Sözü imzasına bərabər Lider
24.08.2026 [13:41]
Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız onilliklər boyu qəlbində
gəzdirdiyi torpaq həsrətinə son qoydu. Yüz minlərlə keçmiş məcburi köçkün
vətəndə qəribçilikdən qurtuldu. Milyonlarla soydaşımız və dünya azərbaycanlıları
Zəfərin, qürurlu bir xalqın övladı olmağın sevincini yaşadı. Dövlətin bu böyük
tarixi qələbəsinin, Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdışın fonunda müzəffər
liderin xarakterini tamamlayan ən mühüm özəllik onun xalqla, sadə insanlarla
qurduğu canlı, səmimi ünsiyyətdir. Yüz minlərlə insanı vətən nisgilindən qurtaran
lider üçün hər bir vətəndaşın taleyi, onun sevinci və kədəri bütün zamanlarda ön
plandadır. Nəhəng dövlət quruculuğu işlərinin, sıx diplomatik qrafikin arasında
sadə insanların, xüsusilə uşaqların kiçik arzularına vaxt ayırmaq, onlara doğma bir
insan kimi qucaq açmaq böyük mənəvi ucalıq və insani həssaslıq tələb edir. Məhz
bu həssaslığın nəticəsidir ki, Qarabağa və Şərqi Zəngəzura səfərlər zamanı baş
tutan görüşlər, sadəcə, rəsmi çərçivə ilə məhdudlaşmır, yaddaşlara həkk olunan
duyğulu anlarla zənginləşir.
Yeri gəlmişkən, Xocavəndin Xanoba kəndində balaca Ayazın səmimi uşaq
saflığı ilə istədiyi "KamAZ" arzusu qısa müddətdə gerçəkləşdi. Dövlət başçısının
tapşırığı ilə bu yük avtomobili ailəyə təhvil verildi. Oxşar isti mənzərə bu günlərdə
Şuşanın Kiçik Qaladərəsi kəndində də təkrarlandı. Prezident İlham Əliyev iyulun
11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olarkən kənd sakini Əsəd
Əsədovun evinə getmiş, ailənin balaca fərdi Gülər isə dövlət başçısından traktor
istəmişdi. Əsədovların qonağı olarkən balaca Gülərin xahişini diqqətsiz qoymayan
dövlət başçısı bu günlərdə ailəyə yeni traktor hədiyyə etdi. Bir uşağın saf arzusuna
verilən bu sürətli reaksiya, əslində, dövlətin hər bir vətəndaşının yaxından
qayğısına qaldığının ən bariz sübutudur.
Xüsusilə qeyd etmək lazımdır ki, bir Prezident, Ali Baş Komandan və
xalqının vətənpərvər oğlu olaraq İlham Əliyev hər zaman Azərbaycanın
təəssübünü çəkib, bu uğurda dünya güclərinin qərəzli yanaşmaları ilə qarşılaşsa da,
haqq yolundan dönməyib. Qarşıda duran ağır sınaqlara, keşməkeşli günlərə
baxmayaraq, onun qətiyyəti və xalqına olan sevgisi bütün çətinlikləri üstələyib. Bu
mübarizənin mərkəzində isə hər zaman böyük bir inam dayanıb. Qarabağ və Şərqi
Zəngəzur mütləq azad olunacaq! Dövlət başçısı işğal illərində keçmiş məcburi
köçkünlərin yanında olmağı, onların mənzil-məişət problemlərini həll etməyi özü
üçün, sadəcə, bir vəzifə deyil, mənəvi borc saymışdı. Bayramlarda, özəl günlərdə,
hətta adi vaxtlarda belə həmin insanlarla görüşmək, onların qayğıları ilə şəxsən
maraqlanmaq bir ənənəyə çevrilmişdi. Bütün bu görüşlərdə verilən tək bir qəti vəd
var idi: "Siz mütləq öz dədə-baba yurdlarınıza qayıdacaqsınız". Artıq o vəd
gerçəkləşib. Qarabağ və Şərqi Zəngəzura yeni həyat bəxş edən qurucu lider tez-tez
işğaldan azad olunmuş ərazilərə səfər edir, yeni bünövrələr qoyur, bərpaolunan
kənd və şəhərlərimizin ilk sakinləri ilə görüşür. İndi həmin görüşlərdə daha vətən
nisgili, torpaq həsrəti yoxdur. İndi o söhbətlərdə yalnız qürur, bir də öz yurduna
qayıtmağın böyük bəxtəvərliyi yaşanır. İllərdir çəkilən həsrətin bitdiyi, mənəvi
yaraların sarındığı bu anlar Prezidentlə xalq arasında tamamilə yeni, daha səmimi
bir ünsiyyət mühiti yaradır. Dövlət başçısının hər bir kəndə, hər bir evə addım
basması sakinlər üçün təkcə bir görüş deyil, həm də xilas və quruculuq müjdəsinin
yenidən yaşanan sevincidir. Bu canlı və doğma bağ özünü bərpaolunan
kəndlərimizə qayıdan sakinlərlə hər bir ünsiyyətdə aydın göstərir. 2025-ci il
fevralın 19-da Xocalının Ballıca kəndinə köçən bir qrup sakinlə keçirilən görüşdə
olduğu kimi. Qarabağa növbəti səfəri zamanı Ballıca kəndində sakinlərlə görüşən
və onlar üçün yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevlə keçmiş
məcburi köçkünlər arasında səmimi söhbət əsnasında duyğulu anlar yaşandı.
