YAP Beyləqan rayon təşkilatının ərazi partiya təşkilatlarında iclas keçirildi
16.10.2026 [15:45]
16 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı tərəfindən Beyləqan şəhəri “S.İmrəliyev küçəsi 1” ünvanında Tərtər Regional Qaz İstismar idarəsinin Beyləqan Xidmət Sahəsi üzrə “Qaz İstismarı” Ərazi partiya təşkilatında partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkəmizin müasir siyasi tarixində mühüm dönüş mərhələsinə təsadüf etməsi və Azərbaycanın yeni reallıqlar şəraitində qarşısında dayanan strateji vəzifələri müəyyənləşdirməsi baxımından diqqətəlayiqdir. Qurultayın keçirildiyi dövr Azərbaycan dövlətinin gücünün, milli həmrəyliyin və müstəqil siyasi kursun tarixi nəticələrinin daha aydın şəkildə ortaya çıxdığı bir mərhələdir. Bu qurultay ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilir. Məhz bu amil VIII Qurultayın siyasi və tarixi əhəmiyyətini daha da artırır.
Yeni Azərbaycan Partiyasının qarşısında dayanan vəzifələr sırasında ideoloji fəaliyyətin gücləndirilməsi də xüsusi yer tutur. Partiyanın fəalları Azərbaycanın reallıqlarının, əldə olunan uğurların və həyata keçirilən dövlət siyasətinin cəmiyyətə düzgün çatdırılmasında mühüm rol oynayırlar. İnformasiya müharibəsinin getdikcə daha böyük əhəmiyyət qazandığı müasir dövrdə Azərbaycanın uğurlarının beynəlxalq və daxili ictimaiyyətə obyektiv şəkildə təqdim olunması mühüm siyasi və ideoloji vəzifədir. YAP-ın çoxsaylı üzvləri və fəalları bu prosesdə dövlət siyasətinin ictimai dayaqlarının möhkəmləndirilməsinə töhfə verirlər.
VIII Qurultayda Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin dəyişməz qalması ilə bağlı fikirlər də bu ardıcıllığı göstərir. Taktiki və strateji məqsədlər zamanın tələblərinə uyğun dəyişə bilər, lakin müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan səmərəli istifadə kimi əsas istiqamətlər qorunur.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həmin prinsiplərin yeni tarixi şəraitdə konkret nəticələrə çevrilməsi siyasi varisliyin praktik ifadəsidir. Beləliklə, YAP-ın VIII Qurultayı yalnız partiyanın təşkilati həyatında növbəti mərhələ deyil, həm də Azərbaycanın keçdiyi tarixi yolun nəticələrinə nəzər salmaq və qarşıdakı hədəfləri müəyyənləşdirmək baxımından mühüm hadisədir.
Tədbirdə Tədbirdə Tərtər Regional Qaz İstismar idarəsinin Beyləqan Xidmət Sahəsi üzrə rəis müavini, “Qaz İstismarı” Ərazi partiya təşkilatının sədri Şəhriyar Qarayev, partiya üzvləri Əlisahib Bəşirov və Ədalət Əliyev çıxış edərək bildirdilər ki, VIII Qurultayın əvvəlki qurultaylardan fərqləndirən əsas xüsusiyyətlərindən biri Azərbaycanın artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni siyasi reallıqda keçirilməsidir. 2020-ci ildəki Zəfərdən sonra yaranan reallıqların bu gün beynəlxalq səviyyədə qəbul edilməsi Azərbaycanın keçdiyi yolun miqyasını göstərir. Bu yolun ən mühüm nəticələrindən biri 2023-cü il sentyabrın 20-də ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam təmin olunmasıdır. 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində yeni səhifə açdı. Müharibə zamanı ölkəyə müxtəlif istiqamətlərdən təzyiqlər göstərilsə də, Azərbaycan öz yolundan dönmədi. Dövlət-xalq birliyi bu sınağın ən mühüm dayaqlarından biri oldu. 8 Noyabr – Zəfər Günü ilə yanaşı, 20 Sentyabr da Azərbaycanın müasir tarixində xüsusi yer tutur. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra separatizmə son qoyuldu, Azərbaycanın bütün ərazisində dövlət suverenliyi bərpa edildi. Məhz bu baxımdan VIII Qurultay yalnız Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyi siyasi toplantı olmaqla yanaşı həm də Azərbaycanın keçdiyi Zəfər yolunun siyasi nəticələrinin qiymətləndirilməsi və qarşıdakı strateji hədəflərin müəyyənləşdirilməsi baxımından mühüm platformadır.
Xəbər lenti
Hamısına baxXəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45
Dünya
16 Oktyabr 15:17
Dünya
16 Oktyabr 14:32
Dünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
Gündəm
16 Oktyabr 12:56
İqtisadiyyat
16 Oktyabr 12:53
Gündəm
16 Oktyabr 12:45
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09
Analitik
16 Oktyabr 09:42
Gündəm
16 Oktyabr 09:30
Analitik
16 Oktyabr 09:17
Sosial
16 Oktyabr 08:54
Sosial
16 Oktyabr 08:39
Gündəm
16 Oktyabr 08:12
Gündəm
16 Oktyabr 07:07
Siyasət
16 Oktyabr 07:07
16 Oktyabr 01:20
Sosial
15 Oktyabr 20:16
Gündəm
15 Oktyabr 19:59
YAP xəbərləri
15 Oktyabr 19:38
YAP xəbərləri
15 Oktyabr 19:20
YAP xəbərləri
15 Oktyabr 18:35
YAP xəbərləri
15 Oktyabr 18:13
Gündəm
15 Oktyabr 17:53
YAP xəbərləri
15 Oktyabr 17:15
YAP xəbərləri
15 Oktyabr 17:12
YAP xəbərləri
15 Oktyabr 17:11
Siyasət
15 Oktyabr 17:09
YAP xəbərləri
15 Oktyabr 17:08
YAP xəbərləri
15 Oktyabr 17:07
YAP xəbərləri
15 Oktyabr 17:06
YAP xəbərləri
15 Oktyabr 17:04
YAP xəbərləri
15 Oktyabr 17:02
YAP xəbərləri
15 Oktyabr 16:59
YAP xəbərləri
15 Oktyabr 16:52
Gündəm
15 Oktyabr 16:47
YAP xəbərləri
15 Oktyabr 16:33
YAP xəbərləri
15 Oktyabr 16:28
Dünya
15 Oktyabr 16:26
YAP xəbərləri
15 Oktyabr 16:25
15 Oktyabr 16:18
Dünya
15 Oktyabr 16:18
YAP xəbərləri
15 Oktyabr 15:59
YAP xəbərləri
15 Oktyabr 15:53
Gündəm
15 Oktyabr 15:48
Siyasət
15 Oktyabr 14:50

