Xatirələrdə əbədi yaşayan Zərifə xanım Əliyeva
14.04.2026 [12:37]
Azərbaycanın elm və ictimai fikir tarixində elə simalar var ki, onların adı çəkiləndə ilk növbədə mənəvi saflıq, yüksək intellekt və sonsuz insanpərvərlik xatırlanır. Bu görkəmli şəxsiyyətlər sırasında adı xüsusi ehtiramla anılan akademik Zərifə xanım Əliyevanın həyat yolu, sadəcə bir həkimin deyil, həm də fədakar bir ana və müdrik Azərbaycan qadınının kamillik məktəbidir.
Azərbaycan xalqı hər il görkəmli alim, akademik və yüksək mənəvi keyfiyyətləri ilə seçilən Zərifə Əliyevanın anım gününü dərin hörmət hissi ilə qeyd edir. Onun zəngin ömür yolu, elmə verdiyi töhfələr və insanlara sonsuz qayğısı bu gün də minnətdarlıqla xatırlanır. Zərifə xanım yalnız tibb sahəsində böyük uğurlar qazanmış alim deyil, həm də mərhəmət, nəciblik və vətəndaşlıq nümunəsi kimi xalqın yaddaşında yaşayır.
Zərifə Əliyeva Azərbaycan qadınının zəka, müdriklik və fədakarlıq simvolu idi. O, sübut etdi ki, qadın eyni zamanda uğurlu alim, qayğıkeş ana, sədaqətli həyat yoldaşı və cəmiyyət üçün dəyərli şəxsiyyət ola bilər. Onun həyatı Azərbaycan qadınının ailəyə, elmə və Vətənə bağlılığının parlaq təcəssümüdür.
Zərifə xanımın ailə həyatı da örnək olmuşdur. O, Heydər Əliyev ilə birlikdə dövlətçilik tariximizdə xüsusi yeri olan bir ailənin mənəvi dayaqlarından biri idi. Bu ailədə yaşadılan yüksək dəyərlər bu gün də cəmiyyətimiz üçün nümunə kimi qəbul olunur.
Bu gün böyük qürur hissi ilə qeyd edilir ki, Zərifə xanımın xeyirxahlıq yolu onun ailəsində davam etdirilir. Mehriban Əliyevanın humanitar fəaliyyəti, insanlara diqqət və qayğısı, milli-mənəvi dəyərlərə sadiqliyi Zərifə xanımın işıqlı yolunun davamı kimi qiymətləndirilir.
Zərifə Əliyevanın elmi fəaliyyəti xüsusilə oftalmologiya sahəsində mühüm mərhələ təşkil edir. O, Azərbaycanda vaxtilə geniş yayılmış traxoma xəstəliyinə qarşı mübarizədə misilsiz xidmətlər göstərmişdir. Respublikanın müxtəlif bölgələrinə səfərlər edən alim xəstəliyin profilaktikası, diaqnostikası və müalicəsi istiqamətində böyük işlər aparmış, minlərlə insanın sağlamlığına qovuşmasına yardım etmişdir.
Traxomanın aradan qaldırılması istiqamətində apardığı araşdırmalar onun elmi fəaliyyətində mühüm yer tutmuşdur. Bu sahədə əldə etdiyi nəticələr namizədlik dissertasiyasının əsasını təşkil etmiş və tibb elmi üçün böyük əhəmiyyət kəsb etmişdir.
Zərifə xanım eyni zamanda istehsalat sahələrində çalışan insanların sağlamlığının qorunmasına da xüsusi diqqət ayırırdı. Zərərli iş mühitinin görmə orqanlarına təsirini araşdıraraq, bu problemlərin qarşısının alınması üçün praktik tədbirlər həyata keçirmişdir. Onun fəaliyyəti nəticəsində bir çox insan görmə qabiliyyətini qoruyub saxlaya bilmişdir.
Oftalmologiya sahəsində qazandığı uğurlar və layiq görüldüyü mükafatlar Zərifə Əliyeva tərəfindən hər zaman Azərbaycan elminə verilən qiymət kimi qəbul olunurdu. O, peşəsini yalnız elm sahəsi kimi deyil, insanlara xidmət missiyası kimi dəyərləndirirdi.
Zərifə xanımın “Həkim insanın ən yaxın dayağı olmalıdır” məzmunlu fikirləri onun həyat amalını aydın şəkildə ifadə edir. O, həkimlik sənətində peşəkarlıqla yanaşı, insansevərliyin də vacib olduğunu daim vurğulayırdı.
Ömrünü insanların sağlamlığına həsr etmiş Zərifə Əliyeva bu gün də xalqımız tərəfindən böyük sevgi ilə yad edilir. Onun işıqlı xatirəsi minlərlə insanın qəlbində yaşayır, adı Azərbaycan tibb elminin tarixində xüsusi ehtiramla çəkilir. Zərifə xanım Əliyevanın keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün daim örnək olaraq qalacaqdır.
Elvin Əliyev
YAP Babək rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10

