Azərbaycan–Avropa Komissiyası münasibətləri yeni strateji mərhələyə qədəm qoyur
07.07.2026 [10:48]
Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 1 iyul 2026-cı il tarixində Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirilən görüşlər iki tərəf arasında münasibətlərin dinamik inkişafının növbəti mühüm mərhələsi kimi qiymətləndirilir. Görüşdən sonra mətbuata verilən bəyanatda Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Komissiyası arasında formalaşmış qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın davamlı şəkildə inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq artıq yalnız enerji sahəsi ilə məhdudlaşmır, ticarət, nəqliyyat, logistika, yaşıl enerji, rəqəmsal inkişaf və regional əməkdaşlıq kimi istiqamətləri də əhatə edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və xarici ticarət dövriyyəsində mühüm paya malikdir. Bu fakt ölkəmizin Avropa iqtisadi məkanı ilə sıx əlaqələrinin göstəricisi olmaqla yanaşı, Azərbaycanın həyata keçirdiyi uğurlu iqtisadi islahatların, əlverişli investisiya mühitinin və beynəlxalq etimadın real nəticəsidir. Bu gün Azərbaycan öz milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, beynəlxalq öhdəliklərinə də daim sadiq qalan, sözünə və imzasına etibar edilən etibarlı tərəfdaş kimi tanınır.
Prezident İlham Əliyevin bəyanatında xüsusi yer ayrılan məsələlərdən biri də enerji əməkdaşlığının yeni mərhələsi oldu. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına sabit təbii qaz tədarükünü uğurla həyata keçirir. Bununla yanaşı, dövlətimizin başçısı vurğuladı ki, Avropa Komissiyası ilə münasibətlərimizin yeni və perspektivli istiqaməti bərpaolunan enerji sahəsidir. Xəzər dənizinin zəngin külək enerjisi potensialı, ölkəmizin günəş enerjisi imkanları, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi inkişaf etdirilməsi Azərbaycanın gələcəyin enerji bazarında da mühüm mövqeyə sahib olacağını göstərir. Xarici investorların iştirakı ilə həyata keçirilən iri layihələr Azərbaycanın yaşıl enerji ixrac edən ölkəyə çevrilməsi istiqamətində mühüm addımların atıldığını təsdiqləyir. Eyni zamanda, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin əsas iştirakçılarından biri kimi beynəlxalq nəqliyyat və logistika sistemində də strateji mövqeyini daha da gücləndirir. Müasir limanlar, dəmir yolları və avtomobil magistralları ölkəmizin tranzit potensialını artıraraq Avropa ilə iqtisadi əməkdaşlığın yeni imkanlarını formalaşdırır.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycanın sülh gündəliyinə sadiqliyi ilə bağlı oldu. Dövlətimizin başçısı qeyd etdi ki, bu gün sülh Azərbaycan üçün artıq nəzəri anlayış deyil, real həyatın ayrılmaz hissəsinə çevrilməkdədir və ölkəmiz sülh şəraitində yaşamağı öyrənir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, "Böyük Qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, yeni şəhər və kəndlərin salınması Azərbaycanın sülhə və inkişafa verdiyi önəmin ən parlaq təzahürüdür. Azərbaycan regional əməkdaşlığın, iqtisadi inteqrasiyanın və davamlı sabitliyin tərəfdarı kimi çıxış edir və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla konstruktiv dialoqu davam etdirir. Avropa Komissiyası ilə münasibətlərin yeni məzmun qazanması da məhz qarşılıqlı hörmət, etimad və ortaq maraqlara söykənən siyasətin nəticəsidir. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasəti sayəsində Azərbaycan bu gün həm Avropanın etibarlı enerji tərəfdaşı, həm mühüm nəqliyyat qovşağı, həm də regional sabitliyin təmin olunmasına töhfə verən nüfuzlu dövlət kimi tanınır. Bütün bunlar göstərir ki, Azərbaycan–Avropa Komissiyası münasibətlərinin qarşıdakı dövrdə daha da genişlənməsi və strateji tərəfdaşlığın yeni məzmunla zənginləşməsi üçün möhkəm siyasi iradə və etibarlı əsaslar mövcuddur.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

