Qlobal enerji xəritəsində strateji mövqe
05.03.2026 [14:41]
Mart ayının 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işlər nəzərdən keçirilmiş, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığın və tərəfdaşlığın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlar müəyyənləşdirilmişdir. Tədbirdə çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başlandığı dövrlə müqayisədə birlikdə - məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğu indi daha aydın şəkildə anlaşılır.
Qaz təchizatının şaxələndirilməsi müasir enerji siyasətində əsas prioritetlərdəndir. Azərbaycan üçün bu, həm bazarların genişləndirilməsi, həm də risklərin balanslaşdırılması deməkdir. Suriyaya 1,5 milyard kubmetr qaz ixracı bunun bariz nümunəsidir. Elektrik enerjisinin təminatı iqtisadi və sosial sabitliyin əsasıdır və Bakı bu layihə ilə regionda dayanıqlılığa töhfə vermiş oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, istehsalçı, tranzit və istehlakçı ölkələr arasında qarşılıqlı fayda prinsipi on ildən artıqdır davam edən uğurun təməlidir.
Enerji keçidi kontekstində 2032-ci ilə qədər 6–8 giqavat alternativ enerji gücünün yaradılması planı xüsusi əhəmiyyət daşıyır. Bu hədəflər sadəcə niyyət bəyanatı deyil, konkret müqavilələrə əsaslanır. Nəticədə daxili bazarda elektrik istehsalı üçün sərf olunan qazın bir hissəsi azad edilərək ixraca yönəldilə bilər. Eyni zamanda, artan sənaye, kommunikasiya infrastrukturu, süni intellekt və data mərkəzləri kimi sahələr üçün əlavə enerji təminatı yaranır. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası bu istiqamətdə texnoloji və investisiya əməkdaşlığını gücləndirir.
Azərbaycanın rolu yalnız istehsalçı kimi məhdudlaşmır. Ölkə Qazaxıstan və Türkmənistan neftinin tranzitində mühüm halqadır və bu həcmlər artmaqdadır. İnfrastrukturun genişliyi Xəzərin şərq sahillərindən əlavə həcmlərin qəbuluna imkan verir. Bundan əlavə, Türkiyədə 870 meqavatlıq elektrik stansiyasının əldə edilməsi və Serbiyada 500 meqavatlıq yeni layihə Azərbaycanın enerji sərmayələrinin coğrafiyasını genişləndirir. İtaliyada iki neftayırma müəssisəsinin alınması və Egey bölgəsindəki mövcud güclərlə birlikdə 22 milyon tonluq emal potensialı isə Aralıq hövzəsində dayanıqlı təchizat zəncirinin formalaşmasına xidmət edir.
Beləliklə, Azərbaycan enerji təhlükəsizliyinə çoxşaxəli töhfə verir: hasilatçı, tranzitçi, investor və yaşıl enerji təşəbbüskarı kimi. Bu model ölkənin regional liderliyini möhkəmləndirməklə yanaşı, qlobal enerji xəritəsində strateji mövqeyini daha da gücləndirir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

