Qarşılıqlı etimada əsaslanan siyasi tərəfdaşlıq nümunəsi
23.06.2026 [16:42]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında etibarlı tərəfdaşlıq münasibətlərinin qurulması və qorunması mühüm əhəmiyyət daşıyır. Azərbaycan ilə Türkmənistan arasında formalaşmış əlaqələr məhz qarşılıqlı hörmətə, etimada, ortaq tarixi köklərə və ümumi maraqlara əsaslanan əməkdaşlıq modelidir. İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirir.
Səfər çərçivəsində aparılan müzakirələr, əldə olunan razılaşmalar və imzalanan sənədlər təsdiqləyir ki, Azərbaycan-Türkmənistan münasibətləri yalnız ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, eyni zamanda regionun geosiyasi və geoiqtisadi inkişafına təsir göstərən mühüm amillərdən birinə çevrilib.
Azərbaycan və Türkmənistan xalqlarını əsrlər boyu ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirib. Bu ortaq irs müasir dövrdə dövlətlərarası münasibətlərin inkişafına güclü stimul verir. Prezident İlham Əliyevin vurğuladığı kimi, münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Son illərdə humanitar sahədə əməkdaşlığın genişlənməsi, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi və yaradıcı kollektivlərin mübadiləsi xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Aşqabad və Bakı, eləcə də Arkadağ və Füzuli şəhərlərinin qardaşlaşması da bu münasibətlərin rəmzi ifadəsi olmaqla yanaşı, gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Türkmənistanın Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərinə verdiyi dəstək xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışında Türkmənistanın Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisinə başlanılmasını yüksək qiymətləndirərək buna görə minnətdarlığını ifadə etdi. Bu təşəbbüs qardaş xalqın həmrəyliyinin və dostluğunun konkret ifadəsidir. Qarabağın bərpasına göstərilən diqqət iki dövlət arasında münasibətlərin səmimiliyini və qarşılıqlı etimadın yüksək səviyyədə olduğunun göstəricisidir.
Azərbaycan və Türkmənistan arasında siyasi münasibətlər son illərdə daha da intensiv xarakter alıb. Dövlət başçılarının qarşılıqlı səfərləri, hökumətlərarası komissiyaların fəaliyyəti və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrin inkişafına mühüm töhfə verir. Səfər çərçivəsində tərəflər bir çox məsələlər üzrə ətraflı fikir mübadiləsi apararaq gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər. Konkret tapşırıqlar və əldə olunan razılaşmalar təsdiqləyir ki, münasibətlər davamlı şəkildə inkişaf edir və yeni layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin formalaşıb. Bu gün Azərbaycan-Türkmənistan münasibətləri qarşılıqlı etimada əsaslanan siyasi tərəfdaşlıq nümunəsi kimi diqqət çəkir.
Prezident İlham Əliyevin bəyanatında qeyd olunan məsələlərdən biri Türkmənistanın Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində göstərdiyi dəstək oldu. Bu hadisə yalnız diplomatik nailiyyət deyil, həm də yeni regional əməkdaşlıq modelinin formalaşmasının göstəricisidir. Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyanın bir hissəsi olmasa da, tarixi, mədəni və iqtisadi baxımdan regionla sıx əlaqələrə malikdir. Bu gün Xəzər hövzəsində həyata keçirilən layihələr və inkişaf edən nəqliyyat dəhlizləri Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında inteqrasiyanın dərinləşməsinə xidmət edir. Türkmənistanın bu prosesdə oynadığı rol xüsusi əhəmiyyət daşıyır.
Müasir dünyada nəqliyyat marşrutları dövlətlərin iqtisadi inkişafında və beynəlxalq əlaqələrində mühüm rol oynayır. Azərbaycan və Türkmənistan bu baxımdan böyük tranzit potensialına malikdir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır və yalnız iki dövlət üçün deyil, daha geniş coğrafiya üçün strateji əhəmiyyət kəsb edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında əməkdaşlıq, Xəzər üzərindən yükdaşımaların artması və Orta Dəhlizin inkişafı iki dövlətin regional nəqliyyat sistemində rolunu daha da gücləndirir. Tərəflərin yük axınlarının artırılması və üçüncü ölkələrdən daşımaların cəlb olunması istiqamətində fəaliyyətlərini əlaqələndirmək barədə razılığa gəlməsi bu sahədə yeni imkanlar yaradır.
Azərbaycan və Türkmənistan beynəlxalq enerji təhlükəsizliyində mühüm rol oynayırlar. Enerji sahəsində əməkdaşlıq yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır. Xəzər hövzəsində həyata keçirilən layihələr regionun enerji təhlükəsizliyinə və beynəlxalq bazarların sabitliyinə mühüm töhfə verir. Prezident İlham Əliyev qeyd edib: “Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik”.
Səfər çərçivəsində iki dövlət arasında müxtəlif sahələri əhatə edən mühüm sənədlər imzalanıb. Bu sənədlər iqtisadiyyat, nəqliyyat, logistika, humanitar əlaqələr və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinə xidmət edir. İmzalanmış razılaşmalar münasibətlərin gələcək inkişafı üçün möhkəm hüquqi baza yaradır və tərəflərin strateji tərəfdaşlıq kursuna sadiqliyini nümayiş etdirir. Azərbaycan-Türkmənistan münasibətləri bütövlükdə türk dünyasının inteqrasiyasına mühüm töhfə verir. Ortaq tarix, dil və mədəniyyət iki xalqı birləşdirən əsas amillərdir.
Son illərdə türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi fonunda Bakı ilə Aşqabad arasında münasibətlərin inkişafı ümumtürk həmrəyliyinin möhkəmlənməsinə xidmət edir. Bu əməkdaşlıq yalnız ikitərəfli münasibətlər deyil, bütövlükdə regionun gələcəyi baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-Türkmənistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Tarixi dostluq və qardaşlıq münasibətləri bu gün siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika layihələri, enerji təhlükəsizliyi və humanitar əlaqələr vasitəsilə daha da möhkəmlənir. İki dost ölkə qarşılıqlı etimada əsaslanan əməkdaşlığı gələcək illərdə daha da genişləndirmək əzmindədir. Bu münasibətlər Xəzər regionunda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın mühüm dayaqlarından biri olaraq qalacaqdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

