Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Samuxda “Heydər Əliyev və gənc nəslin vətənpərvərlik tərbiyəsi” mövzusunda dəyirmi masa keçirilib

Samuxda “Heydər Əliyev və gənc nəslin vətənpərvərlik tərbiyəsi” mövzusunda dəyirmi masa keçirilib

04.06.2026 [12:47]

İyunun 4-də  YAP Samux rayon təşkilatında Samux rayon  İcra   Hakimiyyətinin, YAP Samux rayon təşkilatının   və  Samux rayonu  üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə  15 İyun Milli Qurtuluş Günü münasibətilə  “Heydər Əliyev və gənc nəslin vətənpərvərlik tərbiyəsi” mövzusunda dəyirmi masa keçirilib.

Öncə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi ilə yanaşı, gənc nəslin milli ruhda formalaşdırılmasına, vətənpərvərlik tərbiyəsinə hər zaman xüsusi diqqət yetirib.  Qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti nəticəsində Azərbaycanda savadlı, vətəninə bağlı və milli dəyərlərə sadiq gənclər nəsli yetişib.

Gündüz Bayramov vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti ölkəmizin gələcəyinin etibarlı təminatıdır.  Qeyd edib ki, gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması, onların dövlətçilik ənənələrinə bağlı yetişdirilməsi hər birimizin qarşısında duran mühüm vəzifələrdəndir.

 Daha sonra tədbirdə  iştirak edən  Samux Rayon İcra Hakimiyyətinin məsul işçisi Səmra Məsimzadə, Samux rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Tural Qurbanov  və partiya fəalları Təhminə Nəsibova, Ramin Bayramov, Elnaz Cəfərova  çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda formalaşmasında misilsiz xidmətlərindən bəhs ediblər.  Bildiriblər ki, Ulu Öndərin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, milli-mənəvi dəyərlərə bağlı, Vətənə və dövlətə sədaqətli gənclərin yetişdirilməsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir.

Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə gənclərimizin yüksək vətənpərvərlik ruhunun, dövlətə və xalqa bağlılığının parlaq təzahürüdür. Şəhidlərimizin qəhrəmanlığı və göstərdikləri şücaət gələcək nəsillər üçün örnəkdir. Bu baxımdan gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların milli ruhda yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Paylaş:
Baxılıb: 221 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30