2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib.
25.08.2026 [12:56]
Laçın rayonu Azərbaycanın həm coğrafi mövqeyi, həm də siyasi-strateji
əhəmiyyəti ilə seçilən mühüm bölgələrindən biridir. 2020-ci ildə Azərbaycan Ordusunun
qazandığı parlaq Zəfər Laçın üçün də tarixi dönüş nöqtəsi oldu. 10 noyabrda
imzalanmış üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana
təhvil verildi. Daha sonra 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus
kəndlərinin nəzarətə götürülməsi ilə Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin
olundu. Bununla da tarixi ədalət bərpa edilərək 30 ilə yaxın davam edən ədalətsizlik
aradan qaldırıldı. Bu gün Laçın Azərbaycanın azad edilmiş torpaqları sırasında yenidən
qurulur.
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri onu abad və yaraşıqlı bir
diyara çevirib. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı
bulvar Laçın sakinlərinin və qonaqların sevimli istirahət məkanlarından biridir. Artıq
Həkəri çayı üzərində göl yaradılıb. Burada asma körpü inşa edilib, ətrafda yaşıllıqlar
salınıb, kotteclər tikilib. Göldə çimərlik də fəaliyyət göstərəcək. Rayon sakinlərinin və
qonaqların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin
yaradılması nəzərdə tutulub. Zabuxçay su anbarı istifadəyə verilib. Bununla, Zəngilan
və Qubadlıda 12 min hektardan çox əkin sahəsi suvarma suyu ilə təmin edilir.
Prezident İlham Əliyevin son altı ildə Laçına çoxsaylı səfərləri, sakinlərlə
görüşləri, Laçın Şəhəri Günü ilə bağlı keçirilən tədbirdə çıxışı, bir sıra infrastruktur
layihələrinin açılışlarında iştirakı az bir müddətində görülmüş möcüzəvi işləri nəinki
Laçınlıların, eyni zamanda, bütün dünyanın diqqətinə təqdim etdi, Azərbaycan xalqının
əzmini nümayiş etdirdi. Dövlət başçısının qeyd etdiyi kimi, “Laçın şəhərini cəmi 8 ay
ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni
zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik”. Çıxışı zamanı Prezident İlham
Əliyev bir daha Azərbaycan xalqına, eləcə də bütün dünyaya səslənərək bildirdi ki,
xalqımız artıq bu əraziləri bütün mənfur qüvvələrdən təmizləyib və bu torpaqlarda əbədi
olaraq yaşayacaqdır”.
2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına
start verilib. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada
yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son
qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya
yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı
təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571 ailənin, yəni
2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni
215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin
edilib.
Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm
insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın
əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Dövlət başçısı İlham Əliyev 2023-cü il 28
May - Müstəqillik Günündə Laçın şəhərinə qayıdan laçınlılarla görüşüb onlara evlərin
açarını təqdim edərkən bildirmişdir: “Siz uzun illər əzab içində yaşamısınız, həm fiziki,
həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində. Ondan
daha ağırı mənəvi əzab idi. Yəni, öz doğma torpağına qayıda bilməmək əzabı
dəhşətlidir. Bunu hər kəs başa düşməlidir və başa düşür. Mən dəfələrlə həm Laçından,
həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək
verirdim deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az
səngiyir, bu da təbiidir. Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki,
nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi
11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki,
qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin
üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki,
siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu
bundan sonra da təmin edək”.
MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına
əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuşdur.
2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin
rəsmi açılış mərasimi keçirilmişdir.
Ölkə Başçısı Prezident İlham Əliyevin Laçına göstərdiyi xüsusi diqqət və həyata
keçirdiyi mühüm tədbirlər sayəsində Laçın bu gün bir çox dövlətlərin diqqət
mərkəzindədir. Azərbaycanda Laçın şəhəri gününün qeyd olunması uzun illər davam
edən ədalətsizliyin sona çatmasının simvoludur. Bu gün xalqımızın yaddaşında tarixi
zəfərin, torpağa bağlılığın və azadlıq arzusunun gerçəkləşdiyi gün kimi əbədiləşmişdir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10

