Ekologiya və Təbii Sərvətlər Nazirliyində müşavirə keçirilib
16.10.2026 [10:08]
Oktyabrın 15-də “K.Kazımzadə küç. 100A” ünvanı üzrə (AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Əfsun Sucayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov iştirakçıları salamlayaraq dövlət qurumunda keçirilən bu tədbirin böyük ideoloji və sosial əhəmiyyət daşıdığını diqqətə çatdırıb. V.Kərimov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin dayanıqlı inkişaf strategiyasını müəyyən edən mühüm tarixi mərhələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı konseptual nitqi ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, işğaldan azad edilmiş ərazilərdə ekoloji bərpa işlərinin sürətləndirilməsi və "yaşıl artım" konsepsiyasının reallaşdırılması baxımından mühüm vəzifələr qoyur. Nazir müavini qeyd edib ki, nazirliyin kollektivi cənab Prezidentin rəhbərliyi ilə yürütülən ekoloji siyasətə hər zaman sadiqdir və bundan sonra da həm ekoloji təhlükəsizliyin təmin olunması, həm də partiya ideallarının təbliğində var gücü ilə çalışacaqdır.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və proqram xarakterli nitqinin dərin ideoloji-siyasi əhəmiyyəti, postmüharibə dövrünün gətirdiyi yeni reallıqlar və ekologiya sahəsində çalışan partiya fəallarının qarşısında duran mühüm vəzifələr barədə geniş məruzə ilə çıxış edib. Bəxtiyar Nəbiyev bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ölkəmizin siyasi sabitliyinin, iqtisadi və sosial tərəqqisinin əsas hərəkətverici qüvvəsi olmuşdur. Ulu Öndərin zəngin dövlətçilik irsini uzaqgörənliklə davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Müzəffər Zəfərə imza ataraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Qazanılan bu möhtəşəm nailiyyətlər partiyamızın yürütdüyü ardıcıl siyasi kursun və sarsılmaz xalq-iqtidar birliyinin parlaq nümayişidir. B.Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul edilmiş qərarlar və partiya sədrinin irəli sürdüyü prioritetlər dövlət qurumlarında fəaliyyət göstərən ərazi partiya təşkilatlarının fəaliyyətində keyfiyyətcə yeni mərhələ açmışdır. Müasir dünyada ekoloji təhlükəsizlik və "yaşıl iqtisadiyyat"a keçid dövlətlərin milli təhlükəsizliyinin və beynəlxalq nüfuzunun vacib tərkib hissəsinə çevrilmişdir. Qarabağ və Şərqi Zəngəzurun "Yaşıl Enerji" zonasına çevrilməsi, işğal dövründə ekosidə məruz qalmış meşə və su hövzələrimizin bərpası dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
YAP Yasamal rayon təşkilatının sədri vurğulayıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi partiya təşkilatının üzvləri elmi və praktiki potensiaı ideoloji fəallıqla uzlaşdırmalı, cəmiyyətdə ekoloji mədəniyyətin yüksəldilməsinə, gənclərin ətraf mühitə qayğı ruhunda tərbiyə olunmasına töhfə verməlidirlər. YAP Yasamal rayon təşkilatı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması və partiya ideyalarının təbliği istiqamətində nazirliyin partiya fəalları ilə sıx əməkdaşlığı ardıcıl olaraq davam etdirəcəkdir.
Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Əfsun Sucayev partiyanın müasir inkişaf dövründəki ideoloji prinsipləri, gənclərin ekoloji və sosial layihələrdəki fəallığı və YAP-ın VIII Qurultayının tarixi əhəmiyyəti barədə məruzə edib. Ə.Sucayev vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən VIII Qurultay partiyanın təşkilati və ideoloji baxımdan yenilənməsi yolunda strateji addımdır. O, mütəxəssisləri və gənc fəalları dövlət başçısının ətraf mühitin qorunması ilə bağlı çağırışlarına dəstək verməyə, informasiya müstəvisində və ictimai fəaliyyətdə partiya sıralarında sıx birləşməyə çağırıb.
Çıxış edən Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Telman Quliyev həmkarlar ittifaqlarının ictimai həyatdakı rolundan və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsindən söhbət açıb. T.Quliyev diqqətə çatdırıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar hər bir çalışanın rifahına xidmət edir. O, həmkarlar ittifaqı təşkilatı ilə ərazi partiya təşkilatının sıx əməkdaşlıq edərək kollektivdə yüksək işgüzar və vətənpərvər mühitin saxlanılması, eləcə də YAP-ın VIII Qurultayından irəli gələn tapşırıqların icrası üçün fəal çalışacaqlarını bəyan edib.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxSosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
YAP xəbərləri
15 Oktyabr 16:52
Gündəm
15 Oktyabr 16:47
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Gündəm
15 Oktyabr 15:48
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Siyasət
15 Oktyabr 14:11
Dünya
15 Oktyabr 13:12
Siyasət
15 Oktyabr 13:11
Siyasət
15 Oktyabr 13:09
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49
Sosial
15 Oktyabr 09:41
Dünya
15 Oktyabr 09:34
Siyasət
15 Oktyabr 09:33
Siyasət
15 Oktyabr 09:32
Gündəm
14 Oktyabr 23:11
Gündəm
14 Oktyabr 22:10
Gündəm
14 Oktyabr 21:43
YAP xəbərləri
14 Oktyabr 19:54

