsində rolu özündə bütün məqamlar ehtiva edir. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfəri zamanı Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindəki çıxışında bildirdi ki, ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa minnətdarlığını bildirən cənab İlham Əliyev bir daha vurğuladı ki, o, 2025-ci il avqustun 8-də üçtərəfli Zirvə Görüşünə ev sahibliyi etmişdir. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflandı, həmçinin Birgə Bəyannamə imzalandı. Prezident Tramp şahid qismində həmin sənədi də imzaladı və bununla da üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyuldu.
Elşən Əzizov
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

