Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Beyləqan rayon təşkilatının ərazi partiya təşkilatlarında tədbir keçirildi

YAP Beyləqan rayon təşkilatının ərazi partiya təşkilatlarında tədbir keçirildi

16.10.2026 [17:49]

16 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı tərəfindən “Təzəkənd kənd” və “Bolsulu qəsəbə” Ərazi partiya təşkilatlarında partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov qeyd edib ki, Qurultayda verilən mesajlar göstərir ki, Azərbaycanın yeni inkişaf mərhələsində yalnız əldə edilmiş nəticələrin qorunması deyil, eyni zamanda qarşıya yeni hədəflərin qoyulması əsas məqsədlərdən biridir. Güclü dövlət, dayanıqlı iqtisadiyyat, yüksək sosial rifah, müasir ordu, milli həmrəylik və fəal xarici siyasət Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır.

VIII Qurultay həm də Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyev siyasi irsinə bağlılığının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə dəstəyinin növbəti ifadəsi kimi qiymətləndirilə bilər. Qurultayda səsləndirilən fikirlər Azərbaycanın keçdiyi tarixi yolun, əldə etdiyi böyük Zəfərin və qarşıdakı inkişaf perspektivlərinin vahid siyasi xətt çərçivəsində nəzərdən keçirildiyini göstərdi.

Bu qurultay bir daha göstərdi ki, Azərbaycanın qarşısında duran əsas məqsəd əldə edilmiş tarixi nailiyyətləri qorumaqla kifayətlənməmək, onları yeni uğurlar üçün möhkəm dayağa çevirməkdir. Güclü dövlətçilik ənənələrinin davam etdirilməsi, milli maraqların qorunması, iqtisadi inkişafın sürətləndirilməsi, sosial rifahın yüksəldilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi qarşıdakı mərhələnin başlıca hədəfləri kimi müəyyənləşir.

Tədbirdə YAP Beyləqan rayon təşkilatının sədr müavini, Qurultay nümayəndəsi Niyaməddin Əsgərov,  “Təzəkənd kənd” Ərazi partiya təşkilatının sədri, Qurultay nümayəndəsi Səxavət Məmmədov, “Bolsulu qəsəbə” Ərazi partiya təşkilatının sədri Əsəd Cavadov, Partiya üzvləri İxtiyar Məmmədov, Arif Hümbətov və İlham Hümbətov  çıxış edərək bildirdilər ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın siyasi tarixində yeni səhifənin başlanğıcı kimi xarakterizə oluna bilər. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün reallıqlarına uyğun şəkildə davam etdirilməsi ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açır. Qurultayda səsləndirilən mesajlar isə Azərbaycanın bundan sonrakı mərhələdə də milli maraqlara əsaslanan müstəqil siyasətini inamla davam etdirəcəyinin mühüm göstəricisidir.

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31