ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: Yeni layihələrlə yeniliklərə imza atılır
12.02.2026 [13:45]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin Bakıya rəsmi səfəri Cənubi Qafqaz regionunda geosiyasi proseslərin intensivləşdiyi bir dövrə təsadüf edir. O baxımdan, bu rəsmi səfər mühüm siyasi hadisə kimi qiymətləndirilir.
Səfər həm Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri, həm regional təhlükəsizlik məsələləri, həm də böyük güclər arasında rəqabətin fonunda Bakının artan strateji rolunun göstəricisi kimi diqqət çəkir.
ABŞ nəqliyyat və tranzit sahəsində Azərbaycan ilə əməkdaşIıq əlaqələrini daha da gücləndirmək niyyətindədir. Rəsmi Vaşinqtonun bu istəyi onun geosiyasi maraqları ilə əlaqədar olsa da tutduğu mövqeyi region dövlətlərinin maraqlarına cavab verir. Ən əsası, bu səfər Prezident İlham Əliyevin son illərdə apardığı balanslı və çoxvektorlu xarici siyasətin nəticəsi kimi qiymətləndirilə bilər.
Bu məsələ fevralın 10-da ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri çərçivəsində iki dövlət arasında imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”da öz əksini tapıb.
Xartiyada “Azərbaycan və ABŞ Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədir” kimi bəndin salınması təsadüfi xarakter daşımır.
Onu da xüsusi vurğulayaq ki, bu dəhliz istifadəyə verildikdən sonra onun Şərqi Aralıq dənizini, Türkiyəni, Ermənistanı, Azərbaycanı, Xəzər dənizini, Qazaxıstanı, Türkmənistanı və digər ölkələri birləşdirəcək Orta Dəhlizin çox vacib bir hissəsi olacağını unutmamalıyıq. Beləliklə, bu, potensial olaraq ticarət, biznes, investisiyalar üçün Avropanı, Aralıq dənizini, Yaxın Şərqi və Mərkəzi Asiyanı birləşdirən çox vacib bir dəhlizdir və inanıram ki, bütün region üçün üstünlüklər yaradacaq
ABŞ Mərkəzi Asiya respublikaları ilə ötən il Vaşinqtonda sammit keçirərək buradakı faydalı qazıntılara, nadir yer minerallarına və karbohidrogen resurslarının istehsalına sərmayə yatırmağı planlaşdırıb.
Eyni zamanda, Çində fəaliyyət göstərən Hebey Pedaqoji Universitetində Xəzər hövzəsi və Mərkəzi Asiya üzrə Tədqiqatlar Mərkəzinin hesabatına əsasən son 10 ildə Mərkəzi Asiya ölkələrinin ümumi daxili məhsulu (ÜDM) 520 milyard dollara çatıb.
Ölkələr arasında qarşılıqlı ticarətin həcmi 11 milyard dollar səviyyəsinə yüksəlib. Dünyadakı uran ehtiyatlarının 20 faizi, neft ehtiyatlarının 17,2 faizi, qaz ehtiyatlarının isə 7 faizi bu regionun payına düşür. Regionun potensialı isə bundan daha genişdir.
Belə ki, Mərkəzi Asiya regionu 3 milyon 882 min kvadrat kilometr ərazini və 80 milyon əhalini əhatə edir. BMT-nin hesablamalarına görə, Mərkəzi Asiya dünyanın ən gənc regionlarından biridir. Burada əhalinin orta yaşı 28,7-dir.
Proqnozlara əsasən, regionda orta yaş 2040-cı ilə doğru daha da azalaraq 28,3-ə düşəcək. Müqayisə üçün, Şimali Amerikada bu göstərici 41,5 yaş, Avropada 46,8 yaş, Çində isə 48 yaş olacaq.
Bütün bu potensialı ABŞ diqqətdə saxlayaraq region ilə əlaqələrini artırmaq, sərmayə yatıraraq iqtisadi fayda əldə etmək niyyətindədir.
Azərbaycan isə Mərkəzi Asiyanı dünya ilə əlaqələndirən dövlətdir. Bu baxımdan ABŞ Azərbaycanın irəli sürdüyü nəqliyyat layihələrini bəyanatlarla deyil, rəsmi sənədlə dəstəkləyir.
Bu isə öz növbəsində onu deməyə əsas verir ki, Azərbaycandan keçən tranzit yollar və infrastruktur layihələrin təhlükəsizliyi də ABŞ tərəfindən təmin olunacaq.
Qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişlənməsi istiqamətində atılan addımlar sırasında imzalanan xartiyanın həm iqtisadi, həm də siyasi əhəmiyyəti böyükdür. Orta Dəhlizin davamı kimi Zəngəzur dəhlizi də məhz bu aspektdən ABŞ üçün maraq kəsb edir.
Digər tərəfdən, Cey. Di. Vensin regiona səfərinin Ermənistanı da əhatə etməsi ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində aktiv rol oynamaq niyyətini göstərir. Regional kommunikasiyaların açılması, nəqliyyat dəhlizləri, iqtisadi inteqrasiya və təhlükəsizlik məsələləri bu kontekstdə mühüm mövzulardandır. Onun sözlərinə görə, Azərbaycan üçün kommunikasiyaların bərpası yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Ölkə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının əsas halqalarından biri kimi çıxış edir və bu mövqenin güclənməsi beynəlxalq tərəfdaşların marağını artırır.
Ümumilikdə, ABŞ Vitse-prezidentinin Bakıya səfəri Azərbaycanın beynəlxalq siyasətdə artan rolunun və diplomatik imkanlarının göstəricisi kimi qiymətləndirilə bilər. Bu səfər regionda yeni siyasi dinamika yarada, iqtisadi və təhlükəsizlik əməkdaşlığını genişləndirə, eyni zamanda, Azərbaycanın balanslı xarici siyasət kursunu daha da möhkəmləndirə bilər.
Azərbaycan üçün əsas prioritet isə dəyişməz qalır; milli maraqların qorunması, regional sabitliyin təmin edilməsi və müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi. Mövcud geosiyasi şəraitdə bu yanaşma ölkənin strateji mövqeyini daha da gücləndirən əsas amillərdən biri hesab olunur.
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

