Azərbaycan–Özbəkistan müttəfiqliyi
24.08.2026 [14:08]
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Elmin Məmmədov
Azərbaycan-Özbəkistan tərəfdaşlığı müasir beynəlxalq münasibətlər sistemində
tarixi köklərə, qarşılıqlı hörmətə və strateji maraqlara söykənən nümunəvi
müttəfiqlik modeli kimi inkişaf etməkdədir.
Azərbaycan və Özbəkistanın münasibətlərini Türk dünyasının ümumi inkişaf
prosesinin tərkib hissəsidir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının fəal üzvüdür
və təşkilatın siyasi, iqtisadi və humanitar potensialının gücləndirilməsində mühüm
rol oynayır.
Son illərdə Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında
münasibətlərin inkişaf dinamikası göstərir ki, tərəflər dərindən düşünülmüş,
uzaqgörən və çoxşaxəli strateji xətt yürüdürlər. Əsrlərdən gələn ortaq tarix, dil,
mədəniyyət və mənəvi dəyərlər bu gün müasir geostrateji reallıqlarla tamamilə
zənginləşib. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə
verdiyi geniş müsahibə iki qardaş ölkə arasında formalaşan bu kompleks və
çoxşaxəli əməkdaşlıq modelinin hərtərəfli mənzərəsini ortaya qoyur.
Prezident cənab İlham Əliyev öz müsahibəsində bildirdi ki, "İki qardaş ölkə -
Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və
mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam
etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm
bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş
inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə
yüksəlib və tamamilə yeni məzmun qazanıb.
Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat
Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq,
qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının
möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və
müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Prezident Mirziyoyevin
ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli
fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb."
Bu gün Azərbaycan–Özbəkistan müttəfiqliyi iki dövlətin münasibətlərindən daha
geniş məna daşıyır. Bakı–Daşkənd əməkdaşlığı Cənubi Qafqaz və Mərkəzi Asiya
arasında əlaqələrin möhkəmlənməsinə, Türk dünyasının inteqrasiyasına və Şərqlə
Qərb arasında yeni iqtisadi bağlantıların formalaşmasına mühüm töhfə verir. Ən
əsası isə bu münasibətlər keçmişin dəyərlərini gələcəyin ortaq imkanları ilə
birləşdirir.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

