Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Davamlı inkişaf, milli birlik

Davamlı inkişaf, milli birlik

16.10.2026 [19:01]

16 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Mədəniyyət işçiləri” və “Mərkəzi Xəstəxana” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisələrdən biri kimi ölkənin gələcək inkişaf istiqamətlərinin müzakirəsi baxımından əhəmiyyət daşıyır. 2026-cı il oktyabrın 2-də Bakıda keçirilən qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxış edərək dövlətçilik siyasəti, milli təhlükəsizlik, iqtisadi müstəqillik və Azərbaycanın yeni geosiyasi reallıqlar şəraitində qarşısında duran vəzifələr barədə fikirlərini bölüşüb.

Daha sonra çıxış edən natiqlər – Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, partiya fəalı Lamiyə İsgəndərova və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev bildiriblər ki, Qurultayda səsləndirilən fikirlər göstərir ki, əldə edilmiş nəticələrin qorunması və daha da möhkəmləndirilməsi davamlı fəaliyyət tələb edir. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların müdafiəsi və ölkənin müdafiə potensialının inkişaf etdirilməsi müasir dövrün mühüm vəzifələrindəndir. Beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda Azərbaycanın müstəqil qərarvermə imkanlarının qorunması və xarici siyasətdə milli maraqların əsas götürülməsi xüsusi əhəmiyyət daşıyır.

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31