Azərbaycan–Özbəkistan münasibətlərində təhsilin xüsusi rolu
25.08.2026 [15:59]
Təhsil iki qardaş xalqı gələcəyə bağlayan ən möhkəm körpülərdən biridir
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə siyasi, iqtisadi
və strateji istiqamətlərlə yanaşı, mədəni-humanitar sahədə də yeni
məzmun qazanıb. Bu əməkdaşlığın aparıcı istiqamətlərindən biri isə heç
şübhəsiz, təhsildir. Çünki təhsil yalnız bilik və peşə hazırlığı deyil, eyni
zamanda xalqlar arasında qarşılıqlı anlaşmanın, mədəni yaxınlığın və
mənəvi bağların möhkəmləndirilməsinin mühüm vasitəsidir.
Azərbaycan və Özbəkistanı birləşdirən tarixi və mənəvi bağlar təhsil
sahəsində əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır. Ortaq türk
kökləri, dil və mədəniyyət yaxınlığı, tarixi irs və qarşılıqlı hörmət bu
münasibətlərin əsas dayaqlarındandır. Bu gün həmin dəyərlər yeni
nəsillərin təhsil və tərbiyəsində də öz əksini tapır.
2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşının Azərbaycanda,
Azərbaycanın isə 176 vətəndaşının Özbəkistanda təhsil alması iki ölkə
arasında təhsil əlaqələrinin real miqyasını göstərən mühüm göstəricidir. Bu
rəqəmlərin arxasında yalnız tələbə mübadiləsi deyil, iki ölkənin gənclərinin
bir-birinin cəmiyyətini, tarixini, mədəniyyətini və dünyagörüşünü daha
yaxından tanıması dayanır.
Bir ölkənin gənclərinin digər ölkədə təhsil alması uzunmüddətli
perspektivdə dövlətlərarası münasibətlər üçün mühüm kapital formalaşdırır.
Bu gün Azərbaycan və Özbəkistanda təhsil alan gənclər gələcəkdə müxtəlif
sahələrdə mütəxəssis, alim, müəllim, dövlət qulluqçusu, diplomat və rəhbər
kimi fəaliyyət göstərəcəklər. Onların qazandığı təcrübə iki ölkə arasında
əlaqələrin gələcək nəsillərdə də davam etdirilməsinə xidmət edəcək.
Azərbaycan–Özbəkistan təhsil əməkdaşlığının ən parlaq nümunələrindən
biri Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta
məktəbdir.
Özbəkistanın təşəbbüsü ilə inşa edilən bu məktəb iki ölkə arasında
dostluğun və qardaşlığın konkret nümunəsi olmaqla yanaşı, Azərbaycanın
işğaldan azad edilmiş ərazilərinin bərpasına göstərilən qardaş dəstəyin də
ifadəsidir.
Füzuli Azərbaycanın Vətən müharibəsində işğaldan azad edilmiş
şəhərlərindən biridir. Bu şəhərin yenidən qurulması yalnız yolların, binaların
və infrastrukturun bərpası demək deyil. Qarabağ və Şərqi Zəngəzurda yeni
həyatın qurulmasının əsas istiqamətlərindən biri də məktəblərin,
universitetlərin, mədəniyyət və sosial obyektlərin yaradılmasıdır. Çünki
şəhərlərin həqiqi dirçəlişi insan kapitalının formalaşdırılması ilə tamamlanır.
Bu baxımdan Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi
xüsusi məna daşıyır. Məktəb gələcəyə hesablanmış bir layihədir. Burada
yetişən uşaqlar Azərbaycanın azad edilmiş ərazilərində yeni həyatın
qurucuları olacaq, öz bilikləri və bacarıqları ilə ölkənin inkişafına töhfə
verəcəklər.
Məktəbin adının böyük özbək alimi və hökmdarı Mirzə Uluqbəyin adını
daşıması da təsadüfi deyil. Mirzə Uluqbəy Şərq elm və mədəniyyət
tarixində mühüm iz qoymuş şəxsiyyətlərdən biridir. Onun adının Füzulidə
bir təhsil ocağına verilməsi Azərbaycan və Özbəkistan xalqlarının elmə,
təhsilə və maarifçilik ənənələrinə verdiyi yüksək dəyərin simvolik ifadəsidir.
Özbəkistanın Füzulinin yenidən qurulmasına verdiyi dəstək Azərbaycan
xalqı tərəfindən yüksək qiymətləndirilir. Çünki dostluğun və qardaşlığın ən
böyük göstəricisi xoş günlərdə deyil, çətin və məsuliyyətli dövrlərdə
göstərilən həmrəylikdir.
İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq
işlərinin həyata keçirildiyi bir vaxtda Özbəkistanın bu prosesə öz töhfəsini
verməsi iki ölkə arasında münasibətlərin səmimiliyini bir daha nümayiş
etdirdi.
Füzulidə məktəb tikintisi bu baxımdan sadəcə infrastruktur layihəsi kimi
qiymətləndirilməməlidir. Bu məktəb bir xalqın digər xalqa uzatdığı dostluq
əlidir. Bu, Azərbaycanın Qarabağda yeni həyat qurmaq əzminə
Özbəkistanın verdiyi mənəvi və əməli dəstəyin nümunəsidir.
Azerbaycan xalqının Özbəkistan xalqına və Prezident Şavkat Mirziyoyevə
bu nəcib təşəbbüsə görə minnətdarlığı da məhz bu mənəvi bağların
ifadəsidir.
Azərbaycan və Özbəkistan arasında təhsil əlaqələrinin əhəmiyyəti yalnız
mövcud tələbə mübadiləsi ilə məhdudlaşmır. Bu əməkdaşlıq gələcək üçün
daha böyük imkanlar yaradır.
Cəmilə Hüseynova
YAP Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri, partiya fəalı,
Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15

