Bakı və Daşkənd Arasında Müttəfiqlik Münasibətləri Yeni Zirvədə
25.08.2026 [13:31]
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində mətbuata verdiyi
bəyanat iki qardaş ölkə arasında günü-gündən dərinləşən strateji tərəfdaşlığın,
çoxşaxəli iqtisadi inteqrasiyanın və sarsılmaz müttəfiqliyin aydın təzahürüdür. Dövlət
başçısı xüsusi olaraq qeyd etmişdir ki, ikitərəfli münasibətlər çox möhkəm — həm
mənəvi, həm də maddi təməl üzərində qurulub. Dünya siyasətində nadir hallarda rast
gəlinən bu unikal sintez iki ölkənin uğur qazanmasının ən mühüm amilidir. Hər iki
dövlətin hökumətləri öz xalqları üçün daha yaxşı həyat şəraiti yaratmaq, inkişafı təmin
etmək və səyləri bir nöqtəyə yönəltmək naminə əzmkar fəaliyyət göstərir.
Bu sarsılmaz dostluğun və praktiki əməkdaşlığın ən bariz nümunəsi Özbəkistanın
azad edilmiş ərazilərimizin bərpasına verdiyi böyük dəstəkdə özünü büruzə verir. Dövlət
başçısı bəyanatında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qarabağa investisiya
cəlb edilməsindəki müstəsna rolunu bir daha yüksək qiymətləndirmişdir. Qarabağ
zonasında ilk böyük dəstək və ilk sənaye müəssisəsi məhz Özbəkistanla bağlıdır. Füzuli
şəhərində inşa edilən 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəb və Xankəndi
şəhərində fəaliyyətə başlayan tikiş fabriki bu qardaşlığın unudulmaz rəmzlərinə
çevrilmişdir.
Münasibətlərin miqyası təkcə mövcud layihələrlə kifayətlənmir, həm Qarabağ
bölgəsində, həm də iki ölkənin digər regionlarında əlavə qarşılıqlı fəaliyyət planları
sürətlə icra olunur. Səfər çərçivəsində onlarla layihənin, o cümlədən regional
əhəmiyyətli təşəbbüslərin açılışının və ya təməlqoyma mərasimlərinin keçirilməsi
ikitərəfli iqtisadi-ticari əlaqələrin nə qədər geniş coğrafiyanı əhatə etdiyini sübut edir.
Azərbaycan və Özbəkistan İnvestisiya Fondunun resursları da bu kimi böyük layihələrin
maliyyələşdirilməsində mühüm rol oynayır.
Eyni zamanda, bəyanatda geoiqtisadi baxımdan böyük əhəmiyyət kəsb edən
nəqliyyat-logistika sahəsindəki tərəfdaşlıq xüsusi diqqət mərkəzində saxlanılmışdır.
Xüsusilə Orta Dəhliz çərçivəsində imkanların tam gücü ilə işə salınması, tranzit
yükdaşımaların həcminin artırılması və logistik infrastrukturların inteqrasiyası gələcək
inkişafın ana xətti kimi müəyyən edilmişdir. Sənaye kooperasiyası, toxuculuq və
avtomobil istehsalı üzrə birgə müəssisələrin uğurlu fəaliyyəti bu tərəfdaşlığın real
bəhrələrindəndir.
Aydın görünür ki, iki ölkə rəhbərinin sarsılmaz siyasi iradəsi Azərbaycan-
Özbəkistan münasibətlərini keyfiyyətcə yeni, yüksək mərhələyə yüksəldir. Həyata
keçirilən strateji layihələr, dərinləşən sənaye kooperasiyası və qarşılıqlı investisiyalar
yaxın gələcəkdə hər iki ölkənin iqtisadi qüdrətinin daha da artacağına, regional
inteqrasiyanın möhkəmlənməsinə və xalqlarımızın rifahına birbaşa töhfə verəcəyinə
möhkəm zəmin yaradır.
Gültac Vəlibəyli
YAP Odubad rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxGündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50

