Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır

Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır

25.08.2026 [13:07]

30 il düşmən tapdağı altında qalan Laçın şəhərimizdə yeni nəfəs duyulmaqdadır.
İllərdir, torpaqlarımız həsrətlə öz xalqının geri dönüb onları qurtarması gözləyirmiş
sanki. Müzəffər Ali Baş komandan İlham Əliyev cənablarının başçılığı altında
əzmkar, mübariz ordumuz 44 gün mübarizə apararaq bu həsətə son qoymuşdur.
Prezidentimiz daim quruculuq işləri apararaq ölkəmizin çiçəklənməsinə müvəffəq
olmuşdur. İndi isə çiçəklənmək növbəsi tapdaqdan qurtularaq yeni nəfəs qazanan
torpaqlarımızdadır.
Tarixi torpaqlarımızı 30 il işğal altında saxlayan ermənilər, digər ərazilərimizdə
olduğu kimi, Laçında da vandalizm əməllərinə əl ataraq rayonu xarabazarlığa
çeviriblər, Azərbaycan xalqına məxsus tarixi, dini, mədəni irsi tamamilə məhv
ediblər. Erməni vəhşiləri bu bölgəmizdə də ekoloji terror törədərək çayları,
bulaqları qurudublar, ağacları kəsiblər, yanğınlar törədiblər, bir sözlə, bir həyat
nişanəsinin belə qalmamasına çalışıblar. Şanlı Vətən savaşımız bitdikdən dərhal
sonra Azərbaycan dövləti tərəfindən vandal düşmənin vəhşicəsinə dağıtdığı
yurdlarımız sürətlə dirçəldilir, onlara yeni nəfəs verilir. Yollar çəkilir, tunellər inşa
olunur, hava limanları tikilir, hərtərəfli infrastruktur qurulur, qədim şəhərlərimiz
yenidən dirçəldilir, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası həyata keçirilir, tarixi,
mədəni, dini abidələrimiz bərpa olunur.
Azad olunmuş digər ərazilərimiz kimi, bu gün Laçın da dirçəliş dövrünü yaşayır,
burada sürətli abadlıq-quruculuq işləri aparılır.
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə
aparılır. Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz
doğma torpağında qurub-yaradacaq. Laçın rayonunun timsalında biz dirçələn
Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük. Hələ önümüzdə
gündən-günə çiçəklənən, inkişaf edən, etməkdə olan bir ölkənin tarixi dövrünü
qürur, fərəh, fəxr hissi ilə bütün dünyaya seyr etdirəcəyimiz böyük zaman
çərçivələri var.
Böyük Qayıdış proqramı çərçivəsində Laçın və digər azad edilmiş ərazilərdə
müasir yaşayış kompleksləri inşa olunur, kənd təsərrüfatı və sənaye sahələri
dirçəldilir, əhalinin təhlükəsiz və rahat şəkildə məskunlaşması üçün bütün şərait
yaradılır.
26 avqust — Laçın Şəhəri Günü — xalqımızın gücünün, dövlətimizin qüdrətinin,
Ordumuzun şücaətinin və Prezidentimizin müdrik siyasətinin bariz göstəricisidir.

Zülfüqar Cəfərov – YAP Sabunçu rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 41 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31