Yurdlarından zorla qovulmuş, faciələrə tuş gəlmiş, məcburi köçkün kimi maddi-
mənəvi əzablarla üzləşmiş bu sakinlər onları xoşbəxt günlərə qovuşduran Xilaskar
Lideri İlham Əliyevə sonsuz minnətdarlıqlarını çatdırdılar. Yurd həsrətinə son
qoyulan ballıcalılarla səmimi söhbət zamanı bir vətəndaşın "Ali Baş Komandan,
"dəmir yumruq" buradadır" sözlərinə Prezidentin gülümsəyərək "Maşallah, sənin
də yumruğun yaxşıdır" cavabını verməsi, rəsmiyyətdən uzaq, tamamilə xalqın
içindən gələn o səmimi mühitin ən təbii ifadəsi idi. Bu, sadəcə, bir dialoq deyil,
çətin günləri arxada qoymuş xalqla onun xilaskar lideri arasındakı mənəvi birliyin
təzahürüdür.
Məlumdur ki, Dövlət yalnız xoş günlərdə deyil, kədərli anlarda da hər zaman
vətəndaşının yanındadır. Ötən ilin 27 sentyabrında - Anım Günündə Gəncədə raket
hücumu zamanı hər iki valideynini itirmiş balaca Nilay ilə Prezidentin əl-ələ
addımlaması, eləcə də həmin günün ertəsi III MDB Oyunlarının açılışından öncə
Gəncədə zərərçəkmiş uşaqlarla keçirilən görüş xalqın ağrısını öz ağrısı bilməyin,
gələcəyə birlikdə, daha güclü addımlamağın rəmzinə çevrildi. İstər böyük
zəfərlərin qazanılmasında, istər kədərli anların bölüşülməsində, istərsə də balaca
bir uşağın arzusunun çin edilməsində eyni səmimiyyət özünü göstərir. Prezident
İlham Əliyev üçün vətəndaşı dinləmək, onun yanında olmaq hər zaman öndə olan
məsələdir. Məhz bu insani diqqət Prezident İlham Əliyevin liderlik xarakterini
tamamlayan, onu xalqına daha da yaxınlaşdıran ən dəyərli keyfiyyətlərdəndir.
Bütün bunların fonunda xalqın öz liderinə olan bu qədər dərin sevgisi və ehtiramı
təsadüfi deyil. Bu səmimi münasibət illər boyu addım-addım qazanılan böyük
etimadın, verilən vədlərin tam doğrulmasının və ən çətin anlarda belə yumruq kimi
bir olmanın parlaq təzahürüdür. Məhz bu tükənməz inamın və mənəvi birliyin
məntiqi nəticəsidir ki, xalqımız hər zaman, xüsusilə də tarixi seçimlər qarşısında
qalarkən öz gələcəyini, dövlətinin taleyini yekdilliklə Prezident İlham Əliyevə
həvalə edir.
Ən əsası, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər, qurulan
kəndlər, bərpaolunan şəhərlər nə qədər əzəmətlidirsə, insan qəlbinə toxunan o
balaca arzuların çin edilməsi, körpə təbəssümləri və xalqla çiyin-çiyinə
addımlamaq bir o qədər dəyərlidir.
Əliqaya Namazov,
YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının üzvü,
partiya veteranı
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

