Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr

16.10.2026 [16:06]

16 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Eynallı kənd” Ərazi Partiya Təşkilatından olan partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında milli birlik və cəmiyyətin ümumi məqsədlər ətrafında birləşməsi məsələsi də xüsusi məna daşıyır. Azərbaycanın müasir inkişaf yolunda əldə etdiyi nəticələr dövlət institutlarının fəaliyyəti ilə yanaşı, cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı və məsuliyyəti ilə də əlaqəlidir. Gənclərin ictimai fəallığının artırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərin qorunması və müasir düşüncə tərzinin təşviqi gələcək inkişaf üçün vacib amillərdir.

Daha sonra çıxış edən natiqlər – Eynallı kənd tam orta ümumtəhsil məktəbin direktor müavini Ofeliya Ələsgərova, partiya fəalı Nailə İsmayılova və “Eynallı kənd” Ərazi Partiya Təşkilatının sədri Güldərya Kərimova bildiriblər ki, Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələr də ölkənin dəyişən inkişaf gündəliyi ilə bağlıdır. Partiyanın fəaliyyəti çərçivəsində ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, vətəndaşların müraciətlərinə diqqətin artırılması, gənclərin təşəbbüslərinin dəstəklənməsi və müasir kommunikasiya imkanlarından istifadə mühüm istiqamətlər hesab olunur. Siyasi təşkilatların fəaliyyəti qarşıya qoyulan məqsədlərin ictimaiyyətə çatdırılması və cəmiyyətlə davamlı dialoqun qurulması baxımından əhəmiyyətlidir.

Paylaş:
Baxılıb: 22 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31