Azərbaycan və Mərkəzi Asiya: strateji tərəfdaşlıqdan ortaq gələcəyə
24.08.2026 [14:06]
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli
İnformasiya Agentliyinə – UzA-ya verdiyi müsahibə ölkəmizin Mərkəzi Asiya
dövlətləri ilə münasibətlərinin müasir mərhələsinə və gələcək inkişaf
perspektivlərinə dair mühüm mesajlarla zəngin olub. Dövlət başçısı müsahibəsində
Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsini, Türk Dövlətləri
Təşkilatı çərçivəsində əməkdaşlığı, nəqliyyat və logistika imkanlarını, eləcə də
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında getdikcə genişlənən əlaqələri
diqqətə çatdırıb.
Prezident İlham Əliyevin fikirlərindən aydın görünür ki, Azərbaycanın Mərkəzi
Asiya dövlətləri ilə münasibətləri yalnız siyasi və iqtisadi maraqlarla
məhdudlaşmır. Bu əlaqələrin təməlində əsrlər boyu formalaşmış tarixi, mədəni və
mənəvi yaxınlıq dayanır. Ortaq dəyərlər, adət-ənənələr, türk dünyasının zəngin irsi
və xalqlar arasında qarşılıqlı rəğbət Azərbaycanla Mərkəzi Asiya ölkələrini
birləşdirən mühüm amillərdir.
Dövlət başçısı xüsusilə vurğulayıb ki, son illərdə Azərbaycanın Mərkəzi Asiya
ölkələri ilə əlaqələri müttəfiqlik, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq
prinsipləri əsasında dinamik şəkildə inkişaf edib. Bu dinamika siyasi dialoqun
genişlənməsində, qarşılıqlı səfərlərin intensivləşməsində, iqtisadi əlaqələrin
dərinləşməsində və çoxtərəfli əməkdaşlığın yeni formatlarının yaranmasında özünü
göstərir.
Azərbaycanın region ölkələri ilə münasibətlərində nəqliyyat və logistika xüsusi yer
tutur. Azərbaycanın Cənubi Qafqazda, Mərkəzi Asiya dövlətlərinin isə regionda
yerləşməsi onları Şərqlə Qərbi birləşdirən beynəlxalq nəqliyyat marşrutlarının təbii
tərəfdaşlarına çevirir. Bu baxımdan Orta Dəhlizin inkişafı və onun Mərkəzi
Asiyanın nəqliyyat infrastrukturu ilə əlaqələndirilməsi böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu
layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası region üçün yeni tranzit və
iqtisadi imkanlar yarada bilər.
Mərkəzi Asiya ilə əlaqələrin inkişafında iqtisadi əməkdaşlıq da mühüm
istiqamətdir. Azərbaycan region ölkələri ilə ticarət, investisiya, sənaye, kənd
təsərrüfatı, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsində
maraqlıdır. Özbəkistanla həyata keçirilən birgə layihələr, o cümlədən işğaldan azad
edilmiş Füzuli rayonunda salınan “Dostluq bağı”, avtomobil və avtobus istehsalı
sahəsində əməkdaşlıq bu münasibətlərin praktik nəticələrini nümayiş etdirir.
Müsahibədə Azərbaycan-Özbəkistan münasibətlərinə xüsusi yer ayrılması təsadüfi
deyil. Prezident İlham Əliyev Azərbaycanla Özbəkistan arasında münasibətlərin ən
yüksək – müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib. İki ölkəni ortaq tarix, dil,
mədəniyyət və mənəvi dəyərlərlə yanaşı, qarşılıqlı etimad və siyasi iradə də
birləşdirir. Son illərdə dövlət başçıları arasında intensiv təmaslar və qarşılıqlı
səfərlər əlaqələrin möhkəmlənməsinə ciddi təkan verib.
Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq isə Azərbaycan-Mərkəzi Asiya
münasibətlərinə daha geniş regional və beynəlxalq məzmun qazandırır. Ortaq türk
irsinin qorunması, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, beynəlxalq
platformalarda qarşılıqlı dəstəyin gücləndirilməsi Türk dünyasının inteqrasiyasına
mühüm töhfə verir. Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu
üzv olması da bu baxımdan əhəmiyyətli hadisə kimi qiymətləndirilir.
Bütün bunlar göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında
münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Siyasi etimad, iqtisadi
maraqlar, nəqliyyat imkanları, enerji əməkdaşlığı və ortaq tarixi-mədəni dəyərlər
bu tərəfdaşlığın əsas dayaqlarıdır. Azərbaycanın fəal xarici siyasəti və Mərkəzi
Asiya ölkələrinin regionlararası əməkdaşlığa artan marağı qarşıdakı illərdə
əlaqələrin daha da dərinləşməsi üçün geniş imkanlar açır.
Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər bir daha təsdiq edir ki,
Azərbaycan üçün Mərkəzi Asiya sadəcə coğrafi məkan deyil. Bu region ölkəmizin
tarixi, mədəni və strateji bağlarla sıx əlaqəli olduğu, eyni zamanda gələcək iqtisadi
və nəqliyyat imkanlarının formalaşmasında mühüm rol oynayan tərəfdaşlıq
məkanıdır. Qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulan bu münasibətlər
həm Azərbaycanın, həm Mərkəzi Asiyanın, həm də bütövlükdə Türk dünyasının
inkişafına xidmət edən mühüm strateji istiqamət olaraq qarşıdakı dövrdə daha da
möhkəmlənəcək.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

