Azərbaycan–Özbəkistan münasibətlərinin yeni üfüqləri
24.08.2026 [14:02]
Prezident İlham Əliyevin 21 avqust 2026-cı ildə Özbəkistanın Milli İnformasiya
Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin nə qədər dərin
və çoxşaxəli xarakter aldığını aydın şəkildə ortaya qoydu. Müsahibədə səslənən
fikirlərdən görünür ki, iki ölkə arasında münasibətlər yalnız tarixi və mədəni yaxınlıqla
məhdudlaşmır, artıq siyasi müttəfiqlik, iqtisadi inteqrasiya və regional əməkdaşlıq kimi
mühüm istiqamətləri əhatə edən strateji xarakter daşıyır.
Azərbaycan və Özbəkistanı birləşdirən bağların gücü onların ortaq tarixindən və
mənəvi yaxınlığından qaynaqlanır. Bu münasibətlər zamanın sınağından keçərək bu gün
dövlətlərarası müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin müsahibəsində
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə qarşılıqlı dostluq və etimad münasibətlərinin
xüsusi qeyd olunması da təsadüfi deyil. Liderlər arasında formalaşmış siyasi dialoq iki
ölkənin strateji əməkdaşlığının əsas hərəkətverici qüvvələrindən biridir.
Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəsi ardıcıl siyasi
iradənin nəticəsidir. Son beş ildə yüksək səviyyədə 15 qarşılıqlı səfərin baş tutması iki
ölkə arasında əlaqələrin intensivliyini göstərir. 2024 və 2025-ci illərdə keçirilmiş dövlət
səfərləri zamanı imzalanan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə”
və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” isə bu münasibətləri yeni hüquqi və
siyasi çərçivəyə daxil edib. Bu siyasi yaxınlığın iqtisadi nəticələri də artıq özünü göstərir.
2025-ci ildə Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsinin 795 milyon dollara
çatması əməkdaşlığın real göstəricilərindən biridir. Eyni zamanda,
Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti iki ölkənin iqtisadi imkanlarını
bir araya gətirir. Özbəkistan şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin isə
Özbəkistanda həyata keçirdiyi layihələr qarşılıqlı iqtisadi etimadın getdikcə
möhkəmləndiyini göstərir.
İki ölkə arasındakı əməkdaşlıq artıq ənənəvi iqtisadi sahələri də aşaraq yüksək
texnologiya, enerji, nəqliyyat və logistika kimi strateji istiqamətlərə yayılır. Yaşıl enerji
dəhlizinin yaradılması təşəbbüsü Azərbaycan, Özbəkistan və Qazaxıstanın enerji
potensiallarının əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bərpaolunan
enerjinin istehsalı və ixracı gələcəkdə regionun iqtisadi xəritəsini dəyişdirə biləcək
mühüm amillərdən biri kimi çıxış edir.
Nəqliyyat və logistika sahəsi isə Azərbaycan–Özbəkistan tərəfdaşlığının ən
perspektivli istiqamətlərindəndir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə
Mərkəzi Asiyada strateji mövqeyi onları Şərqlə Qərbi birləşdirən marşrutlarda təbii
tərəfdaşlara çevirir. Orta Dəhliz, TRIPP və Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu kimi
layihələrin bir-biri ilə əlaqələndirilməsi Avrasiyanın nəqliyyat xəritəsində yeni imkanlar
yarada bilər.
Müsahibənin diqqət çəkən məqamlarından biri də mədəni diplomatiyaya verilən
yüksək qiymətdir. Azərbaycan və Özbəkistanın mədəniyyət günləri keçirməsi, təhsil
sahəsində əməkdaşlığı genişləndirməsi, media və QHT forumları təşkil etməsi xalqlar
arasında münasibətlərin yalnız dövlətlər səviyyəsində deyil, cəmiyyətlər səviyyəsində də
inkişaf etdiyini göstərir. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin fəaliyyət
göstərməsi, Bakıda “Özbəkistan” parkının yaradılması, şəhərlər arasında qardaşlaşma
münasibətlərinin genişlənməsi bu dostluğun rəmzi ifadələridir. Bu layihələr siyasi
sənədlərdən daha artıq məna daşıyır: onlar xalqların bir-birinə olan ehtiramının və
gələcəyə yönəlmiş əməkdaşlığın real təzahürləridir.
Azərbaycan–Özbəkistan əməkdaşlığının regional ölçüsü də getdikcə genişlənir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkənin fəal mövqeyi türk dünyasının
inteqrasiyasının dərinləşməsinə xidmət edir. Azərbaycanın Mərkəzi Asiya Dövlət
Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı isə Azərbaycanı Mərkəzi Asiya
ilə Cənubi Qafqaz arasında daha sıx əlaqələrin qurulmasında mühüm aktora çevirir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “C5” formatının faktiki olaraq “C6”
formatına çevrilməsi regional əməkdaşlığa yeni məzmun qazandırır.
Bütün bunlar göstərir ki, Azərbaycan və Özbəkistanın münasibətləri yalnız bu
günün reallıqları ilə məhdudlaşmır. Bu əlaqələr gələcək üçün uzunmüddətli strateji baxış
üzərində qurulur. Siyasi sabitlik, iqtisadi qarşılıqlı fayda, nəqliyyat imkanları, enerji
potensialı və ortaq türk-mədəni irsi birləşdirən bu əməkdaşlıq modeli daha geniş regional
tərəfdaşlıq üçün nümunə təşkil edir.
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin
mahiyyətini bir daha ortaya qoydu: bu, sadəcə iki dövlət arasında əməkdaşlıq deyil, ortaq
tarixdən güc alan, bu günün strateji maraqları ilə möhkəmlənən və gələcəyin böyük
imkanlarına hesablanan qardaşlıq və müttəfiqlik münasibətləridir. Qarşıdakı dövrdə
Azərbaycan və Özbəkistanın birgə təşəbbüslərinin daha da artacağı, iki ölkənin regional
proseslərdə rolunun güclənəcəyi və qardaş xalqlar arasında əlaqələrin yeni, daha yüksək
mərhələyə yüksələcəyi şübhəsizdir.
YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 21:56
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
İqtisadiyyat
25 Avqust 16:51
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54

