Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / 17 oktyabr - tarixi zəfərdən böyük qayıdışa doğru

17 oktyabr - tarixi zəfərdən böyük qayıdışa doğru

16.10.2026 [17:23]

16 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Mədəniyyət işçiləri” və “Mərkəzi Xəstəxana” Ərazi Partiya Təşkilatından olan partiya fəallarının iştirakı ilə 17 oktyabr “Füzuli şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, 17 oktyabr Azərbaycan tarixində mühüm əhəmiyyətə malik olan, xalqımızın qürur və Zəfər hissini özündə yaşadan əlamətdar gündür. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqımızın sarsılmaz iradəsinin təntənəsidir. Bu gün Füzuli şəhərində aparılan genişmiqyaslı quruculuq işləri, yaradılan müasir infrastruktur və Böyük Qayıdış prosesi doğma torpaqlarımızda həyatın yenidən canlandığını nümayiş etdirir. Füzuli şəhəri günü şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizin fədakarlığını qiymətləndirmək və tarixi Zəfərimizin qürurunu bir daha yaşamaq günüdür.

Daha sonra çıxış edən natiqlər – “Mədəniyyət işçiləri” Ərazi Partiya Təşkilatının sədr müavini Ləman Cəlilova, Dağ Kəsəmən kənd Mədəniyyət evinin metodisti Alidə Yolçuyeva və Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Aysu Hacızadə bildiriblər ki, Böyük Qayıdış proqramı çərçivəsində doğma torpaqlarına qayıdan sakinlərin rahat yaşayışının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Məqsəd yalnız dağıdılmış əraziləri bərpa etmək deyil, həm də müasir yaşayış şəraiti yaratmaq, yeni iş yerləri açmaq, təhsil və sosial xidmətləri inkişaf etdirməkdir. Füzulinin yenidən qurulması Azərbaycanın azad edilmiş ərazilərdə həyatın bərpasına və davamlı inkişafın təmin edilməsinə verdiyi önəmin göstəricisidir.

Paylaş:
Baxılıb: 3 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31