Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin növbəti məşğələsi keçirilib

“Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin növbəti məşğələsi keçirilib

16.10.2026 [16:27]

Qusar rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin növbəti məşğələsi "18 Oktyabr – Azərbaycanın Müstəqilliyin Bərpası Günü"nə həsr olunub.

Məşğələdən əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məşğələdə YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova Müstəqilliyin Bərpası Gününün tarixi əhəmiyyəti, Heydər Əliyevin siyasi irsi, dövlətçilik ənənələrinin qorunması və gənclərin bu sahədə məsuliyyəti barədə məlumat verib.

Qusar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Kəmalə Qliçova mövzu ilə bağlı fikirlərini bölüşüb. Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Fatimə Zülfüqarova isə “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusu ətrafında söhbət apararaq milli irsin, Azərbaycan dilinin və mədəniyyətinin qorunmasının əhəmiyyətinə toxunub.

Məşğələdə Qusar Peşə Liseyinin tələbəsi Rasim Dəmirov və Elmir Ağamirzəyev də mövzu ilə bağlı fikirlərini bölüşüblər. Şagirdlər müzakirələrdə fəal iştirak edərək suallarını ünvanlayıb, öz düşüncələrini ifadə ediblər.

Səmimi diskussiya və fikir mübadiləsi şəraitində keçən məşğələ gənclərin müstəqillik tariximiz, dövlətçilik ənənələrimiz və milli-mənəvi dəyərlərimiz haqqında biliklərinin möhkəmləndirilməsinə xidmət edib.

Paylaş:
Baxılıb: 16 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31