Təhsil mühitində vahid standartlar və ideoloji təhlükəsizlik
15.10.2026 [14:22]
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycanda ümumi təhsil müəssisələrinin fəaliyyəti müvafiq qanunvericilik aktları və normativ sənədlərlə tənzimlənir. Təhsilalanların geyimi ilə bağlı tələblər müəyyən edilərkən məktəbin təhsil mühiti, şagirdlərin yaş xüsusiyyətləri, ictimai davranış normaları və təhsil müəssisəsinin daxili nizam-intizam qaydaları nəzərə alınmalıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında qeyd etdiyi kimi, fiziki təhlükəsizliklə yanaşı, ideoloji təhlükəsizliyin qorunması da strateji əhəmiyyət daşıyır. Xarici mərkəzlər tərəfindən idarə olunan resurslar din amilindən və müxtəlif ideoloji təbliğatlardan istifadə edərək cəmiyyətin həyat tərzinə təsir etməyə, xurafatı yaymağa çalışırlar.
Bu təhdidlərə qarşı güclü immunitetin formalaşmasında təhsil müəssisələri əsas rol oynayır.
Təhsil cəmiyyətin gələcəyini müəyyənləşdirən, milli-mənəvi dəyərlərin qorunmasında və gənc nəslin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayan strateji sahədir. Ümumi təhsil müəssisələri yalnız bilik və bacarıqların aşılandığı məkan deyil, eyni zamanda uşaqların davranış mədəniyyətinin, məsuliyyət hissinin və sosial münasibətlərinin formalaşdığı mühüm ictimai mühitdir. Bu baxımdan məktəbdə müəyyən edilmiş geyim qaydalarına əməl olunması təhsil prosesinin təşkilində xüsusi əhəmiyyət daşıyır.
Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblər məktəb mühitində vahid yanaşmanın formalaşdırılmasına, səliqəli görünüşün təmin edilməsinə və təhsil müəssisəsinin nüfuzunun qorunmasına xidmət edir. Məktəb geyimi gündəlik həyatın sadə elementi kimi görünsə də, onun arxasında nizam-intizam, bərabərlik, məsuliyyət və kollektivə hörmət kimi mühüm prinsiplər dayanır.
Məktəbli geyimi şagirdin təhsil müəssisəsinə məxsus olduğunu ifadə etməklə yanaşı, onun dərs prosesinə daha ciddi yanaşmasına da müsbət təsir göstərə bilər. Müəyyən edilmiş geyim qaydalarının tətbiqi şagirdlər arasında xarici görünüşlə bağlı fərqlərin ön plana çıxmasının qarşısını almağa, diqqətin əsasən təhsilə və şəxsi inkişafa yönəldilməsinə şərait yaratmağa kömək edir. Bu yanaşma məktəbdə sağlam sosial münasibətlərin qurulması baxımından da əhəmiyyətlidir.
Qeyd edək ki, ki, məktəbin əsas missiyası savadlı, düşünən, məsuliyyətli və vətənpərvər vətəndaş yetişdirməkdir. Səliqəli məktəb mühiti bu missiyanın həyata keçirilməsinə töhfə verən amillərdən biridir. Geyim qaydalarına şüurlu münasibət isə uşaqlarda intizam, qarşılıqlı hörmət və kollektiv məsuliyyət kimi keyfiyyətlərin inkişafına zəmin yaradır.
Xəbər lenti
Hamısına baxSiyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45
Dünya
16 Oktyabr 15:17
Dünya
16 Oktyabr 14:32
Dünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
Gündəm
16 Oktyabr 12:56
İqtisadiyyat
16 Oktyabr 12:53
Gündəm
16 Oktyabr 12:45
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
16 Oktyabr 01:20
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
YAP xəbərləri
15 Oktyabr 16:52
Gündəm
15 Oktyabr 16:47
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Gündəm
15 Oktyabr 15:48
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14

