/ / YAP Nəsimi rayon təşkilatının Ərazi Partiya Təşkilatında VIII Qurultayın çağırışları və qarşıda duran vəzifələr diqqətə çatdırılıb
YAP Nəsimi rayon təşkilatının Ərazi Partiya Təşkilatında VIII Qurultayın çağırışları və qarşıda duran vəzifələr diqqətə çatdırılıb
16.10.2026 [15:37]
Oktyabrın 16-da M.Qasımov küçəsi 1 A ünvanı üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi) ərazi partiya təşkilatının və Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlər” mövzusunda müşavirə keçirilib.
Müşavirədə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, M.Qasımov küçəsi 1 A ünvanı üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi) ərazi partiya təşkilatının sədri, Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vüqar Məmmədov, həmçinin Nazirliyin və tabeliyində olan qurumların – M.Qasımov küçəsi 1 üzrə (“QİÇS”lə Mübarizə Mərkəzi) ərazi partiya təşkilatının, C.Cabbarlı küçəsi 34 üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi) ərazi partiya təşkilatının, A.S.Puşkin küçəsi 12/14 üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ailənin Planlaşdırılması Məsləhətxanası”) ərazi partiya təşkilatının, Ş.Əzizbəyov küçəsi 209 üzrə (Nəsimi rayon Gigiyena Epidemiologiya Mərkəzi) ərazi partiya təşkilatının, A.Bakıxanov küçəsi 37 üzrə (1 №-li Körpələr Evi) ərazi partiya təşkilatının, Ceyhun Səlimov küçəsi 19 üzrə (Dental Klinika) ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə müşavirə keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirəni giriş sözü ilə açan M.Qasımov küçəsi 1 A ünvanı üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi) ərazi partiya təşkilatının sədri Vüqar Məmmədov Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqində irəli sürülən ideoloji prioritetlərə toxunub. O, Azərbaycanın müstəqil xarici siyasətini, beynəlxalq nüfuzunu və etibarlı tərəfdaş kimi mövqeyini vurğulayaraq, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, müasir tibbi texnologiyaların tətbiqinin, mütəxəssis hazırlığının və elmi əməkdaşlığın inkişafının səhiyyə sahəsi üçün əhəmiyyətini qeyd edib. Həmçinin Azərbaycan səhiyyəsinin beynəlxalq platformalarda daha fəal təmsil olunmasının və milli səhiyyə potensialının gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilməsinin tarixi əhəmiyyətini vurğulayıb. O, ideoloji işin müasir tələblərə uyğun qurulmasının, sosial şəbəkələrdə fəallığın artırılmasının, tarixi yaddaşın qorunmasının, gənclərlə işin gücləndirilməsinin, şəhid ailələrinə və qazilərə qayğının vacibliyini qeyd edib.
M.Qasımov küçəsi 1 üzrə (“QİÇS”lə Mübarizə Mərkəzi) ərazi partiya təşkilatının sədri, mərkəzin direktoru Famil Məmmədov Prezident İlham Əliyevin çıxışında müəyyənləşdirilən strateji prioritetləri təhlil edərək milli təhlükəsizliyin, ideoloji maarifləndirmənin, iqtisadi dayanıqlılığın və sosial rifahın yüksəldilməsinin əhəmiyyətindən danışıb. O, Qarabağ və Şərqi Zəngəzurun bərpası, “Böyük Qayıdış” prosesinin davam etdirilməsi, dövlətçilik ənənələrinin qorunması və müasir informasiya mühitində dezinformasiyaya qarşı mübarizənin vacibliyini vurğulayıb.
C.Cabbarlı küçəsi 34 üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi) ərazi partiya təşkilatının sədri, mərkəzin baş direktorunun müavini Rafiq Xudayev səhiyyənin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirərək əhalinin sağlamlığının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi, xidmətlərin şəffaflığının artırılması, rəqəmsallaşmanın genişləndirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqinin əhəmiyyətinə toxunub. O, həmçinin səhiyyə əməkdaşlarının bilik və bacarıqlarının artırılmasının, informasiya təhlükəsizliyinin qorunmasının və qabaqcıl təcrübələrin tətbiqinin vacibliyini qeyd edib.
A.S.Puşkin küçəsi 12/14 üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ailənin Planlaşdırılması Məsləhətxanası”) ərazi partiya təşkilatının sədri, mərkəzin baş həkimi Sitarə Haqverdiyeva isə çıxışında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra əldə olunan nailiyyətlərə, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun əhəmiyyətinə diqqət çəkib. O, milli təhlükəsizliyin və hərbi potensialın gücləndirilməsinin, ideoloji təhlükəsizliyin təmin olunmasının, təhsilin və vətənpərvərlik tərbiyəsinin vacibliyini vurğulayıb. Eyni zamanda, qarşıya qoyulan vəzifələrin icrasında məsuliyyətin artırılmasının, əmək intizamına riayət edilməsinin və dövlət maraqlarının qorunmasının əhəmiyyətini qeyd edib.
Müşavirədə çıxış edənlər Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində məsuliyyətli fəaliyyətin, milli maraqlara sədaqətin, ictimaiyyətlə əlaqələrin gücləndirilməsinin və dövlətə, xalqa xidmət prinsipinin rəhbər tutulmasının vacibliyini vurğulayıblar.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45
Dünya
16 Oktyabr 15:17
Dünya
16 Oktyabr 14:32
Dünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
Gündəm
16 Oktyabr 12:56
İqtisadiyyat
16 Oktyabr 12:53
Gündəm
16 Oktyabr 12:45
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
16 Oktyabr 01:20
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
YAP xəbərləri
15 Oktyabr 16:52
Gündəm
15 Oktyabr 16:47
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Gündəm
15 Oktyabr 15:48
Siyasət
15 Oktyabr 14:50

