YAP Şəmkir rayon təşkilatında müşavirə keçirilib
08.10.2026 [23:01]
Şəmkirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının VIII Qurultayına Şəmkir rayonundan seçilmiş nümayəndələr, veteranlar və partiya fəalları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.
YAP Şəmkir rayon təşkilatının inzibati binasında davam edən müşavirədə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, Qurultay nümayəndəsi, Milli Məclisin deputatı Müşviq Cəfərov, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nümayəndələri, ƏPT sədrləri, partiya fəalları, partiya veteranları və rayon ziyalıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirəni giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev çıxış edərək Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib.
Z.Güvəndiyev qeyd edib ki, VIII Qurultay Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilən ilk qurultay olmaqla, həm ötən dövrün siyasi yekunlarına nəzər salmaq, həm də yeni mərhələdə qarşıda duran vəzifələri müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyırdı. Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı isə Azərbaycanın keçdiyi tarixi yolun, əldə edilmiş Zəfərlərin və qarşıdakı strateji hədəflərin geniş mənzərəsini ortaya qoydu. Dövlət başçısı bildirdi ki, YAP-ın fəaliyyəti, qəbul etdiyi qərarlar və siyasi xətti yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyət daşıyır.
Müşavirədə çıxış edən Qurultay nümayəndəsi, Milli Məclisin deputatı Müşviq Cəfərov qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin mühüm nəticələrindən danışıb. O, YAP-ın Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını vurğulayaraq, partiya üzvlərinin qarşısında duran vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini qeyd edib.
Müşavirədə Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas vəzifələr, partiyanın fəaliyyətinin daha da gücləndirilməsi, üzvlərlə işin səmərəli təşkili, gənclərin və qadınların ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunması, eləcə də partiyanın rayon təşkilatının qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müzakirə edilib.
Çıxış edən VIII qurultayın nümayəndələri Arzu Əmiraslanov, Elvira Allahverdiyeva bildirdirdilər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin mühüm nəticələrindən danışıb. O, YAP-ın Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını vurğulayaraq, partiya üzvlərinin qarşısında duran vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini qeyd edib.
Çıxışçılar qurultayın keçirilməsinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın son dövrlərdə keçdiyi mürəkkəb və şərəfli yolun bir daha nəzərdən keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd olunub ki, Heydər Əliyev Mərkəzində keçirilən qurultay həm partiyanın qarşısında dayanan yeni vəzifələri müəyyənləşdirmək, həm də bu siyasi təşkilatın hansı tarixi şəraitdə meydana gəldiyini və ötən müddətdə hansı siyasi missiyanı yerinə yetirdiyini dəyərləndirmək üçün mühüm platforma oldu.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26

