Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə səfərləri
16.10.2026 [12:30]
17 oktyabr 2020-ci il Azərbaycan xalqının yaddaşına Füzulinin azad edildiyi şanlı tarix kimi həkk olundu. Həmin gün Füzuli şəhəri ilə yanaşı, Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri də işğaldan azad edildi. Vətən müharibəsi nəticəsində ümumilikdə Füzuli rayonunun 62 yaşayış məntəqəsi düşmən işğalından qurtarıldı. Füzuli istiqamətində qazanılan hərbi uğur sonrakı əməliyyatların gedişinə də mühüm təsir göstərdi. Düşmənin uzun illər ərzində qurduğu müdafiə xətlərinin yarılması Azərbaycan Ordusuna strateji üstünlük qazandırdı və digər istiqamətlərdə hərbi əməliyyatların uğurla davam etdirilməsi üçün mühüm imkanlar yaratdı. Füzuli Zəfəri Azərbaycan Ordusunun yalnız bir ərazini azad etmək gücündə olmadığını, mürəkkəb relyef və möhkəmləndirilmiş müdafiə sistemlərini də yarmağa qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər, ilk növbədə, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsinin, uzaqgörən strategiyasının və Azərbaycan Ordusunun qəhrəmanlığının nəticəsi idi. Azərbaycan dövlətinin postmüharibə siyasətində Füzulinin bərpası xüsusi yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti nəticəsində Füzuli artıq dağıntıların deyil, yeni inkişaf modelinin simvoluna çevrilir. 2023-cü il martın 18-də Nazirlər Kabineti tərəfindən “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiqlənməsi şəhərin gələcək inkişafının sistemli və uzunmüddətli əsaslar üzərində qurulduğunu göstərir. Azad edilmiş ərazilərin bərpasında əsas məqsəd yalnız dağıdılmış tikililərin yenidən inşa edilməsi deyil, müasir, dayanıqlı və insanların rahat yaşayışı üçün bütün imkanlara malik şəhər və kəndlərin yaradılmasıdır. Füzulidə həyata keçirilən layihələr də məhz bu konsepsiyanın tərkib hissəsidir. Elektrik enerjisi təminatının gücləndirilməsi məqsədilə “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi istifadəyə verilib. Köndələnçay su anbarları kompleksinin yenidən qurulması isə rayonun su təminatı və kənd təsərrüfatının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Füzulinin strateji əhəmiyyətini artıran əsas istiqamətlərdən biri nəqliyyat infrastrukturunun yaradılmasıdır. Zəfər yolu, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarının istifadəyə verilməsi Füzulini Qarabağın digər bölgələri ilə birləşdirən mühüm nəqliyyat qovşağına çevirir. Füzuli Beynəlxalq Hava Limanının cəmi səkkiz ay ərzində inşa edilərək 2021-ci ilin oktyabrında istifadəyə verilməsi isə Azərbaycanın azad edilmiş ərazilərin bərpasına verdiyi strateji əhəmiyyətin bariz nümunəsidir. “Qarabağın hava qapısı” adlandırılan bu hava limanı həm bölgənin logistika imkanlarını genişləndirir, həm də beynəlxalq əlaqələrin inkişafına xidmət edir. Füzulinin dirçəlişi Böyük Qayıdış siyasətinin də mühüm istiqamətlərindən biridir. 2023-cü il avqustun 18-dən etibarən keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışı başlanıb. İlkin mərhələdə 144 ailənin köçürülməsi ilə başlayan proses bu gün artıq daha geniş miqyas alıb. 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb. Bu rəqəmlər təkcə statistik göstərici deyil. Hər bir ailənin qayıdışı üç onillik həsrətin sona çatması, doğma yurdda yeni həyatın başlanması deməkdir. Füzulidə Böyük Qayıdışın əsas xüsusiyyətlərindən biri müasir şəhərsalma prinsipləri əsasında yeni yaşayış mühitinin formalaşdırılmasıdır. Burada yaşayış məhəllələri, sosial obyektlər, məktəb, uşaq bağçası, idman və inzibati infrastrukturlar yaradılır. Bu yanaşma Azərbaycanın azad edilmiş ərazilərdə “qayıdış” anlayışını yalnız insanların öz doğma yurdlarına köçürülməsi kimi deyil, təhlükəsiz, müasir və layiqli həyat şəraitinin təmin edilməsi kimi qəbul etdiyini göstərir. Füzulinin bərpası eyni zamanda Azərbaycanın beynəlxalq tərəfdaşları ilə münasibətlərinin yeni məzmununu nümayiş etdirir. Qardaş Özbəkistanın Füzulinin yenidən qurulmasına verdiyi dəstək bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına tam orta məktəbin inşa edilməsi iki qardaş xalq arasında həmrəyliyin və qarşılıqlı dəstəyin mühüm rəmzidir. Müasir təhsil infrastrukturu ilə təmin olunan məktəb Füzulinin yeni nəslinin formalaşmasına xidmət etməklə yanaşı, Azərbaycan-Özbəkistan qardaşlığının konkret nümunəsinə çevrilib. Qazaxıstanın Füzulidə həyata keçirdiyi layihə də türk dünyasının həmrəyliyinin əyani ifadəsidir. 2024-cü il martın 12-də Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı keçirilib. Füzulidə qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyan belə bir mərkəzin yaradılması yalnız mədəni layihə deyil, Azərbaycan və Qazaxıstan xalqları arasında tarixi, mənəvi və humanitar bağların daha da möhkəmləndirilməsinin rəmzidir. Füzulinin bərpası prosesində dost və qardaş ölkələrin iştirak etməsi Azərbaycanın Qarabağ məsələsində qazandığı beynəlxalq siyasi dəstəyin yeni mərhələyə keçdiyini də nümayiş etdirir.
17 Oktyabr-Füzuli şəhəri gününün təsis edilməsi də məhz bu tarixi reallığın dövlət səviyyəsində əbədiləşdirilməsinə xidmət edir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi milli yaddaşımızın mühüm hadisələrinin gələcək nəsillərə çatdırılması baxımından mühüm siyasi və mənəvi əhəmiyyət daşıyır. Füzuli bu gün həm Zəfərin, həm qayıdışın, həm də quruculuğun simvoludur. Burada ucalan yeni binalar, salınan yollar, fəaliyyət göstərən məktəblər və sosial obyektlər Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra yaratdığı yeni reallığın göstəriciləridir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
İqtisadiyyat
16 Oktyabr 12:53
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
YAP xəbərləri
15 Oktyabr 16:52
Gündəm
15 Oktyabr 16:47
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Gündəm
15 Oktyabr 15:48
Siyasət
15 Oktyabr 14:50
Dünya
15 Oktyabr 14:14
Siyasət
15 Oktyabr 14:11
Dünya
15 Oktyabr 13:12
Siyasət
15 Oktyabr 13:11
Siyasət
15 Oktyabr 13:09
Dünya
15 Oktyabr 12:10
Siyasət
15 Oktyabr 11:21
Siyasət
15 Oktyabr 11:11
YAP xəbərləri
15 Oktyabr 11:08
Siyasət
15 Oktyabr 10:44
Sosial
15 Oktyabr 10:32
Sosial
15 Oktyabr 10:28
Sosial
15 Oktyabr 10:13
İqtisadiyyat
15 Oktyabr 10:10
Sosial
15 Oktyabr 10:03
Dünya
15 Oktyabr 09:53
Sosial
15 Oktyabr 09:49

