Anar Nəbiyev: Azad Laçın yeni inkişaf dövrünə qədəm qoyub
25.08.2026 [13:30]
Tarixi Qələbəmizin əbədiləşdirilməsinə xidmət edən addımlardan biri
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis
edilməsi haqqında” Sərəncamıdır. Sənəddə də qeyd edildiyi kimi, 44 günlük
İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusunun əsgər və
zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli,
Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz
qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər
rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi
daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin
Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər
işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və
Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə
başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi
müstəvidə də öz təsdiqini tapdı. Belə ki, Ermənistan Ağdam, Kəlbəcər və
Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da
tarixi ədalət bərpa olundu. 30 illik işğal dövründə Ermənistan tərəfindən
şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə
böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz
dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və
Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir,
sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır
Həmin Sərəncama əsasən 26 avqust Laçın Şəhəri Günüdür. Tarixə nəzər
salaq. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində
rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki
şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil,
142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə,
5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi,
2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar
tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli
tarixi abidə vandalizmə məruz qalıb.
30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük
Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə
aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Əvvəldə də
qeyd etdiyimiz kimi, Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində
imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın
rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın
şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Hazırda bütün işğaldan azad edilən torpaqlarımız cənnət məkana çevrilir.
Bu gün Laçın rayonun timsalında bütün azad edilmiş torpaqlarda görülən və
görüləcək işlər barədə aydın təsəvvür yaranır. Bərpa-quruculuq işləri Baş
plan əsasında həyata keçirilir. Bu baxımdan azad edilmiş ərazilərimizin hər
biri müasir tələblər səviyyyəsində yenidən qurulur, soydaşlarımız üçün
bütün imkanlar yaradılır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım
Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri
Böyük Qayıdış Proqramının uğurlu icrasına və soydaşlarımızın tam şəkildə
bu ərazilərə qayıdışına xidmət edən mühüm addımlarla tarixə yazılır. Ötən
dövr ərzində dövlətimizin başçısının Laçın rayonuna 10-a yaxın səfəri olub.
Hər bir səfər müəyyən sosial obyektlərin təməlqoyma, yaxud açılış
mərasimlərinin keçirilməsi ilə yadda qalıb. 2023-cü ilin 28 may tarixindən
başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar
31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar.
Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son
qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və
ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük
Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən 2026-cı ilin iyul ayına
qədər Laçın şəhərinə 614 ailə, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin,
yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə
89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.
Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində əsas diqqət
göstərilən məsələlərdən biri yol-nəqliyyat infrastrukturunun yenilənməsi və
genişləndirilməsidir. Bu baxımdan Laçın rayonunda da görülən işlər
diqqətdədir. Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-
Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan
32,2 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol iki, üç və dörd
hərəkət zolaqlı olacaq. Yeni yolun üzərində 17 tuneldən 16-da tikinti işləri
uğurla davam etdirilir. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan
başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir.
Bölgənin beynəlxalq statusunu və əhəmiyyətini artıran layihəni xüsusi qeyd
etməliyik. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava
limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava
limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan
abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan
Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verildi. Laçın
rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə
yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava
limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən
aeroportudur. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan
verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib.
Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət
göstərmək imkanına malikdir. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70,
Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı
ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan
verəcək.
Təbii ki, görülən işləri tam şəkildə qeyd etmək mümküm deyil. Onların
miqyası olduqca genişdir. Reallıq budur ki, azad Qarabağımız və Şərqi
Zəngəzurumuz dirçəlir, soydaşlarımız mərhələ-mərhələ qayıdışı ilə bu
torpaqlara yeni nəfəs verir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29

