Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Sabunçu rayonunda şəhidlərin doğum günü münasibətilə anım tədbirləri keçirilib

Sabunçu rayonunda şəhidlərin doğum günü münasibətilə anım tədbirləri keçirilib

04.06.2026 [14:41]

Vətən müharibəsi şəhidləri Babayev Rəşad Ağabəy oğlu və Piriyev Raul Zabid oğlunun doğum günü münasibətilə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında məzarları ziyarət olunub, əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Anım tədbirlərində YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, şəhidlərin ailə üzvləri və məktəbli şagirdlər iştirak ediblər.

Rəşad Babayev 1992-ci il iyunun 4-də Bakı şəhərində anadan olub. 1998-ci ildə Nizami rayonu 109 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə gedib. 2006-ci ilə qədər həmin məktəbdə təhsil alıb. 25 iyul 2014-cü ildə N saylı hərbi hissədə “kiçik gizir” rütbəsində, 24 noyabr 2017-ci ildə N saylı hərbi hissədə “gizir” rütbəsində xidmətini davam etdirib. Rəşad Babayev "Qüsursuz xidmətə görə" III dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub. 10 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “İgidliyə görə”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Raul Piriyev 4 iyun 1997-ci ildə Şəmkir rayonunun Kür qəsəbəsində anadan olub. 2003-2006-cı ildə H.Z.Tağıyev adına Şəmkir rayon Kür qəsəbə tam orta məktəbdə, 2006-2015-ci illərdə F.Bayramov adına Bakı şəhəri, Sabunçu rayon 22 nömrəli tam orta məktəbdə təhsilini alıb. Raul Piriyev 13 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Azərbaycan Bayrağı" ordeni, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Paylaş:
Baxılıb: 54 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30